Məhkəmə qərarları › İş №2(012)-777/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-777/2025

07.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-777/2025 07.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın etibarsız hesab edilməsi, miras əmlakların qəbul edilməsi üçün müəyyən olunmuş müddətin buraxılmasının üzürlü hesab edilməsi, miras əmlakların paylara uyğun bölüşdürülməsi və həmin paylara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın etibarsız hesab edilməsi, miras əmlakların qəbul edilməsi üçün müəyyən olunmuş müddətin buraxılmasının üzürlü hesab edilməsi, miras əmlakların paylara uyğun bölüşdürülməsi və həmin paylara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 17264 nömrəli qəbzdən görünür ki, Fərəcov X3 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC ADM Baş Ofis vasitəsilə xx.xx.2024-cü ildə saat 11:17-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın etibarsız hesab edilməsi, miras əmlakların qəbul edilməsi üçün müəyyən olunmuş müddətin buraxılmasının üzürlü hesab edilməsi, miras əmlakların paylara uyğun bölüşdürülməsi və həmin paylara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın etibarsız hesab edilməsi, miras əmlakların qəbul edilməsi üçün müəyyən olunmuş müddətin buraxılmasının üzürlü hesab edilməsi, miras əmlakların paylara uyğun bölüşdürülməsi və həmin paylara mülkiyyət hüququnun tanınması» tələbi barədə 2(012)-777/2025 saylı mülki iş üzrə "xxxx" ASC ADM Baş Ofis vasitəsilə xx.xx.2024-cü il tarixli, 17264 nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar