Məhkəmə qərarları › İş №2(012)-807/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-807/2021

17.03.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-807/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı müqaviləyə xitam verilməsi, pulun qaytarılması və kompensasiya tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 MMC-yə qarşı müqaviləyə xitam verilməsi, pulun qaytarılması və kompensasiya tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC ilə arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqaviləyə xitam verilməsi, müqavilə əsasında ondan alınmış 27200 (iyirmi yeddi min iki yüz) manat pulun və 70000 (yetmiş min) manat məbləğində kompensasiyanın, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manatın cavabdeh «xxxx» MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh olaraq «xxxx» MMC-ni onun hüquqi varisi Cavabdeh2 MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh «xxxx» MMC arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa olunan 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 85 kv.metr olan, iki yaşayış otağından ibarət 181 №-li mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin razılaşdırılmış dəyərini müəyyənləşdirilən mərhələlər üzrə hər kvadrat metri üçün 320 manat olmaqla, cəmi 27.200 manat ödəməklə mənzili qəbul etməyi öhdəlik olaraq götürmüşdür. İddiaçı mənzilin dəyəri olan 27.200 manat məbləğində pul vəsaitini ödəsə də, cavabdeh «xxxx» MMC isə hər dəfə müxtəlif bəhanələr gətirərək mənzili iddiaçıya təhvil verməmiş, müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmişdir.Hazırda həmin binada mənzillərin bir kv.m-i 1200 manat təşkil edir.Yəni hazırad onun 85 kv.mlik mənzilinin dəyəri 27 200 manat yox, 102 000 manat təşkil edir ki, Bu səbəbdən də tərəflər arasındaki müqavilənin ləğvi, mənzil üçün ödənilən məbləğin və məbləğin mənzilin hazırki dəyərinə uyğun 70 000 manat dəyərləndirdiyi kompensasiyasını cavabdehdən tələb etmək məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında müqavilə ofisdə bağlanıb və qeyd edilən pul məbləği MMC-yə ödənilib. Tikinti vaxtı MMC ilə dəfələrlə əlaqə saxlayıb. Şirkət hər dəfə müxtəlif bəhanələrlə mənzili təhvil verməkdən yayınıb. Hazırda mənzildə başqa adamlar yaşayır. Özü mənzildə yaşamaq istəmir və tərəflər arasında bağlanan xx xxxxxx 2010-cu il tarixli müqavilənin ləğv edilməsini, 27200 manat məbləğində pulunun geri alınmasını və 70000 manat məbləğində kompensasiya tələb edir. Kompensasiyanı hazırki mənzillərin bazar qiymətinə uyğun olaraq müəyyən edir. Belə ki, hazırda 27200 manata belə bir mənzil almaq mümkün deyil. Bazardakı mənzillərin 1 kv.m üçün ortalama dəyərini nəzərə aldıqda qeyd edilən kompensasiya məbləğini ədalətli hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 MMC lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclas zamanı nümayəndəsinin iştirakını təmin etməməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçı cavabdehin nümayəndəsinin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin materiallarından olan xx xxxxxx 2010-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilədən müəyyən edilir ki, ünvan 1 ünvanda inşa olunan 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 85 kv.metr olan, iki yaşayış otağından ibarət 181 №-li mənzili «xxxx» MMC İddiaçı ayırmağı, sonuncu isə qarşılığında mənzilin ümumi dəyəri olaraq müəyyən edilmiş 27200 manat məbləğində pul vəsaitini MMC-yə ödənilməsini öhdəsinə götürür. İşin materiallarından olan xx xxxxxx 2010-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 1 ünvanda inşa olunan 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 85 kv.metr olan, iki yaşayış otağından ibarət 181 №-li mənzil üçün İddiaçı «xxxx» MMC-yə 27200 manat ödəmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında bağlanan müqaviləyə əsasən 27200 manat qarşılığında cavabdeh ünvan 1 ünvanda inşa olunan 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 85 kv.metr olan, iki yaşayış otağından ibarət 181 №-li mənzili iddiaçıya ayırmağı öhdəsinə götürür. İddiaçı müqavilə ilə müəyyən edilən məbləği cavabdehə tam şəkildə ödəsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməkdən çəkinir. İddiaçının hazırda mənzil tələbi yoxdur. Tərəflər arasında bağlanan müqavilənin ləğv edilməsini və müqavilə üzrə ödədiyi 27200 manat məbləğində pul vəsaiti geri istəyir. İddiaçı habelə kompensasiya kimi 70 000 manat məbləğində də pul tələb edir. Kompensasiya tələbi hazırda yeni mənzil almaq üçün bazar qiymətinə uyğun olaraq müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə müəyyən edir ki, İddiaçı və «xxxx» MMC arasında xx xxxxxx 2010-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlanmasına baxmayaraq, sonuncu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda da tərəflər arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilə ləğv edilməli, iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1--ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 421.1.maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[362] 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə müəyyən edir ki, tərəflər arasında imzalanan müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyindən, tərəflər arasında bağlanan müqaviləyə xitam verilməli, müqavilə əsasında iddiaçıdan alınmış 27200 manat (iyirmi yeddi min iki yüz) pul və 70000 manat (yetmiş min) məbləğində kompensasiya cavabdeh «xxxx» MMC-nin hüquqi varisi olan Cavabdeh2 MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumu üçün 30 manat (otuz) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və «xxxx» MMC arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilə ləğv edilməli, 27200 manat (iyirmi yeddi min iki yüz) pul və 70000 manat (yetmiş min) məbləğində kompensasiya, habelə ödənilmiş dövlət rüsumu üçün 30 manat (otuz) Cavabdeh2 MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və «xxxx» MMC arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilə ləğv edilsin. Cavabdeh2 MMC-dən 27200 manat (iyirmi yeddi min iki yüz) pul və 70000 manat (yetmiş min) məbləğində kompensasiya, habelə ödənilmiş dövlət rüsumu üçün 30 manat (otuz) alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar