Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-793/2021 24.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı «İddiaçı” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı «İddiaçı” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7369 (yeddi min üç yüz altmış doqquz) manat əsas borc, 2026.41 (iki min iyirmi altı manat 41 qəpik) manat cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus lizinq obyekt(lər)inin hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 116-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 183-LD/17 nömrəli və xx.xx.2018-ci il tarixli 305-LD/18 nömrəli müqavilələrə əsasən lizinq obyekt(lər)i lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilə ilə götürdüyü öhdəlikləri müvafiq qaydada yerinə yetirməmiş, yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, ödəniş qrafikinə riayət etməyərək, ödənişləri müqavilə üzrə şərtləşdirilmiş qaydada və vaxtında ödəməmişdir. Cavabdeh öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə görə onun "İddiaçı” ASC-yə 7369 (yeddi min üç yüz altmış doqquz) manat əsas borc və 2026.41 (iki min iyirmi altı manat 41 qəpik) manat cərimə borcu yaranmışdır. Bu səbəbdən də cavabdehin öhdəliyinin icrasını təmin etmək üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx.xx.2017-ci il tarixli 116-LD/17 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi Müqaviləsinin surətindən müəyyən edilir ki, “lizinq verən” - İddiaçı ASC ilə “lizinq alan” - Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 5 ədəd “Holştin-friz” cins növlü damazlıq heyvanları Cavabdeh əvvəlcədən 6250 manat ilkin ödəniş olmaqla, 3 il müddətinə, hər ay 505 manat ödəmək şərti ilə lizinqə verilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC-nin xx.xx.2017-ci il tarixli, 2117/ü saylı əmrindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli 116-LD/17 nömrəli lizinq müqaviləsinə əsasən satış dəyəri cəmi 11812,1 manat və sığorta haqqı cəmi 1417,45 manat təşkil edən 5 ədəd “Holştin-friz” cins növlü damazlıq heyvanlar X1 Cavabdeh lizinqə verilməsi əmr edilmişdir. İş materiallarından olan xx.xx.2017-ci il tarixli 183-LD/17 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi Müqaviləsinin surətindən müəyyən edilir ki, “lizinq verən” - İddiaçı ASC ilə “lizinq alan” - Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4 ədəd “Holştin-friz” cins növlü damazlıq heyvanları Cavabdeh əvvəlcədən 5514,28 manat ilkin ödəniş olmaqla, 3 il müddətinə, hər ay 501 manat ödəmək şərti ilə lizinqə verilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC-nin xx.xx.2017-ci il tarixli, 2638/ü saylı əmrindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli 183-LD/17 nömrəli lizinq müqaviləsinə əsasən satış dəyəri cəmi 11028,6 manat və sığorta haqqı cəmi 1323,44 manat təşkil edən 4 ədəd “Holştin-friz” cins növlü damazlıq heyvanlar X1 Cavabdeh lizinqə verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 305-LD/18 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi Müqaviləsinin və həmin müqaviləyə 2 saylı əlavənin surətindən müəyyən edilir ki, “lizinq verən” - İddiaçı ASC ilə “lizinq alan” - Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 3 baş “Simmental” cins növlü damazlıq heyvanları Cavabdeh əvvəlcədən 4245 manat ilkin ödəniş olmaqla, 3 il müddətinə, hər ay 386 manat ödəmək şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli, 2850/ü saylı əmrindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli 305-LD/18 nömrəli lizinq müqaviləsinə əsasən satış dəyəri cəmi 8490 manat və sığorta haqqı cəmi 1018,80 manat təşkil edən 3 baş “Simmental” cins növlü damazlıq heyvanlar X1 Cavabdeh lizinqə verilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş Maliyyə Arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 116-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 183-LD/17 nömrəli və xx.xx.2018-ci il tarixli 305-LD/18 nömrəli müqavilələr üzrə Lizinq verənə 7369.08 (yeddi min üç yüz altmış doqquz manat səkkiz qəpik) manat əsas borc və 2026.41 (iki min iyirmi altı manat 41 qəpik) manat cərimə borcu olmaqla - cəmi 9395,49 (doqquz min üç yüz doxsan beş manat qırx doqquz qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarından olan xx.xx.2020-ci il tarixli ASC/P-678 №-li pretenziya məktubunun surətindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, lizinq alan Cavabdeh xx.xx.2017-ci il tarixli 116-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 183-LD/17 nömrəli və xx.xx.2018-ci il tarixli 305-LD/18 nömrəli Lizinq müqavilələri ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı ASC-yə ödənilməli olan lizinq ödənişlərini həmin Müqavilələr ilə müəyyən edilmiş müddət ərzində ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 7369 (yeddi min üç yüz altmış doqquz) manat lizinq məbləği üzrə əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2026.41 (iki min iyirmi altı manat 41 qəpik) manat məbləğində cərimə borcunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, tələb edilən cərimə pulu azaldılaraq, cavabdehdən cəmi 200 manat məbləğində cərimə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 7369 (yeddi min üç yüz altmış doqquz) manat əsas borc və 250 (iki yüz əlli) manat məbləğində cərimə borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 7369 (yeddi min üç yüz altmış doqquz) manat əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 7599 (yeddi min beş yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-793/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-793/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver