Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1352/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı"xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Açar sözlər: (pul, müqavilə; mənzilin sahəsi və s.) X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməmiş 31,67 kv/m sahə üçün hər kv/m 950 manat, ümumillikdə 30086 manatı və dövlət rüsumu kimi ödədiyi 181 manatı, ümumillikdə 30267 (otuz min iki yüz altmış altı) manat pul vəsaitini cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə müqavilə bağlamış və iki mənzil üzrə cavabdehə 212100 manat ödəniş edəndən sonra, maliyyə arayışı almış və Nizami rayonu, Əlif Hacıyev küçəsi ,22 M14, 2 saylı və 3 saylı mənzilləri üzrə xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixlərdə DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən müvafiq çıxarışlar almışdır. Uzun müddət mənzillərə görə komunal ödənişlər etmişdir. Sonuncu dəfə, yəni 2025-ci ilin fevral ayında ona məlum olmuşdur ki, komunal xidmətləri bir müddət ödəmədiyinə görə cavabdeh tərəfindən Nizami rayon məhkəməsinə müraciət edilmiş və 2500 manat pulun tutulması barədə qətnamə qəbul olunmuşdur. Bundan sonra onu Nizami rayon icra şöbəsinə dəvət etmişdirlər və orda ona məlum olmuşdur ki, 2 saylı mənzil üzrə 0.4 qəpik olmaqla, həmin mənzilinin sahəsi 131,59 hesablanmış, 3 saylı mənzilin ümumi sahəsi isə üçün 104,08 kv/m əsas götürülərək ona komunal xidmətlər üçün xx.xx.2025-ci il tarixli 3651 saylı və 3649 saylı mədaxil qəbzləri təqdim edilmişdir. Həmin zamanda isə çıxarışlar nəzər keçirən zaman, məlum olmuşdur ki, 131,59 kv/m hesablanmış 2 saylı mənzilin faktiki ümumi sahəsi 113,1 kv/m təşkil edir, digər 3 saylı mənzilin ümumi sahəsi 104,08 kv/m yox, 90,90 kv/m təşkil edir. Həmin tarixdən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən müqavilədə 235,67 (131,59 kv/m + 104,08 kv/m) kv/m qeyd etməsinə baxmayaraq, ona faktiki olaraq (çıxarışlara əsasən) 204 kv/m (113,1 kv/m + 90,90 kv/m) təhvil vermiş, lakin ödənişi isə 235 kv/m üçün almışdır. Ondan 31,67 kv/m üçün əlavə pul almışdır. O zaman üçün isə hər kv/m 950 manat ödəniş etmişdir. Beləliklə, 30086 manat pul vəsaitini ondan artıq almışdır. Cavabdehin etirazı: Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx"MMC tərəfindən təhvil verilməmiş 31,67 kv/m sahə üçün hər kv/m 950 manat, ümumilikdə 30086 manatı və dövlət rüsumu kimi ödənilən 181 manatı, ümumillikdə 30267 (otuz min iki yüz altmış altı) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2025-ci ilin fevral ayında kommunal xidmətlər bir müddət iddiaçı tərəfindən ödənilmədiyinə görə cavabdeh tərəfindən Nizami rayon məhkəməsinə müraciət edilmiş və 2500 manat pulun tutulması barədə qətnamə qəbul olunmuşdur. Bundan sonra iddiaçı Nizami rayon icra şöbəsinə dəvət edilmiş və orda ona məlum olmuşdur ki, 2 saylı mənzil üzrə 0.4 qəpik olmaqla, həmin mənzilin sahəsi 131,59 hesablanmış, 3 saylı mənzilin ümumi sahəsi isə üçün 104,08 kv/m əsas götürülərək ona kommunal xidmətlər üçün xx.xx.2025-ci il tarixli 3651 saylı və 3649 saylı mədaxil qəbzləri təqdim edilmişdir. Daha sonra, tərəfindən çıxarışlar nəzərdən keçirilən zaman, məlum olmuşdur ki, 131,59 kv/m hesablanmış 2 saylı mənzilin faktiki ümumi sahəsi 113,1 kv/m təşkil edir, digər 3 saylı mənzilin ümumi sahəsi 104,08 kv/m yox, 90,90 kv/m təşkil edir. Həmin tarixdən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən müqavilədə 235,67 (131,59 kv/m + 104,08 kv/m) kv/m qeyd etməsinə baxmayaraq , ona faktiki olaraq (çıxarışlara əsasən) 204 kv/m (113,1 kv/m + 90,90 kv/m) təhvil vermiş, lakin ödənişi isə 235 kv/m üçün almışdır. Aşağıda qeyd olunanlara əsasən iddia tələbini əsassız hesab edir. Belə ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında 27 noyabr 2014-cü il tarixində iki müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40A ünvanında inşa olunan binanın 14-cü mərtəbəsində 101 və 102 saylı mənzillər, 101 saylı mənzilin tikinti altı sahəsi 131.59 kv.m, yaşayış sahəsi 63,64 kv.m və 102 saylı mənzilin tikinti altı sahəsi 104.08 kv.m, yaşayış sahəsi isə 39.64 kv.m olmuşdur. Yuxarıda qeyd olunan hər iki mənzil ölçülərək iş üzrə iddiaçıya 2019-cu ildə təhvil verilmiş və iddiaçıdan bununla bağlı ərizə alınmışdır. Eyni zamanda iş üzrə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş mənzillərə dair Dövlət Reyestri Xidmətindən iddiaçının adına verilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli çıxarışlardan görünür ki, həmin tarixlərdən etibarən mənzillər onun istifadəsinə verilmişdir. Lakin iddiaçı iddia tələbində qeyd edir ki, cavabdeh tərəfindən 2025-ci ilin fevral ayında ona qarşı Nizami rayon Məhkəməsinə kommunal borclara görə iddia ərizəsi ilə müraciət olunduğundan, o da ona verilən mənzillərin sahə ölçüsündə fərq olduğunu, müqavilədə nəzərdə tutulandan az sahədə mənzil verilməsi səbəbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, tərəflər arasında müqavilə bağlanan zaman və həmin mənzillərə dair çıxarışlar iddiaçıya təqdim olunan zaman mənzillərin sahələri iddiaçıya məlum olmuşdur. Müqavilə öhdəlikləri üzrə MMC öz öhdəliklərini tam həcmdə yerinə yetirmişdir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş texniki pasportdan görünür ki, 101 saylı mənzil üzrə yaşayış sahəsi 69,5 kv.m, 102 saylı mənzil üzrə isə yaşayış sahəsi 41,7 kv.m təşkil edir. Tərəflər arasında bağlanılmış müqaviləyə görə isə iddiaçıya verilən mənzillərdən- 101 saylı mənzilin yaşayış sahəsi 63,64 kv.m, 102 saylı mənzilin yaşayış sahəsi 39,64 kv.m təşkil edir. Buradan da görünür ki, əslində iddiaçıya müqavilədə nəzərdə tutulandan da əlavə olaraq 8 kv.m artıq mənzil sahəsi verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi: Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməmiş 31,67 kv/m sahə üçün hər kv/m 950 manat, ümumilikdə 30086 manatı və dövlət rüsumu kimi ödənilən 181 manatı, ümumillikdə 30267 (otuz min iki yüz altmış altı) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “...2025-ci ilin fevral ayında kommunal xidmətlər bir müddət iddiaçı tərəfindən ödənilmədiyinə görə cavabdeh tərəfindən Nizami rayon məhkəməsinə müraciət edilmiş və 2500 manat pulun tutulması barədə qətnamə qəbul olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən çıxarışlar nəzərdən keçirilənən zaman, məlum olmuşdur ki, 131,59 kv/m hesablanmış 2 saylı mənzilin faktiki ümumi sahəsi 113,1 kv/m təşkil edir, digər 3 saylı mənzilin ümumi sahəsi 104,08 kv/m yox, 90,90 kv/m təşkil edir. Həmin tarixdən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən müqavilədə 235,67 (131,59 kv/m + 104,08 kv/m) kv/m qeyd etməsinə baxmayaraq , ona faktiki olaraq (çıxarışlara əsasən) 204 kv/m (113,1 kv/m + 90,90 kv/m) təhvil vermiş, lakin ödənişi isə 235 kv/m üçün almışdır”. Aşağıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsassız olmaqla yanaşı həm də iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. Belə ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında 27 noyabr 2014-cü il tarixində iki müqavilə bağlanmış, 2017-cı ildə bina MMC tərəfindən təhvil verilmiş və 2017-ci ildən etibarən iddiaçı yuxarıda qeyd olunan mənzilləri təmir edib orada yaşamışdır. Bundan başqa, iş üzrə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mənzillərə dair Dövlət Reyestri Xidmətindən iddiaçının adına xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli çıxarışlar verilmişdir. Belə olan halda belə, iddiaçı həmin tarixdən yalnız 5 il müddət keçdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, iddiaçı iddia tələbində qeyd edir ki, cavabdeh tərəfindən 2025-ci ilin fevral ayında ona qarşı Nizami rayon Məhkəməsinə kommunal borclara görə iddia ərizəsi ilə müraciət olunduğundan, o da ona verilən mənzillərin sahə ölçüsündə fərq olduğunu hesab edərək, müqavilədə nəzərdə tutulandan az sahədə mənzil verilməsi səbəbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki tərəflər arasında müqavilə bağlandıqdan sonra həm mənzillər təhvil verilən zaman, həm də mənzillərə dair çıxarışlar verilən zaman mənzillərin sahələri iddiaçıya məlum olmuşdur. Həmçinin ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının 20 aprel 2017-ci il tarixli qərarına əsasən, həmin binada kommunal xidmətlərin ödəniş məbləği də müəyyən edilmişdir. Yəni, həmin tarixdən etibarən mənzillər mülkiyyətçilərin istifadəsində olmuşdur. Göründüyü kimi, 2017-ci ildə MMC tərəfindən bina təhvil verilən zaman mənzillərin ümumi sahəsi iddiaçıya məlum olmuş və hesab edirik ki, həmin mənzilə münasibətdə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığından, hazırkı iddiaya münasibətdə iddia müddətinin axımı 2017-ci ildən hesablanmalıdır. İddia ərizəsinin 2025-ci ilin fevral ayında verildiyini nəzərə alsaq 2017-ci ildən 8 il, mənzillərə dair çıxarışların verilməsindən isə 5 ildən çox müddət keçmişdir. Yəni, hər bir halda hazırkı iddiaya münasibətdə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi bərədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Ona görə də hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, iddia müddətinin keçməsi əsası ilə "Rahatlığın Məkanı”MMC-yə qarşı iddiaçı tərəfindən “təhvil verilməmiş əlavə kv.m pul vəsaitinin tutulması və s. haqqında” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- İddiaçı artıq verilmiş 8 kv.m sahəyə görə 7600 manat məbləğin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar: Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Rahatlığın Məkanı” MMC tərəfindən təhvil verilməmiş 31,67 kv/m sahə üçün hər kv/m 950 manat, ümumilikdə 30086 manatı və dövlət rüsumu kimi ödənilən 181 manatı, ümumillikdə 30267 (otuz min iki yüz altmış altı) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında 27 noyabr 2014-cü il tarixində iki müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40A ünvanında inşa olunan binanın 14-cü mərtəbəsində 101 və 102 saylı mənzillər, 101 saylı mənzilin tikinti altı sahəsi 131.59 kv.m, yaşayış sahəsi 63,64 kv.m və 102 saylı mənzilin tikinti altı sahəsi 104.08 kv.m, yaşayış sahəsi 39.64 kv.m verilməli idi. Lakin ilkin iddia üzrə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş texniki pasportdan görünür ki, 101 saylı mənzil üzrə yaşayış sahəsi 69,5 kv.m, 102 saylı mənzil üzrə isə yaşayış sahəsi 41.7 kv.m təşkil edir. Buradan da görünür ki, cavabdehə müqavilədə nəzərdə tutulandan əlavə olaraq 8 kv.m. artıq mənzil sahəsi verilmişdir. Hesab edir ki, cavabdehə verilmiş 8 kv.m. artıq sahənin dəyəri (8x950=7600) cavabdehdən tələb olunmalıdır. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 113.1 kv.m, yaşayış sahəsi 69.5 kv.m olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin ümumi sahəsi 90.9 kv.m, yaşayış sahəsi 41.7 kv.m olmuşdur. 3651 və 3649 saylı mədaxil qəbzlərindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40A ünvanında yerləşən 101 saylı mənzilin sahəsi 131.59 kv.m və 102 saylı mənzilin sahəsi 104.08 kv.m kimi göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40A ünvanında yerləşən 102 saylı mənzil ümumi sahəsi 90.90 kv.m olmaqla xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40A ünvanında yerləşən 101 saylı mənzil ümumi sahəsi 113.10 kv.m olmaqla xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 181 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 96 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40A ünvanında yerləşən 101 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 101 saylı mənzilin tikinti altı sahəsi 131.59 kv.m, yaşayış sahəsi 63.64 kv.m-dir. xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40A ünvanında yerləşən 102 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 102 saylı mənzilin tikinti altı sahəsi 104.08 kv.m, yaşayış sahəsi 39.64 kv.m-dir. 2019-cu il tarixli ərizələrin surətindən görünür ki, İddiaçı sahələri 104.08 və 131.59 kv.m olan 101 və 102 saylı mənzilləri təhvil alması barədə ərizəni öz imzası ilə təsdiq etmişdir. Məhkəmənin qərardadı əsasında təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3776 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”-na əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 22 saylı evin, 14-cü mərtəbəsində yerləşən mənzilin ümumi sahəsinin 190,58 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 22 saylı evin, 14-cü mərtəbəsində yerləşən mənzilin balkon, lojiya (əmsal tətbiq olunmadan) və daxili arakəsmələrin altındakı sahə ilə birlikdə tikintialtı sahəsinin 218,48 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 22 saylı evin 14-cü mərtəbəsində yerləşən mənzilin faktiki ümumi sahəsinin 210. Kv.m təşkil etdiyi müəyyən edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edib izahatında göstərdi ki, 2014-cü ildə kvadrametri 950 manatdan olmaqla 130 və 104 kv.m sahəsi olan iki mənzil almışdır. 2017-ci ildə bina təhvil verilmişdir. 2022-ci ilin noyabr ayında köçmüşdür. Çıxarışı isə 2020-ci ildə almışdır. Çıxarışda 130 kv.m 113 kv.m, 104 kv.m isə 97 kv.m yazılmışdır. Yaşamadığı halda kommunal ödəmişdir. Pandemiyada hamı kimi onun da işləri korlanmışdır. Kommunala görə məhkəməyə vermişlər. Ondan sonra çıxarışda az yazıldığına fikir vermişdir. Qarşı tərəf müddət söhbətini qaldırmışdır, amma çıxarışda fərq olmağından onun heç xəbəri olmamışdır. Kommunalla bağlı məhkəməyə verəndən sonra bilmişdir ki, sahə ilə bağlı çatışmazlıq var. Heç vaxt qarşı tərəflə prinsipi olmamışdır. Heç yaşamadığı vaxtda da kommunal vermişdir. Pandemiya dövründə verə bilməmişdir. Qarşı tərəf onu məhkəməyə verəndən sonra sahəsinin az olduğundan xəbəri olmuşdur. Göstərilənlərə əsasən, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddia müddətinin tətbiq olunmaqla ilkin iddianın rədd olunmasını xahiş edir. Mənzil 2017-ci ildə təhvil verilmişdir, üzərindən 8 il keçmişdir. Müqaviləyə baxdıqda görünür ki, 8 kv.m sahə artıq verilmişdir. Bu səbəbdən ilkin iddiaçıdan 7600 manat pul tutulmalıdır. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Məhkəmə birinci növbədə ilkin iddia tələbinə qiymət verməyi məqsədəmüvafiq hesab edərək qeyd edir ki, ilkin iddia üzrə iddiaçı müqavilə üzrə ona təhvil verilməsi nəzərdə tutulan sahədən az sahə təhvil verildiyindən onun tərəfindən ödənilmiş hər kvadrat üçün artıq pul məbləğinin ona geri qaytarılmasını tələb edir. Məhkəmə iş materiallarını, ekspert rəyini birlikdə tədqiq edib ümumiləşdirərək qeyd edir ki, ilkin iddiaçı tərəfindən təhvil alınmış Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40A ünvanında yerləşən mənzillərin ümumilikdə sahələri müvafiq olaraq aşağıdakı kimidir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasport- ümumi sahəsi 204 kv.m, yaşayış sahəsi 111.2 kv.m. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış- ümumi sahəsi 204 kv.m. xx.xx.2014-cü il tarixli müqavilə- tikinti altı sahəsi 235.67 kv.m, yaşayış sahəsi 103.28 kv.m. Məhkəmənin qərardadı əsasında təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3776 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə isə müəyyən edilmişdir ki, mənzilin ümumi sahəsinin 190,58 kv.metr, mənzilin balkon, lojiya (əmsal tətbiq olunmadan) və daxili arakəsmələrin altındakı sahə ilə birlikdə tikintialtı sahəsinin 218,48 kv.metr, mənzilin faktiki ümumi sahəsinin 210. Kv.m təşkil edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, hazırki işin hallarından aydın olmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya ümumilikdə tikinti altı sahəsi 235.67 kv.m, yaşayış sahəsi 103.28 kv.m olan mənzillərin verilməsi nəzərdə tutulmuş, texniki pasportda göstərilən ölçülərə müvafiq olaraq tikinti altı sahəsi 204 kv.m, yaşayış sahəsi 111.2 kv.m olan, dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 204 kv.m olan, ekspertiza rəyinə əsasən tikinti altı sahəsi 218.48 kv.m, faktiki ümumi sahəsi 210 kv.m, ümumi sahəsi 190.58 kv.m olan mənzil təhvil verilmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı 2019-cu ildə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Çünki iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsi hesablanarkən həmin mənzilin sahəsinin müqavilədə nəzərdə tutulandan az olması müəyyən olunur və bu ölçü mənzillərin faktiki sahəsinin müqavilədə göstərilən sahəsindən 25.67 kv.m azdır. (Müqavilədə nəzərədə tutulan tikinti altı sahə ilə ekspert rəyində göstərilmiş faktiki sahə müqayisə edildikdə). Məhkəmə bu yerdə qeyd edir ki, məhkəmə araşdırması zamanı binanın 2017-ci il tarixdə təhvil verilməsi faktı həm iddiaçı, həm də cavabdeh tərəfin izahatlarında öz təsdiqini tapsa da, iş materiallarında 2019-cu il tarixdə yazılmış mənzilin təhvil alınması barədə ərizələr təsdiq edir ki, mübahisə predmeti olan mənzil 2019-cu il tarixdə iddiaçı tərəfindən təhvil alınmışdır. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az sahənin verildiyini, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Bununla yanaşı müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 6 il sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikəri ölçüdə və qaydada tikərək təhvil verməlidir. İddiaçı iddia tələbini əsaslandırarkən məhz ona verilmiş mənzillərin tikinti altı sahələrinin arasında fərq olmasına istinad etmişdir. Məhkəmə iddiaçının bu mövqeyinə münasibətdə, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsini də nəzərə alaraq qeyd edir ki, iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən kommunal xidmətlər üçün borcun tutulması ilə bağlı qətnaməni əldə etdiyi zaman ona məlum olmasına dair dəlil inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. Məkhəmə iddiaçının bu dəlilini əsaslı hesab etmir. Həmçinin məhkəmə qeyd edir ki, mənzilin iddiaçıya təhvil verilməsi tarixinin 2019-cu il olması işin mübahisəsiz halıdır və mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma tarixini müddətin başlanma anı kimi qəbul edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, iddiaçı mənzili təhvil aldığı zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idi. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alır və hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, qarşılıqlı iddia tələbinə əsasən iddiaçı, alıcıya müqavilədə nəzərdə tutulandan daha çox yaşayış sahəsi verdiyindən həmin sahənin dəyərinin alıcı tərəfindən ödənilməli olmasını iddia edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, işin yuxarıda göstərilən hallarından aydın olmuşdur ki, qarşılıqlı iddiaçı, yəni "xxxx" MMC tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozaraq İddiaçı müqavilədə nəzərdə tutulandan az sahəli mənzilləri təhvil vermişdir. Mövcud məhkəmə təcrübəsi göstərmişdir ki, mənzilin alqı-satqısı, podrat müqaviləsi bağlanarkən tərəflər arasında razılaşmanın predmeti mənzilin faktiki sahəsi olmaqla həmin mənzilin dəyəri müəyyən edilir. Məhkəmə müqavilə şərtlərinin MMC tərəfindən pozulması faktını ilkin iddiaya qiymət verərkən kifayət qədər əsaslandırmışdır. Həmçinin məhkəmə qeyd edir ki, MMC-nin qarşılıqlı iddiası məhz ilkin iddianın təmin edilməməsinə yönəlmiş, məhkəməni yanıltmaq baxımından məhz ilkin iddia verildikdən sonra irəli sürülmüşdür. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pulun 50 manat hissəsi "xxxx" MMC-dən və 50 manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMCnin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pulun 50 manat hissəsi "xxxx" MMC-dən və 50 manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pulun 50 manat hissəsi "xxxx" MMC-dən və 50 manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov