Məhkəmə qərarları › İş №2(012)-838/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-838/2024

02.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-838/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış cəmi 4458,24 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Belə ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü i! tarixli akta əsasən sayğacsız təbii qazdan İstifadə etdiyi əsas gətirilərək, adına ümumilikdə 4 458.24 manat məbləğində cərimə yazılmışdır. O, qəti şəkildə həmin cərimə ilə razılaşmır. Ona görə ki, yaşayış olmayan evə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə cərimə yazılmışdır. Üstəlik evin fotoşəkilləri çəkilmiş və həmin fotoşəkillərdə də açıq-aydın görünür ki, ev tam təmir olunmayıb və yaşayış yoxdur. Üstəlik 5 ay ərzində yazılmış 4458.24 manat məbləğində cərimə həddindən artıq şişirdilmiş bir məbləğdir. O, fəhlə işləyərək ailəsini dolandırmağa çalışmışdır. Həmin pulu ödəmək üçün gecə-gündüz işləyir və himayəsində olan azyaşlı övladlarını ac saxlayır ki, o, həmin pulu yaxın illərdə ödəyə bilsin. Maddi cəhətdən olduqca sıxıntılar çəkir, düşdüyü bu çətin vəziyyət isə onu lap sıxır. O, Azəriqaz İB-nə müraciət etmiş və artıq tərtib edilmiş aktın İdarə tərəfindən ləğv edilməsi mümkün deyil. Ona şifahi şəkildə izah olundu ki, məhkəməyə müraciət edərək, əsassız şəkildə cərimə və aktı ləğv edə bilər. Bütün bunlara əsasəndə Qaz sayğacının yoxlanılması haqqında Aktların qanunsuz hesab edilməsinə və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı, iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 31 may 2023-cü il tarixli ******* saylı akt əsasında dəymiş ziyan hesablanmış və 37152 kv.m qazın sərf olunması aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Mehdiabad kəndində yaşadığı evə (abonent kodu: **********00037) baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma faktları olmuş və bu faktlar xx.xx.2023-cü il tarixli 1 ədəd aktla qeydə alınmışdır. Lakin iddiaçı qanunsuz qoşulma faktını məhkəmə iclasında 4 ay ərzində olduğunu təsdiq etdi. Məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən cavabdeh tərəfindən müəyyən qüsurlara yol verilmişdir. Qeyd edilən akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla qış-yaz fəslində isə 10-6 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə cəmi 352 manat 60 qəpik ( fevral ayı üçün 4,3 x 10 x 20 = 1204 kub.metr, mart, aprel, may ayı üçün 4,3 x 6 x 90 = 2322 kub metr ) ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Digah kəndində yerləşən fərdi həyət evində (abonent kodu: **********00037) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq cavabdeh tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, İddiaçı yaşadığı Abşeron rayonu, Digah kəndində yerləşən fərdi evinə aid qaz sayğacına (abonent kodu: **********00037) dair məlum akt əsasında artıq hesablanmış 4105 manat 64 qəpik (4458,24 - 352,6) borc abonentin hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Digah kəndi, 1831/a nömrəli fərdi evinə aid qaz sayğacına (abonent kodu: **********00037) dair hesablanmış 4105,64 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar