Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-812/2023 08.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri X.B.Natəvan küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin-miras əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin tərtibatında yol verilmiş yanlışlığın aradan qaldırılaraq X14 Əİihüseyn qızının ölüm tarixinin “xx.xx.2020-ci il” tarixi kimi deyil, “xx.xx.2020-ci il” tarixi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri X.B.Natəvan küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum anaları X4 adına dövlət qeydiyyatına alınmışdır. X6 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbi ilə vəfat etmişdir. İddiaçılar anaları vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmiş, lakin bir tərəfdən dəfn, yas mərasimləri, digər tərəfdən də hüquqi savadları olmadığı üçün mirasın qəbulu ilə bağlı müddəti üzrlü səbəbdən ötürmüşlər. İddiaçılar 3 qardaş olmaqla, hal-hazırda, qanun üzrə vərəsələr arasında heç bir mübahisə yoxdur. Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün iddiaçılar 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etsələr də müddətin bərpası üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, həmin dövr həmçinin, pandemiya dövrünə təsadüf etmişdir. X6 iddiaçıların anasıdır. Abşeron rayonu Xırdalan şəhəri X.B.Natəvan küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi mərhumun mülkiyyətində olmuşdur. İddiaçılar elə zənn etmişlər ki, ana vəfat edəndən sonra ev birbaşa olaraq onların mülkiyyətinə keçmiş olur. İddiaçılara kommunal xərclərlə bağlı problem yarandığından mənzilin hələ də mərhumun mülkiyyətində olması müəyyən olunmuşdur. Bu səbəbdən də, iddiaçılar aidiyyəti notariat ofisinə müraciət etmiş, lakin imtina olunmuşdur. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə mövcud deyildir. Qardaşlardan biri hazırda, cəzaçəkmə müəssisəsindədir. Həmin qardaş notariusda öz payından imtina edəcəkdir, bu səbəbdən də, həmin qardaşın adından ona etibarnamə verilməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə iddiaçıların qardaşı Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçıların anasının dəfn mərasimi böyük qardaş tərəfindən həyata keçirilmişdir. Cavabdeh 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 53 saylı ərizəyə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun bacısı uşaqlarıdır. Mərhum bacısı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, gecə yatıb səhər oyanmamışdır. Mərhumun 3 oğlu var və bir yerdə yaşayırdılar. Mərhumun Amil adlı ikinci uşağı həbsxanadadır. Uşaqlar həmin evdə yaşamış, hazırda da, həmin evdə yaşayırlar. Vaxtında miras əmlakın qəbul edilməsi barədə məlumatlı olmamışlar. Elə bilmişlər ki, bir evdə yaşayırlarsa mirası qəbul etmiş sayılırlar. O, özü də uşaqlara tez-tez baş çəkir. Uşaqların atası mərhumla uzun müddət əvvəl boşanmışdır. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ştamp-Saratov şəhəri Leninski rayon soveti İcra komitəsi VVADQ bürosu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli V-PY № 360220 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1oviç xx.xx.1990-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 888 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası X5r. -Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ № 019635 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X4 nikahı xx.xx.1997-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04 nömrəsi ilə qeyd edilmişdir. -Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ № 914595 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.1995-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 35 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası X5r. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri X.B.Natəvan küçəsi 3 saylı fərdi yaşayış evi X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 153 saylı reyestr kitabının 77 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********58-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 302463 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1181 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 251 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair xx.xx.2022-ci il tarixdə ərizə qeydə alınmışdır. Lakin qanunla müəyyənləşdirilmiş müddət (Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən) ötürüldüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, müddətin bərpası üçün Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı, vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, X4 X11 ilə birgə nikah münasibətlərindən İddiaçı1, İddiaçı2 və X13 anadan olmuşdur. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 302463 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X2 yetkinlik yaşına çatmış uşaqları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri X.B.Natəvan küçəsi 3 saylı fərdi yaşayış evində yaşamış və birgə təsərrüfat aparmışlar. Hazırda, iddiaçılar mərhum analarından miras qalmış fərdi yaşayış evini miras əmlak kimi qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüklərindən həmin müddətin uzadılmaqla bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ilkin növbədə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, yuxarıda qeyd olunduğu kimi, iddiaçılar ailənin üzvü olaraq X2nın övladlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrə əsasən, mərhum şəxs iddiaçıların anası olduğundan sonuncuların mərhumun birinci dərəcəli vərəsə olmaq hüquqları yaranmışdır. İddiaçılar X2nın xx.xx.2020-ci il tarixdə vəfatından sonra miras əmlaka vərəsə olmaq hüququnun müəyyən edilməsi üçün aidiyyəti notariat qurumuna müraciət etmiş, lakin 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 251 saylı məktubu ilə iddiaçılara müddət ötürüldüyündən məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Göründüyü kimi, iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakı qəbul etmədiyindən məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 40-cı maddəsinə əsasən, hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 58-ci maddəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Mülki Məcəllənin: 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. 1248.1. maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. maddəsinə əsasən, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlər və şahid ifadəsi əsasında mərhum X1 Abşeron rayonu Xırdalan şəhəri X.B.Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinin mülkiyyətində olması müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə də, məhkəmə qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş şahid ifadəsini sübut növü kimi qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum anaları X4 vəfatından sonra fərdi yaşayış evini miras əmlak kimi qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmələrinə dair hüquqi biliklərinin olmaması öz təsdiqini tapdığından bu səbəbdən də mərhumun ölümündən sonra həmin evin miras əmlak kimi qəbul edilməsi müddəti üzrlü hesab edilərək bərpa edilməlidir. Belə ki, iddiaçıların mərhumun birinci növbəli yeganə vərəsəsi olması və miras əmlakla bağlı mübahisənin olmaması öz təsdiqini tapmışdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, göstərilən halların, yəni iddiaçıların hüquqi savadının olmamasını miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməklə üzrlü hesab edilməsinə əsas görür. Ona görə də iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi müddəti uzadılmış hesab edilərək bərpa edilməlidir. İnsan hüquqlarının və X8 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ İddia ərizəsi təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri X.B.Natəvan küçəsi 3 saylı fərdi yaşayış evinin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən vaxtında qəbul edilməməsi müddəti üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilsin və müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov