Məhkəmə qərarları › İş №2(105)-2129/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2129/2023

11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2129/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakları ilə Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(012)-643/2023 nömrəli qətnaməsindən cavabdeh–qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: 1.“Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı akt, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacsız təbii qazdan istifadə etməsi aşkar olunduğundan itirilmiş qazın hesabatının aparılması qərara alınmışdır.

2. »Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 1944 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur.

3. Abonent kodu **********05649 olmaqla, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G4T Smart **********075 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 6805.2 manat göstərilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən yazılmış 2020-ci il üçün 3182.4 manat, 2021-ci il üçün 2103.84 manat, 2022-ci ilin yanvar-avqust ayları üçün 1518.96 manat olmaqla, ümumilikdə, cəmi 6805.2 manat borcun əsassız hesab olunması və ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən həyət evində xəbəri və heç bir müraciəti olmadan qaz sayğacı quraşdırılmış, 2022-ci ilin sentyabr ayında isə məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 2020-ci il üçün 3182.4 manat, 2021-ci il üçün 2103.84 manat, 2022-ci il yanvaravqust ayları üçün 1518.96 manat olmaqla, ümumilikdə, 6805.2 manat borc yazılmışdır. Borcun yazılma səbəbi isə guya iddiaçının 2020-ci ildən bugünə qədər qazdan yeraltı xətt çəkməklə qanunsuz istifadə etməsi olmuşdur. xx.xx.2022- ci il tarixli abonent saldosundan görünür ki, ümumilikdə, 6805.2 manat borc yazılmışdır. Həmin ev şəraitsiz olduğu üçün iddiaçı evdə daimi yaşamamış, 2020-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra xəstələnmiş və qızının evində qalmışdır. Halbuki, iddiaçı həmin evdə olmamış və bütün bunlardan xəbəri olmamışdır. Əgər qaz idarəsinin əməkdaşları həqiqətən də qeyd olunan pozuntuları aşkar etsə idilər, qanunvericiliyin tələblərinə əsasən, xətti qaynaqla bağlamalı, qeyd olunan halların fotolarını çəkməli, “blonf”la möhürləməli idilər. Lakin bunların heç biri edilməmiş, əlavə olunmuş fotoşəkillər isə çox güman ki, sonradan çəkilmiş qeyri-müəyyən fotolar olmuşdur. Tərtib olunmuş aktla mühəndislər guya eyni qayda pozuntunu aşkar etmiş, guya qaynaq vasitəsilə qazın verilməsi dayandırılmışdır. Bundan əlavə, tərtib olunmuş aktlardan və digər sənədlərdən görünür ki, mühəndislər guya qazdan qeyri-qanuni istifadə hallarını aşkarlamış, qaz xəttini kəsmiş və plomblamışlar. Eyni zamanda, aktlardan görünür ki, guya iddiaçı aktı imza etməkdən imtina etmişdir. Qeyd olunnların heç biri həqiqəti əks etdirmir. Bu səbəbdən də, iddia tələbi təmin edilməli, əsassız şəkildə yazılmış borc Cavabdeh İB tərəfindən silinməlidir.

7. Qarşılıqlı iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-yə 6805.2 manat vurulmuş zərər və 89 manat dövlət rüsumunun məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə abonent İddiaçı arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB tərəfindən **********05649 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 6805.2 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda, ümumi olaraq 6805.2 manat təşkil edir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi təmin olunmalıdır.

9. Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(012)-643/2023 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) ilk iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 6805.2 (altı min səkkiz yüz beş manat iyirmi qəpik) manat borcun abonent kodu **********05649 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 88.05 (səksən səkkiz manat beş qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İB-dən ekspertiza tədqiqatının dəyərinə görə 64 (altmış dörd) manat pul vəsaitinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan cavabdeh müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarla bağlı qeyd etmişdir ki, həmin aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir və bu aktlar tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçı barəsində aktlar tərtib edilərək həmin aktlar əsasında istehlakçı barəsində cərimə hesablanmışdır. Lakin göründüyü kimi, sözügedən aktların tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək iddiaçının və hal şahidlərinin iştirakı təmin edilməmiş, aktda iddiaçının “İmtina etdi” barədə qeydi aparılsa da, həqiqətən də, həmin aktların iddiaçının iştirakı təmin olunmaqla aktı qəbul etməkdən imtina etməsi nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də iddiaçı tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Beləliklə tərtib olunmuş aktlar natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda, göstərmişdir ki, abonentə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qaz xətlərinin çəkilib-çəkilmədiyini müəyyən etmək üçün məhkəmətraseoloji ekspertiza təyin olunmuş və məhkəməyə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/851 saylı rəyinə əsasən, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə izlərinin aşkar edilmədiyi və qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən işə baxan məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli qarşılıqlı iddia tələbi isə əsaslı olmadığından təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 430.1, 442-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanına, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”-nın 4.2, 4.8, 4.9-cu bəndlərinə, “İcra” haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 14.2, 88, 103.1, 106.1, 107, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

12. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh–qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İşə baxan məhkəmə qarşılıqlı iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanuna zidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda məhkəmə iddia tələbini tam təmin edərək, habelə qarşılıqlı iddia tələbinin dəlillərinə düzgün hüquqi qiymət vermədən iş üzrə əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə əsasdır. İlk İddiaçı aid olan **********05649 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İlk iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İlk iddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmi hesablanaq müvafiq akta qeyd edilmişdir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Təbii haldır ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək əvəzinə, təbii qazı talayacaqdır. Göstərilən hallara məhkəmə düzgün hüquqi qiymət vermədiyindən apellyasiya şikayəti təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(012)- 643/2023 nömrəli qətnaməsi ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o sayğacdan kənar xətdən istifadə etməmiş, buna heç ehtiyacı da olmamışdır. Belə ki, mübahisəli ünvanda cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib edilən dövrdə ümumiyyətlə yaşayış olmamışdır. Həmin ünvana qaz xətti çəkdirməmişdir. 2020-ci ildə “Covid 19” pandemiyası ərəfəsində onun həyat yoldaşı vəfat etmişdir. O zamandan etibarən iddiaçı qızına məxsus evdə yaşayır. Yəni mübahisəli ünvanda daimi yaşayış olmadığı üçün evə qaz xətti çəkdirməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən aktlar qərəzli şəkildə tərtib olunmuş və ona əsassız borc hesablanmışdır. Onun tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməmişdir. İddiaçı sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh İB lazımı qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın

1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh İB Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(012)-643/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

26. İlk iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.

27. Araşdırılan işdən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı Ağaəli oğluna məxsus ünvanda (abonent kodu: **********5649) təbii X5na riayət olunması vəziyyəti ilk dəfə xx.xx.2020-ci il tarixdə yoxlanılmış, abonentin sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuşdur, bununla əlaqədar olaraq müxtəlıif vaxtlarda ayrıayrı aktlar tərtib olunmuş, lakin istehlakçı aktların tərtibində iştirak etməmiş, birtərəfli qaydada tərtib edilmişdir.

28. İş materiallarından aşkar olunur ki, həqiqətən də ilk iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Aktlar tərtib etmiş, lakin dəymiş ziyanın bərpasına dair vaxtında əməli tədbirlər həyata keçirməmişdir.

29. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və Aktla) sübut olunur.

30. Birinci instansiya məhkəməsi iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/851 nömrəli ekspert rəyinə istinadən qanunsuz qoşulma faktının mövcud olmaması qənaətinə gəlmişdir. Lakin kollegiya qeyd edir ki, qaz xəttinə qanunsuz qoşulmanın sayğaca vizual baxış zamanı müəyyən edilməsi istisna edilən haldır.

31. Bununla belə kollegiya qeyd edir ki, iddaçıya məxsus ünvanda qaz sayğacının yoxlanılması zamanı təbii qazdan qeyri-qanuni istifadə faktının müəyyən edildiyi və bu faktın təbii X5nın pozulması haqqında aktla rəsmiləşdirildiyi xx.xx.2020-ci il tarixdən sonra qaz paylayıcısı olan şəbəkə qərarın bu bəndini kobud şəkildə pozmuş, iddiaçının məskunlaşdığı fərdi yaşayış evində təbii X5nın pozulması haqqında yuxarıda sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişlər.

32. İstinad olunan Qərarın 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qərarın 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

33. Apellyasiya kollegiyası qeyd edir ki, mübahisəli ünvana dair cavabdeh tərəfindən mütəmadi olaraq tərtib edilmiş çoxsaylı aktlar formal, iddiaçının iştirakı olmadan tərtib edilmiş, akt tərtib edənlər cavabdehin guya aktı imzalamaqdan “imtina” etməsini yazmaqla işlərini bitmiş hesab etmiş, bununla da yuxarıda istinad olunan Qaydaların tələblərini pozmuşlar. Bu səbəbdən heç də həmin aktlar bütünlüklə mötəbər sübut kimi qəbul edilə və akt əsasında hesablanmış cərimə borcu abonentdən tutula bilməz.

34. Beləliklə kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə tam razılaşmır və əlavə olaraq bildirir ki, Azəriqaz İB tərəfindən ilk iddiaçının yaşadığı (abonent kodu: **********5649) ünvanda təbii X5na riayət olunması vəziyyəti yoxlanılarkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmasına, bununla bağlı akt tərtib olunmasına baxmayaraq, səlahiyyətli orqan olan Azəriqaz İB tərəfindən hərəkətsizlik edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X5”nın 6.5-ci bəndinə riayət edilməmiş, əksinə pozuntunun davam etdirilməsinə şərait yaradılaraq borc məbləğinin artmasına imkan yaratmışdır.

35. Kollegiya həmçinin onu da qeyd edir ki, xx.xx.2020-ci il tarixli akt əsasında Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının eynitarixli tələbnamə adlı sənədinə əsasən abonentə məxsus qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 7560 m3 müəyyən edilmişdir.

36. Kollegiya bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 24 saat müddətlə aparıldığını əsaslandıra bilməmişdir.

37. Apellyasiya kollegiyası hesab edir ki, həm PQ4-ün maksimal saatlıq qaz sərfi, həm də QSQ-nin və radiatorun maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 12 saat olmaqla hesablanmalıdır.

38. Abonentin gün ərzində qaz qurğularından orta hesabla aktda qeyd olunan saatlarla istifadə etməsi qəbul olunarsa, “Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq İddiaçı Ağaəlinin oğlunun Birliyə 90 gün üçün xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 378 manat (1,2 x 12 x 90; 1,5 x 12 x 90; 0.8 x 12 x 90 = 3780 kub.metr) ziyan vurması müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalıdır.

39. Qarşılıqlı iddiaçı Cavabdeh İB-nin apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya qeyd edir ki, hazırkı iş üzrə ilk iddia tələbi və qarşılıqlı iddia tələblərinin yaranması əsaslarını qismən eyni faktlar təşkil edir ki, ilk iddia üzrə iddiaçı tələbdə qeyd olunan aktlar əsasında ona hesablanmış borcun silinməsini xahiş etmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə yenə həmin aktlar əsasında hesablanmış borc məbləğinin cavabdehdən tutularaq Birliyə ödənilməsini xahiş etmişdir.

40. Bunun davamı kimi kollegiya qeyd edir ki, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə cavabdehin ünvanına dair tərtib olunmuş aktlardan yalnız xx.xx.2020-ci il tarixli, ******* saylı aktı mötəbər sübut kimi qəbul etdiyindən, qarşılıqlı iddia tələbi sayğacdan qanunsuz istifadə barədə tərtib edilmiş aktlar üzrə hesablanmış borc yalnız həmin akt əsasında və yuxarıda qeyd olunan formada (1,2 x 12 x 90; 1,5 x 12 x 90; 0.8 x 12 x 90 = 3780 kub.metr) təmin edilməlidir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

42. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

43. Lakin işə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, yaranmış borc məbləğinin əsası barədə düzgün nəticəyə gəlməmişdir.

44. Beləliklə kollegiya yaranmış mübahisənin obyektiv və yekun həlli kimi hesab edir ki, iş üzrə apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı Ağaəli oğlundan Cavabdeh İB-nin xeyrinə təbii qazdan qanunsuz istifadə nəticəsində vurulmuş zərərin əvəzi olaraq 378 manat pul tutulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində pulun 5 manatı İddiaçı Ağaəli oğlundan, qalan 59 manatı isə Cavabdeh İB-dən tutulmalıdır.

45. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(012)-643/2023 nömrəli qətnaməsi qismən- “ilk iddia üzrə 378 (üç yüz yetmiş səkkiz) manat borcun İddiaçı məxsus abunə hesabından (abonent kodu **********05649) silinməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi və ekspertiza xərcinin Azəriqaz İB-yə aid edilməsi ” hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. İlk və qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Ağaəli oğlundan təbii qazdan istifadəyə görə hesablanmış zərərin əvəzi kimi 378.0 (üç yüz yetmiş səkkiz) manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(012)-643/2023 nömrəli qətnaməsi Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 6418.2 (altı min dörd yüz on səkkiz manat iyirmi qəpik) borcun İddiaçı məxsus abunə hesabından (abonent kodu **********05649 olan) silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğdə pulun 5 manatı İddiaçı Ağaəli oğlundan qalan 59 manatı isə Cavabdehndən alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, cavabdeh tərəf, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar