Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-816/2022 21.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cəmilə Səfiyeva İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, İddiaçının vəkil-nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 5339,90 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, həmin yaşayış evi ona məxsusdur. Sözügedən ünvana cavabdeh ‘’Azəriqaz’’ İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş və sayğac qoyulmuşdur. 2021-ci ilin sentyabr ayında 734 kub.metr yəni 73 manat 40 qəpik qaz sərfiyyatı olmuş, 2021-ci ilin oktyabr ayında isə o, 764 kubmetr qazdan istifadə etmişdir. Lakin, oktyabr ayında iddiaçıya əlavə olaraq 21.480 kubmetr qaz həcmi yüklənmişdir və 5339,9 manat əlavə borc yazılmışdır. İddiaçının dəfələrlə şifahi müraciətinə baxmayaraq, ona bildirilmişdir ki, yaranan borcu ödəməlidir və bununla bağlı ona izah verilməmişdir. Cavabdeh onu əlavə təbii qazdan istifadə etməyində təqsirləndirərək, ona əsassız borc hesablansa da etdiyi ödənişlərə fikir verməmişdir. Sayğac vasitəsilə 1498 kubmetr qazdan istifadə etmişdir, əlavə xətti olmamışdır, sayğaca müdaxilə edilməmişdir. Mübahisəni məhkəmədən kənar şəkildə, tərəflər arasında həll etmək, razılaşmaq mümkün deyildir. Bu səbəbdən də, iddiaçı pozulmuş hüquqlarının bərpası, onlara dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı və onun ailə üzvləri qeyd edilən ünvanda yaşamamışdır, sayğac dəyişdirildikdən sonra borc birdən qalxmışdır, sayğac quraşdırılan dövrdən sonrakı olan ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə prosesində iştirak edən Cavabdeh nümayəndəsi X2 qeyd etmişdir ki, sayğac dəyişdirilərkən üzərində göstəricilər olmuşdur, akt yoxdur. İddiaçı tərəfindən aylıq təbii qazdan istifadəyə görə 400 manat ödəniş edilir. İddiaçının cavabdeh ilə yazışmalardan görünür ki, borca dair etiraz olmamışdır. Odur ki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04.06.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh tərəfindən istehlakçı İddiaçı ünvan 1i ünvanında, MSK-nın 29/710-00624 rəyinə əsasən quraşdırılmış 1202AQ**********1 xətalar normaya uyğundur, Klapan tam bağlanmır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda 11.01.2019, 25.11.2018 ALARM-1 rejimi aşkar olunub . Aktda dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Abonent saldosundan görünür ki, abonent kodu **********14750 olan, ailə tərkibi 2 nəfər olan İddiaçı- ünvan 2 ünvanında 22.09.2021-ci il tarixdə Elster G-6T DİAFRAQMA tip markalı sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1).Qızıdırıcı radiator peçi (1/1), abonentin borcu oktyabr 2021-ci il tarixinə 5399,50 manat, noyabr 2021-ci il tarixinə 5199,50 manat hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilən 04.06.2021-ci il tarixli ******* saylı Akta əsasən müəyyən edilir ki, İddiaçı- ünvan 2 ünvanında sayğaç dəyişdirilmək üçün çıxarılarkən sayğacın göstəricisi 33.280 kub.m. olmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). İş materiallarında olan abonent saldosundan müəyyən edilir ki, iddiaçının evinə quraşdırılmış sayğac üzrə oktyabr 2021-ci il tarixinə 5399,50 manat, noyabr 2021-ci il tarixinə 5199,50 manat ödənilməmiş borc hesablanmışdır . «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin materialları araşdırılarkən müəyyən edilir ki, iddiaçının adına olan sayğac 22.09.2021-ci il tarixdə quraşdırılmışdır. Cavabdeh tərəfindən təqdim edilən 04.06.2021-ci il tarixli ******* saylı Akta əsasən müəyyən edilir ki, İddiaçıünvan 2 ünvanında sayğaç dəyişdirilmək üçün çıxarılarkən sayğacın göstəricisi 33.280 kub.m. olmuşdur. İddiaçı iddia tələbində ona hesablanmış 5339,9 manat məbləğində borcun silinməsini xahiş etsə də, bunun əsassız borc olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva.
Məhkəmə qərarları › İş №2(012)-816/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-816/2022
21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver