Məhkəmə qərarları › İş №2(012)-789/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-789/2023

27.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-789/2023 27.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sifarişi əsasında tikilmiş və payçısı olduğu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1 blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi, 83,0 kv.m olan 2 otaqlı 15 nömrəli mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair “PROGRESS-2016“ MTK ilə X1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə və “PROGRESS-2016“ MTK-nın barəsində xüsusi qərardadın çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, iddiaçı 27 avqust 2007-ci ildə "xxxx" MMC ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü mərtəbəsində yerləşən, 15 nömrəli 2 otaqlı ümumi sahəsi 82,6 kv.m olan mənzilin alınması üçün müqavilə bağlamışdır. Sonradan məlum səbəblərdən "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK 16 aprel 2016-cı ildə müqaviləni yeniləyərək yeni şərtlərlə və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə İA ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1 blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi, 83,0 kv.m olan 2 otaqlı 15 nömrəli mənzilə görə hər kvadrat metr üçün əlavə 100 (yüz) manat olmaqla pulu ödəməklə müqavilə bağlamışdır. Sonradan 2019-cu ilin mayın 29-da yenidən yeni şərtlərlə müqavilə bağlanmışdır. Ümumilikdə 36.519 (otuz altı min beş yüz on doqquz) manat məbləğində pul ödənilmişdir. Lakin sonuncu dəfə 2022-ci ilin aprel ayında yenidən 4000 (dörd min) manat ödənildikdən sonra mənzilə daxil olmaq istəyərkən həmin mənzilin qapısının üzərində telefon nömrəsi yazılmış və X1 adı yazılmışdır. Həmin nömrəyə zəng vurarkən Gülnarə Yaqubova həmin mənzili 2019-cu ildə aldığını və maliyyə arayışını ona oxunmayan şəkildə göndərmişdir. İddiaçı ilə artıq 15 ildir ki, müqavilə bağlanmasına baxmayaraq mənzil ona təhvil verilmir, ancaq həmin mənzil başqa şəxsə satılır. Uzun müddətdir ki, mənzil tikilib hazır olmamağına baxmayaraq üstəlik də həmin mənzil iddiaçıdan sonra başqasına da satılmışdır. Bunu gördükdə iddiaçı “PROGRESS’ MTK-ya yaxınlaşıb aydınlaşdırmaq istəyərkən, ona bildirmişlər ki, Gülnarəni tanımırlar, ev onundur. O da bildirmişdir ki, dələduzluqla məşğul olurlar, evi başqa şəxsə satırlar, o, isə hələ pulun ödənilməsini davam etdirir. Bu səbəbdən də məxaric orderi onlara qaytarıb 4000 manatı geri almışdır. Bundan sonra, Abşeron rayon Prokurorluğuna dələduzluq cinayətinin törədilməsi faktına görə şikayət ərizəsi yazmışdır. 2019-cu ildə Cavabdeh” MTK ilə müqaviləni təzələdikdə sonra ona 10000 (on min manat) məbləğində pul ödətdirmişlər. Halbuki, 15 ildir ki, mənzil hazır olmamaqla yanaşı, gündə bir müqavilə imzaladırlar. Bu kimi süründürməçiliklər bir yana, üstəlik 15 il pul ödətdirib, mənzilə görə başqa şəxsdən də pul alırlar. Nəticədə iddiaçının sahiblik və istifadə hüquqlarını pozurlar. Hazırkı iş üzrə cavabdeh şirkət tərəfindən onun payçi olduğu və sifarişi əsasında hazırlanmış mənzili üçüncü şəxsə onun xəbəri və razılığı olmadan satdığından həmin müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi razılaşmada nəzərdə tutulmuş müddətdə yerinə yetirməmiş, mənzilə dair nə işi görmüş nə də ki, mənzili iddiçıya təhvil verməmişdir. Şirkət formal olaraq güya mənzili başqa şəxsə satmaqla uydurma əqd tərtib edərək mənzili özgəninkiləşdirmək istəyirlər. Bu səbəbdən də aralarında bağlanmış müqaviləni də təqdim etmirlər. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1 blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 83,0 kv.m olan 2 otaqlı 15 nömrəli mənzilin ödənməmiş qalan 7148 manat ödəməklə ona təhvil verilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini azaldılmış həcmdə müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2007-ci il tarixli 216 №-li müqavilədən müəyyən edilir ki, “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü mərtəbə, 1-ci blokunda yerləşən ümumi sahəsi 82,6 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 15 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 426 manat təşkil edir və sahəsi 82,6 kv.m olan mənzil üçün cəmi 35187 (otuz beş min yüz səksən yeddi) manat ödənilməlidir. Mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli 38 №-li müqavilədən müəyyən edilir ki, “İcraçı” Cavabdeh ilə “Payçı” İddiaçı arasında Cavabdeh MTK-nın varisi olduğu "xxxx" MMC ilə əvəllər bağlanmış 27 avqust 2007-ci il tarixli 216 №li müqavilənin əsasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 4cü mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 15 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 526 manat təşkil edir və sahəsi 83,0 kv.m olan mənzil üçün cəmi 43658 (qırx üç min altı yüz əlli səkkiz) manat ödənilməlidir. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli 284 №-li müqavilədən müəyyən edilir ki, “İcraçı” Cavabdeh ilə “Payçı” İddiaçı arasında Cavabdeh MTK-nın ilə və ya varisi olduğu "xxxx" MMC ilə əvəllər bağlanmış xx.xx.2016-cı il tarixli 38 №-li müqavilənin əsasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 15 №-li mənzili “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 526 manat təşkil edir və sahəsi 83,0 kv.m olan mənzil üçün cəmi 43658 (qırx üç min altı yüz əlli səkkiz) manat ödənilməlidir,27034 manat ödənilmişdir, 16624 manat ödənilməmiş qalır. Mülki iş materiallarında olan qəbzlərdən görünür ki, tərəflər arasında bağlanan xx.xx.2019-cu il tarixli 284 №-li müqavilənin bağlanmasından sonra qalan 16624manat ödənilməmiş qalan pul vəsaitindən İddiaçı tərəfindən (Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında yerləşən 1-ci blok, 4-cü mərtəbədə yerləşən sahəsi 83 83 kv.m olan 2 (iki) otaqdan ibarət 15 №-li mənzilin pay dəyəri) xx.xx.2021-ci il tarixdə 6000 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 300 manat ödənilməklə, cəmisi 9200 manat ödəniş aparılmış, 7124 manat(16624-9200=7124). Manat isə ödənilməmiş qalmışdır.Hansıki, ödənilməmiş qalan 7124 manat məbləğində pulu iddiaçı bu gün də tam olaraq cavabdehə ödəməəyə hazırdır, lakin həmin məbləğ hansısa səbəbdən cavabdeh tərəfindən qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsin Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına görə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə 216 №-li müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü mərtəbə, 1-ci blokunda yerləşən ümumi sahəsi 82,6 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 15 №-li mənzili İddiaçı pay kimi verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Cavabdeh ilə İddiaçı arasında Cavabdeh MTK-nın varisi olduğu "xxxx" MMC ilə əvəllər bağlanmış 27 avqust 2007-ci il tarixli 216 №li müqavilənin əsasında xx.xx.2016-cı il tarixdə 38 №-li müqavilədən müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 15 №-li mənzili İddiaçı pay kimi verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Onların arasında Cavabdeh MTK-nın ilə və ya varisi olduğu "xxxx" MMC ilə əvəllər bağlanmış xx.xx.2016-cı il tarixli 38 №-li müqavilənin əsasında xx.xx.2019-cu il tarixli 284 №-li müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh MTK əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 15 №-li mənzili İddiaçı pay kimi verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Habelə Cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı İddiaçı 09 may 2021-ci il tarixli maliyyə arayışı verilmişdir. Həmçinin işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanan xx.xx.2019-cu il tarixli 284 №-li müqavilənin bağlanmasından sonra qalan 16624manat ödənilməmiş qalan pul vəsaitindən İddiaçı tərəfindən (Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında yerləşən 1-ci blok, 4-cü mərtəbədə yerləşən sahəsi 83 83 kv.m olan 2 (iki) otaqdan ibarət 15 №-li mənzilin pay dəyəri) xx.xx.2021-ci il tarixdə 6000 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019cu il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020ci il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 300 manat ödənilməklə, cəmisi 9200 manat ödəniş aparılmış, 7124 manat(16624-9200=7124). Manat isə ödənilməmiş qalmışdır.Hansıki, ödənilməmiş qalan 7124 manat məbləğində pulu iddiaçı bu gün də tam olaraq cavabdehə ödəməəyə hazırdır, lakin həmin məbləğ hansısa səbəbdən cavabdeh tərəfindən qəbul edilmir. Məhkəmə hesab edir ki,ötən müddət ərzində cavabdeh iddiaçı qarşısında öhdəliyini icra etmədiyindən, iddiaçı isə öhdəliyinin əsas hössəsini icra edib, icra edilməyən hissəsini isə hal-hazırda icra etməyə hazır olduğundan iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 15 №-li mənzili İddiaçı tərəfindən 7148 manat deyil, ödənilməiş qalan 7124 manat ödənilməklə ona təhvil verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət 15 №-li mənzili İddiaçı tərəfindən 7124 manat ödənilməklə ona təhvil verilsin. Cavabdehndən İddiaçı xeyrinə 100 manat dövlət rüsumuna görə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar