Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1246/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin və Cavabdeh qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, sübut etmək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin; Cavabdeh borcun tutulması tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2129/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixl i qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra – iddiaçı və ya Birlik) əməkdaşları tərəfindən ünvan 1ində İddiaçı (bundan sonra – iddiaçı) yaşadığı ünvan üzrə sonuncunun barəsində qaz xəttinə sayğacdan kənar qoşulma səbəbi ilə xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixl i, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı akt, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və həmin aktlara əsasən istehlakçının abunə hesabına zərər hesablanmışdır. Aktlarda abonentin onu imzalamaqdan imtina etdiyi göstərilmişdir.
2. Cavabdehin adına olan abonent saldosuna əsasən, ünvan 1i ünvanına xx.xx.2022-ci il tarixdə “Zenner G4T Smart” markalı, **********075 nömrəli sayğac quraşdırılmış, cihaz olaraq 4 gözlü qaz plitələri (PQ-4)(1/1) göstərilmiş, abonentin 2022-ci ilə aktlara əsasən hesablanmış borcu 6805.2 manat qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən yazılmış 2020-ci il üçün 3182.4 manat, 2021-ci il üçün 2103.84 manat, 2022-ci ilin yanvar-avqust ayları üçün 1518.96 manat olmaqla, ümumilikdə 6805.2 manat borcun əsassız hesab olunmasını və ləğv edilməsini xahiş etmişdir.
4. İddiaçı yuxarıda qeyd edilən faktiki hallara istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən həyət evində xəbəri və heç bir müraciəti olmadan qaz sayğacı quraşdırılmış, 2022-ci ilin sentyabr ayında isə məlum olmuşdur ki, cavabdeh tərəfindən ona ümumilikdə, 6805,2 manat borc yazılmışdır. Borcun yazılma səbəbi isə guya iddiaçının 2020-ci ildən bu günə qədər qazdan yeraltı xətt çəkməklə qanunsuz istifadə etməsi olmuşdur. Ev şəraitsiz olduğu üçün iddiaçı evdə daimi yaşamamış, 2020-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra xəstələnmiş və qızının evin də qalmışdır. Əgər qaz idarəsinin əməkdaşları həqiqətən də qeyd olunan pozuntuları aşkar etsə idilər, qanunvericiliyin tələblərinə əsasən, xətti qaynaqla bağlamalı, qeyd olunan halların fotolarını çəkməli və möhürləməli idilər. Lakin bunların heç biri edilməmiş, əlavə olunmuş fotoşəkillər isə çox güman ki, sonradan çəkilmiş qeyri-müəyyən fotolardır. Tərtib olunmuş aktla mühəndislər guya eyni qayda pozuntunu aşkar etmiş, guya qaynaq vasitəsilə qazın verilməsi dayandırılmışdır. Bundan əlavə, tərtib olunmuş aktlardan və digər sənədlərdən görünür ki, mühəndislər guya qazdan qeyri-qanuni istifadə hallarını aşkarlamış, qaz xəttini kəsmiş və plomblamışlar. Aktlardan görünür ki, guya iddiaçı aktı imza etməkdən imtina etmişdir. Qeyd olunanların heç biri həqiqəti əks etdirmir.
5. Cavabdeh qarşılıq lı iddia ərizəsi verərək, 6805.2 manat vurulmuş zərər və 89 manat dövlət rüsumunun iddiaçıdan məcburi qaydada tutularaq, Birliyin bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı aralarında bağlanmış abonent müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Əməkdaşlar tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəli f tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerində aktlaşdırılmışdır. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan faktlarla bağlı müvafiq aktlar tərtib edilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 6805.2 manat maddi zərər müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində Birliyə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfind ən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/851 saylı rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-643/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ilk iddia təmin edilmiş, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 6805.2 manat borcun abonent kodu **********05649 olan iddiaçıya məxsus abunə hesabından silinməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdi r.
9. Aktların tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək, iddiaçının və hal şahidlərinin iştirakı təmin edilməmiş, aktda iddiaçının “İmtina etdi” barədə qeydi aparılsa da, həqiqətən, həmin aktların iddiaçının iştirakı təmin olunmaqla tərtib olunması sübuta yetirilməmişdir. Aktlar natamam olmaqla, mötəbərliyi şübhə doğurur. Bu isə onların qüsurlu tərtib olunmasının göstəricisidir.
10. Məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyini qiymətləndirib, əsas sübut növü kimi qəbul etmiş və iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına kənar təsir nəticəsində müdaxilə hallarının olmadığı qənaətinə gəlmişdir.
11. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi t əsdiqini tapmadığından 6805.2 manat borcun tutulmasına dair qarşılıqlı iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 425.1, 425.2, 430.1, 442, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.2, 4.8, 4.9-cu bəndlərinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 13.4, 14.2, 88, 103.1, 106.1, 107, 119.1, 124.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh a pellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2129/2023 nömrəli mülki iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və A.M.Süleymanova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən – “ilk iddi a üzrə 378 manat borcun iddiaçıya məxsus abunə hesabından (abonent kodu **********05649) silinməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi və ekspertiza xərcinin cavabdehə aid edilməsi” hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilmiş, ilk və qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçıdan təbii qazdan istifadəyə görə hesablanmış zərərin əvəzi kimi 378 manat pulun tutularaq Birliyin hesabına ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 6418.2 borcun iddiaçıya məxsus abunə hesabından silinməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/851 nömrəli ekspert rəyinə istinadən qanunsuz qoşulma faktının mövcud olmaması qənaətinə gəlmişdir. Lakin qaz xəttinə qanunsuz qoşulmanın sayğaca vizual baxış zamanı müəyyən edilməsi istisna edilən haldır.
17. Bununla yanaşı, iddiaçıya məxsus ünvanda qaz sayğacının yoxlanılması zamanı təbii qazdan qeyri-qanuni istifadə faktının müəyyən edildiyi və bu faktın təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla rəsmiləşdirildiyi xx.xx.2020-ci il tarixdən sonra qaz paylayıcısı olan şəbəkə qaydaların tələblərini kobud şəkildə pozmuş, sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişdir. 18. “Qazdan istifadə qaydaları ”nın 3.1.3-cü bəndinə əsasən qaz paylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvana dair cavabdeh tərəfindən mütəmadi olaraq tərtib edilmiş çoxsaylı aktlar formal, iddiaçının iştirakı olmadan tərtib edilmiş, akt tərtib edənlər cavabdehin guya aktı imzalamaqdan “imtina” etməsini yazmaqla işlərini bitmiş hesab etmiş, bununla da yuxarıda istinad olunan qaydaların tələblərini pozmuşlar. Bu səbəbdən heç də həmin aktlar bütünlüklə mötəbər sübut kimi qəbul edilə və akt əsasında hesablanmış cərimə borcu abonentdən tutula bilməz.
20. Birlik tərəfindən iddiaçının yaşadığı ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmasına, bununla bağlı akt tərtib olunmasına baxmayaraq, səlahiyyətli orqan olan Birlik tərəfindən hərəkətsizlik edilərək “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə riayət edilməmiş, əksinə pozuntunun davam etdirilməsinə şərait yaradılaraq borc məbləğinin artmasına imkan yaratmışdır.
21. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli akt əsasında Birlik itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının eyni tarixli tələbnamə adlı sənədinə əsasən abonentə məxsus qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 7560 kub.m müəyyən edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi bu qaydada hesabatla razılaşmamış və qeyd etmişdir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin han sı əsasdan 24 saat müddətlə aparıldığını əsaslandıra bilməmişdir.
23. Halbuki həm PQ4-ün maksimal saatlıq qaz sərfi, həm də QSQ-nin və radiatorun maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, “Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 12 saat hesablanmalıdır.
24. Abonentin gün ərzində qaz qurğularından orta hesabla aktda qeyd olunan saatlarla istifadə etməsi qəbul olunarsa, istinad olunan Təlimata uyğun olaraq iddiaçının Birliyə 90 gün üçün xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 378 manat (1,2 x 12 x 90; 1,5 x 12 x 90; 0.8 x 12 x 90 = 3780 kub metr) ziyan vurması müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalıdır.
25. Cavabdehin apellyasiya şikayətinin dəli llərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə ilk iddia tələbi və qarşılıqlı iddia tələblərinin yaranması əsaslarını qismən eyni faktlar təşkil edir ki, ilk iddia üzrə iddiaçı tələbdə qeyd olunan aktlar əsasında ona hesablanmış borcun silinməsini xahiş etmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə yenə həmin aktlar əsasında hesablanmış borc məbləğinin cavabdehdən tutularaq Birliyə ödənilməsini xahiş etmişdir. Cavabdehin ünvanına dair tərtib olunmuş aktlardan yalnız xx.xx.2020-ci il tarixli, ******* saylı aktı mötəbər sübut kimi qəbul etdiyindən, qarşılıqlı iddia tələbi sayğacdan qanunsuz istifadə barədə tərtib edilmiş aktlar üzrə hesablanmış borc yalnız həmin akt əsasında və yuxarıda qeyd olunan formada (1,2 x 12 x 90; 1,5 x 12 x 90; 0.8 x 12 x 90 = 3780 kub metr) təmin edilməli dir.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, 560.2, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndi, 13cü maddəsinin 8-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 3.1, 4.1, 4.2, 4.8, 5.2, 6.5, 6.7-cı bəndləri və MPM-in 372.1, 372.6, 372.7, 384.0.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbi nin isə rədd edilən hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilən hissədə də rədd, qarşılıqlı iddia tələbinin isə rədd edilən hissədə də təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında ” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 11, 6-cı bəndi. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı- satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33. Maddə 13, 8-ci bəndi. qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)
34. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfi nə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir (5.5). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qa zın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsa slı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.
45. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında ilkin iddianın təmin olunan və qarşılıqlı iddianın təmin olunmayan hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələb lərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Ümumiyyətlə şikayət şablon ifadələrdən ibarət tərtib edilmiş, birbaşa hazırkı işin halları ilə bağlı hər hansı dəlillərə istinad edilməmişdir.
48. Apellyasiya instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayan Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iş üzrə cavabdeh təbii qaz satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb onun əməkdaşlarının tərtib etdiyi aktlar əsasında zərər qismində hesablanmış pulun tutulması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş və surəti iddiaçıya təqdim olunmamış həmin aktları mötəbər sübut hesab etməyərək, belə qənaə tə gəlmişdir ki, iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
49. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2129/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunan və qarşılıqlı iddianın təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.