Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-803/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq **********00384 kodu üzərinə yazılmış 628,9 manat borcun silinməsi, cavabdehdən şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsinə görə yol verdikləri hərəkətlərə görə 10.000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00384 kodlu (qaz sayğacı) təbii qazın istehlakçısıdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunmuş, həmin aktda qeyd olunmuşdur ki, guya o, sayğacdan kənar ana qaz borusuna qoşularaq qazdan qanunsuz istifadə etmiş və akta foto şəkillər əlavə olunmuşdur. Həmin sənədlərə baxış keçirilən zaman, çəkilən şəkillərin və ana qaz borusuna qoşulması başqa bir şəxsin fərdi yaşayış evinə məxsus olduğu aydın şəkildə görünür. Lakin Cavabdeh İB-nin əməkdaşları ona məxsus olmayan fərdi yaşayış evinə baxış keçirmiş və protokol tərtib edilmişdir. Protokolda adı qeyd olunmuş və onun adından imza atılmışdır. Bundan sonra, o, “Azərqaz” İB-ə müraciət etmiş, yenidən onların əməkdaşları ilə ona məxsus olan fərdi yaşayış evinə baxış keçirilmiş və onun qaz sayğacından kənar ana qaz borusuna qoşulmadığı müəyyən olunmuşdur. Lakin, dəfələrlə müraciət etməsinə baxmayaraq, ona məxsus **********00384 kodu üzərinə yazılmış 628,9 manat borc silinməmişdir. O, rəsmi qurumlara müraciət etmiş, Bakı Regional Qaz Satışı Departamenti ona təkrar olaraq sayğacdan kənar qoşulması barədə məktub göndərmişdir. Göründüyü kimi Cavabdeh İBnin əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları öz əksini tapır. Odur ki, Cavabdeh qanunsuz olaraq **********00384 kodu üzərinə yazılmış 628,9 manat borcun silinməsi, cavabdehdən şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzun ləkələnməsinə görə yol verdikləri hərəkətlərə görə 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin “cavabdehdən şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsinə görə yol verdikləri hərəkətlərə görə 10.000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi” hissəsində imtina etdiyini bildirmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 may 2020-ci il tarixli, ******* saylı akt düzgün tərtib edilmişdir və akt tərtib edilən zaman heç bir pozuntuya yol verilməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan fərdi yaşayış evinə baxış keçirmiş, foto şəkillər əlavə edilmiş və müvafiq protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh digər nümayəndəsi X5 iddia tələbini qəbul etməyib, iddia ərizəsinin əsassız olduğunu, bu səbəbdən də iddia tələbinə etiraz etdiyi bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, hazırda Cavabdeh Bakı X10 Departamentində mühəndis işləyir. 2020-ci ilin may ayında isə Cavabdeh Xırdalan şəhəri, Hökməli və Qobu qəsəbələri üzrə qrup rəhbəri işləmişdir. Mübahisə ilə bağlı bildirir ki, mübahisə predmetini təşkil edən 15 may 2020-ci il tarixli, ******* nömrəli akt rəhbərlik etdiyi qrupun əməkdaşları tərəfindən tərtib edilmiş, daha sonra isə ona imzalamaq üçün təqdim edilmiş və onun tərəfindən imzalanmışdır. Lakin qeyd olunan akt səhv tərtib edilmişdir. Belə ki, akt Qobu qəsəbəsində yerləşən başqa bir şəxsə məxsus evə dair tərtib edilmiş, lakin aktda texniki yalnışlıq olaraq İddiaçı adı qeyd olunmuş, ona məxsus abonent kodu və evə məxsus ünvan yazılmışdır. İddiaçını tanıyır. Belə ki, məsələ ilə bağlı iddiaçı onun da yanında olmuşdur. Mülki işə əlavə edilmiş fotoşəkillər iddiaçıya məxsus evin fotoşəkilləri deyildir, Qobu qəsəbəsində yerləşən başqa bir şəxsə məxsus evin fotoşəkilləridir. O, bu barədə yazmış olduğu ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə olunan 15.05.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, 15.05.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********00384) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 15.05.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 15.05.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 0,6 m3/saat x 24 saat x 90 gün = 1296 m3, 1,5 m3/saat x 24 saat x 90 gün = 3240 m3, 0,8 m3/saat x 24 saat x 90 gün = 1728 m3, cəmi 6264 m3 (626,40 manat) əlavə ödəniş hesablanmışdır. İş materiallarında olan 03 noyabr 2020-ci il tarixli abonentin saldosunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, abunə kodu **********00384 olan ünvan üzrə may 2020-ci il tarixli akt əsasında 626,40 manat borc hesablanmışdır, eyni zamanda iddiaçının sentyabr 2020-ci ilə kimi 2,50 manat məbləğində təbii qazdan istifadəyə görə debitor borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli 4/1124 №-li ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 85-ci vərəqində olan İddiaçı adına olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 may 2020-ci il tarixli, ******* saylı aktın aşağı sağ tərəfində “Murtuzayev R” yazısı qarşısında “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. İş materiallarında olan X7 tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Z.Qasımov ərizəsində göstərmişdir ki, İddiaçı Nazmi oğlu barəsində 15.05.2020-ci il tarixli, ******* saylı akt tərtib edildikdən sonra ona imzalamaq üçün gətirilmiş və tərəfindən akt imzalanmışdır. Akt səhv tərtib edilmişdir. Belə ki, akt digər evə dair tərtib edilmişdir. Lakin abonent kodu və ünvan olaraq İddiaçı məxsus abonent kodu və ünvan yalnış olaraq aktda göstərilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillər İddiaçı məxsus evin şəkilləri deyildir, həmin şəkillər Qobu qəsəbəsində yerləşən başqa bir evə məxsus şəkillərdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının izahatından və şahid ifadəsindən görünür ki, akt əslində Qobu qəsəbəsində yerləşən başqa bir şəxsə məxsus evə dair tərtib edilmiş, lakin aktda texniki yalnışlıq nəticəsində İddiaçı adı, ona məxsus evin ünvanı və abonent kodu qeyd edilmişdir. Eyni zamanda, işin materiallarından göründüyü kimi abunə kodu **********00384 olan ünvan üzrə qeydiyyatsız təbii qazdan istifadəyə görə may 2020-ci il tarix üçün 626,40 manat cərimə borcu hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh tərəfindən qanunsuz olaraq **********00384 kodu üzərinə yazılmış 628,9 manat borcun silinməsi hissəsi ilə əlaqədar hesab edir ki, akt əsasında 628,90 manat deyil, 626,40 manat borc hesablandığından, 2,50 manat məbləği isə iddiaçının sentyabr 2020-ci ilə olan təbii qazdan istifadəyə görə debitor borcu olduğundan, İddiaçı yaşadığı ünvan 2i ünvanına adi qaz sayğacına (abonent kodu **********00384) dair may 2020-ci il tarix üçün hesablanmış 626,40 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 126 manat məhkəmə ekspertizası xərci cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 2i ünvanına aid qaz sayğacına (abonent kodu **********00384) dair hesablanmış 626,40 manat cərimə borcu silinsin. İddia digər hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmə ekspertizanın keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 126 manat məhkəmə ekspertizası xərci Cavabdehndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-803/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-803/2021
15.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver