Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-778/2022 18.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilənin etibarsız hesab edilməsi və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil İddiaçı satılmışdır. Həmin mənzilə görə hər kv.metr üçün 650 manat olmaqla, ümumilikdə 57720 manat vəsait ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MTK-ya müraciət olunaraq Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi xahiş edilmiş, Cavabdeh1 MTK-nın 11 iyun 2021-ci il tarixli, 19/06 nömrəli məktubu ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsi əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A saylı evin 26 saylı mənzilin onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə verilməsi qət edilmişdir (qüvvəyə minməmişdir). Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqavilənin 4.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra “icraçı” mənzili təhvil verir, “payçı” isə mənzili qəbul edir. Buna görə də mənzil ona təhvil verilməlidir. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2010-cu il tarixli, 424 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.metr olan 2 otaqdan ibarət 6 saylı mənzil Cavabdeh2 satılmış, həmin mənzilə dair tarixsiz maliyyə arayışı verilmişdir. Cavabdeh1 MMC ilə bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil Cavabdeh2 satılmışdır. Həmin müqavilədə Cavabdeh2 imzası müəyyən edilmir, habelə bununla bağlı hər hansı maliyyə arayışı mövcud deyildir. Cavabdeh1 MTK ilə bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə onun gözlənti hüquqlarını pozmuşdur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İştirak etdikləri məhkəmə iclasında İddiaçı, onun vəkilləri Vəkil1 və Vəkil2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə2 iddianı qəbul etdi. O bildirdi ki, mübahisəli mənzil əslində İddiaçı satılmışdır. Hazırda da onun istifadəsindədir. Cavabdeh2 müqaviləsinin MTK-ya aidiyyəti yoxdur. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Nümayəndə1 qeyd etdi ki, təmsil etdiyi şəxs müqaviləni iddiaçıdan daha əvvəl bağlamışdır. O, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan mənzil tikintisi haqqında 303 saylı, 19 iyun 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57720 manata (1 kv.metri 650 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 19 iyun 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Səfərov X2 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə görə Cavabdeh1 MTK-ya 57720 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Səfərov X2 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin təmirinə icazə üçün Cavabdeh1 MTK-ya 500 manat ödəmişdir. Mülki işin materiallarından olan 131 saylı, 13 avqust 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 27350 manata (1 kv.metri 308 manata) satılması haqqında müqavilə (daha əvvəllər "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilə əsasında) bağlanmışdır. Mülki işin materiallarından olan 424 saylı, 13 avqust 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 2 nömrəli mənzilin 26640 manata (1 kv.metri 308 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan tarixsiz maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan mənzilə görə "xxxx" MMC-yə 26640 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK-nın 10 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil Cavabdeh1 MTK-ya məxsus olmuş və 19 iyul 2019-cu il tarixdə payçı İddiaçı satılmışdır. Bu mənzilə dair İddiaçı ilə aparılmış əməliyyatdan başqa heç bir sənəd yazılmamış və ya əməliyyat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki tərəflə MTK (Cavabdeh2 daha əvvəl "xxxx" MMC ilə) arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, 424 saylı, 13 avqust 2010-cu il tarixli müqavilə ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 2 nömrəli mənzilin 26640 manata (1 kv.metri 308 manata) satılması barədə razılıq əldə edilmişdir. Göründüyü kimi, buradakı yaşayış binası 12 mərtəbəli olmaqla, mübahisə predmetini 2 saylı mənzil təşkil edir. Cavabdeh2 daha sonra bu müqavilə əsasında "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə 131 saylı, 13 avqust 2016-cı il tarixli müqavilə bağlamışdır. Bu müqaviləyə görə isə ona Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil 27350 manata (1 kv.metri 308 manata) satılmışdır. Göründüyü kimi, burada mübahisə predmetini 15 mərtəbəli binanın 26 saylı mənzili təşkil edir. İddiaçı isə iddia edir ki, mənzil tikintisi haqqında 303 saylı, 19 iyun 2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 MTK ilə onun arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57720 manata (1 kv.metri 650 manata) satılması barədə razılaşma olmuşdur. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, iddiaçı mübahisəli mənzilin təmir edilməsinə icazə verilməsi üçün MTK-nın bank hesabına 500 manat vəsait ödəmişdir (kassa mədaxil orderi vardır). Mübahisəli mənzilin hazırda İddiaçı faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır. Bu faktı Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi iddiaçı ilə bağlanan əqdi qəbul etsə də, Cavabdeh2lə bağlanan müqavilənin legitimliyini qəbul etmədi. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MTK tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlakla bağlı İddiaçı Cavabdeh2 nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməlidir. İş materiallarından görünür ki, daha əvvəllər Cavabdeh2 iddia ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə verilməsi qət edilmişdir. Lakin bu akt sonradan İddiaçı tərəfindən mübahisələndirilmişdir və hazırda apellyasiya baxışındadır. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, həmin iş üzrə icraat hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmışdır. Başqa sözlə, həmin qətnamə hələ qanuni qüvvəsini almamışdır və hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda mənzilə dair müqavilənin olması Cavabdeh2 mübahisəli mənzillə bağlı İddiaçı sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə Cavabdeh2 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 saylı müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd əhəmiyyətsizdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh2lə bağlanmış 13 avqust 2016cı il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş İddiaçı sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə etibarsız hesab edilməli və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil İddiaçı təhvil verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisə üzrə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin verdiyi ərizə öz-özlüyündə heç bir hüquqi əhəmiyyət daşımır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki tələbdən isə görünür ki, o, əqdlərin etibarsızlığı barədədir və bu cür tələblər üzrə iddia müddəti 1 ildir (Mülki Məcəllənin 354-cü maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilmişdir ki, “… mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu baxımdan müddətin tətbiqi barədə ərizə verilib-verilməməsindən asılı olmayaraq, məhkəmə hazırki mübahisə üzrə İddiaçı iddia müddətini ötürməməsi qənaətinə gəlir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı mübahisə predmetini təşkil edən müqavilənin mövcudluğundan MTK-ya müraciət etdikdən sonra xx.xx.2021-ci il tarixdə məlumatlı olmuş, qanunvericiliyin tələbinə uyğun olaraq 1 il müddət daxilində hazırki iddianı qaldırmış, cavabdeh isə onun əqdin etibarsızlığı barədə 1 illik kəsici müddəti ötürməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə etibarsız hesab edilsin. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-778/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-778/2022
18.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver