Məhkəmə qərarları › İş №2(012)-835/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-835/2021

15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-835/2021 15.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı X12) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X3 hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1447A KOD 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında 1-ci sırada qeyd edilmiş “X6”nun AZ-İ № 728365 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən “X4” ilə eyni şəxs olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum həyat yoldaşı X2 JN-1447A KOD 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı verilmişdir. Həmin şəhadətnamədə mərhumun adı səhvən 1-ci sırada “X6” olaraq qeyd edilmişdir. Bu səhvlik ərizəçinin mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi X3 ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X12 məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X3 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan 728365 №-li ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X4 xx xxx 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı X12 tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli, **********83 №-li məktubdan müəyyən edilir ki, JN-1447A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adına vərəsəlik məktubunda göstərilən adı ilə kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-1447A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X6” göstərildiyi halda vərəsəlik məktubunda “X4” kimi qeyd aşkar olunmuşdur. Bunun üçün də ərizəçi X5 ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan JN-1447A KOD 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən edilir ki, 1-ci sırada “X6” olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Saray qəsəbə X11 üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 2858 №-li arayışdan müəyyən edilir ki, həqiqətən də, torpağın mülkiyyətə verilməsinə dair 1447A saylı şəhadətnamədə “X4” əvəzinə səhvən “X6” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X1 JN- 1447A KOD 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında 1-ci sırada qeyd edilmiş “X6”nun AZ-İ № 728365 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən “X4” ilə eyni şəxs olması hüquqi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-1447A KOD 30800086 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında 1ci sırada qeyd edilmiş “X6”nun AZ-İ № 728365 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən “X4” ilə eyni şəxs olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar