Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-779/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə olan mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli,1**-NF-***9724 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3755.55 (üç min yeddi yüz əlli beş manat əlli beş qəpik) manat əsas borc, xx.xx.2020-ci il tarixə 254.98 (iki yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, xx.xx.2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 66.49 (altmış altı manat qırx doqquz qəpik), cəmi 4077.02 (dörd min yetmiş yeddi manat iki qəpik) manat məbləğində kredit borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli,1**-NF-***9724 №-li kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22 faiz olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun 3755.55 (üç min yeddi yüz əlli beş manat əlli beş qəpik) manat əsas borc, 254.98 (iki yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 66.49 (altmış altı manat qırx doqquz qəpik), cəmi 4077.02 (dörd min yetmiş yeddi manat iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh tərəfindən isə kredit üzrə borc axırıncı dəfə xx.xx.2020-ci il tarixdə cəmi 200 manat məbləğində ödənilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan, xx xxxx 2019-cu il tarixli,1**-NF-***9724 №-li kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22 faiz olmaqla 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli,1**-NF-***9724 №-li ödəniş qrafikindən müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2021-ci il tarixədək hər ay 259.40 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materıallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli,1**-NF-***9724 №-li kredit müqaviləsi üzrə 3755.55 (üç min yeddi yüz əlli beş manat əlli beş qəpik) manat əsas borc, 254.98 (iki yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 66.49 (altmış altı manat qırx doqquz qəpik), cəmi 4077.02 (dörd min yetmiş yeddi manat iki qəpik) manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli,1**-NF-***9724 №-li kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx xxxx 2019-cu il tarixli,1**-NF-***9724 №-li kredit müqaviləsi üzrə 3755.55 (üç min yeddi yüz əlli beş manat əlli beş qəpik) manat əsas borc, 254.98 (iki yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 66.49 (altmış altı manat qırx doqquz qəpik), cəmi 4077.02 (dörd min yetmiş yeddi manat iki qəpik) manat məbləğində kredit borcu İddiaçı ASC-yə qaytarmalıdır. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pul Cavabdeh alınaraq İddiaçı ASCnə ödənilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216- 220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxx 2019-cu il tarixli,1**-NF- ***9724 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 3755.55 (üç min yeddi yüz əlli beş manat əlli beş qəpik) manat əsas borc, 254.98 (iki yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat faiz borcu, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 66.49 (altmış altı manat qırx doqquz qəpik), cəmi 4077.02 (dörd min yetmiş yeddi manat iki qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-779/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-779/2021
16.03.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver