Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-840/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «0001 nömrəli çekin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 27 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq tərtib edilmiş guya Cavabdeh 140000 (yüz qırx min) ABŞ dolları məbləğində borcunun olduğunu göstərən 0001 nömrəli çekin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ona qarşı 140000 (yüz qırx min) ABŞ dolları məbləğində pul tələbi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Bunun ardınca isə o, qarşılıqlı iddia və ona əlavə ilə müraciət edib 195000 (yüz doxsan beş min) ABŞ dolları məbləğində borc pulun və 500000 ABŞ dolları məbləğində mənəvi ziyanın ilkin iddia üzrə iddiaçıdan tutulmasını xahiş etmişdir. Hazırda isə həmin mülki iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır. Hazırki müraciəti birbaşa olaraq cavabdehin istinad edərək ona qarşı iddia qaldırdığı saxta bono-çeklə bağlıdır. Belə ki, o, 2005-ci ildən Türkiyə Cümhuriyyəti vətəndaşı olan Cavabdeh ilə qarşılıqlı ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Cavabdeh İstanbul şəhərində ayaqqabı fabriki vardır və o da həmin şəxsdən topdan ayaqqabılar alaraq Bakı şəhərində satmaqla məşğul olmuşdur. Uzun illər Cavabdeh ilə aralarında ticarət münasibətləri olmuş və ayaqqabılar sifariş əsasında hazırlanaraq Bakı şəhərinə göndərilmişdir. Lakin ayaqqabılar göndərilərkən müəyyən qismdə keyfiyyətsiz mallar olmuş, həmin malların qaytarılması mümkün olmadığı üçün anbarda saxlanmış və ona külli miqdarda ziyan dəymişdir. Lakin bir müddət sonra cavabdeh heç bir əsas olmadan ona qarşı borc tələbi iddiası ilə məhkəməyə müraciət edərək heç bir hüquqi əhəmiyyəti olmayan guya çek hesab edilən kağız parçasına əsasən ondan 140000 (yüz qırx min) ABŞ dolları məbləğində pulu tələb etməkdədir. Halbuki həmin sənəd birbaşa olaraq şər və böhtandan ibarətdir. O, heç bir vaxt həmin sənədi imzalamamışdır. Yaxın müddət ərzində isə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edərək ona qarşı qaldırılmış iddia ərizəsində əsaslandırıcı fakt kimi təqdim edilmiş həmin “çek” adlandırılan kağız parçasını tələb etmişdir. Məhkəmə tərəfindən ona həmin sənəd verildikdən sonra isə etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, həmin qəbzin kim tərəfindən hansı məqsəd üçün tərtib edilməsi, rekvizitlərin nədən ibarət olması qeyd edilməmiş, heç bir iki tərəfli rəsmi sənədlə əks olunmamış və notarius tərəfindən təsdiq edilməmişdir. Bundan başqa qəbz kimi təqdim edilmiş kağız parçasının kserosurət və ya üz köçürülməklə həyata keçirilib-keçirilməməsi də aydın deyildir. Həmçinin həmin kağızın üzərində fərqli dillərdə fərqli valyutalar göstərilmişdir. Eyni zamanda qəbzin üzərində istər yazı, istərsə də rəqəmlərə dair dəyişiklik edilməsi çox aydın hiss olunur. Məhkəməyə əsaslandırıcı və sübut xarakterli fakt kimi təqdim edilmiş sənəd əslində tamamilə saxtadır. Belə olan halda isə mütləq olaraq həmin sənədin etibarsız hesab edilməsi zərurəti vardır. Əks halda Cavabdeh davamlı olaraq həmin “bono çek” adlandırdığı kağız parçasına əsaslanaraq ondan pul tələb etməyə davam edəcəkdir. Əslində ümumiyyətlə həmin kağız parçasının hər hansı bir öhdəlik yaradan tərəfi mövcud deyildir. Buna baxmayaraq cavabdeh tərəf davamlı olaraq ona qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət edir və bununla da imzalamadığı sənədə dair ona öhdəliklər yaradır. Bu isə onun hüquqlarını kobud surətdə pozmaqdadır. Belə ki, həmin qaldırılmış iddialar əsassız olsa belə nəticədə onun əmlakları üzərinə ya həbs qoyulur, ya da o, məhkəmə proseslərində iştirak etmək üçün xeyli miqdarda xərc çəkir. Bu isə mübahisələndirdiyi sənədin etibarsız hesab edilməsi zərurətini daha da artırmaqdadır. Buna görə də hesab edir ki, guya onun Cavabdeh 140000 (yüz qırx min) ABŞ dolları borcunun olduğunu göstərən 0001 nömrəli çekin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, hal-hazırda Şirvan Apelyasiya Məhkəməsində iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» iddiası icraatdadır. Abşeron Rayon Məhkəməsinin hazırkı iş üzrə 21.10.2020-ci il tarixli «mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında» qərardadına istinad edərək Şirvan Apelyasiya Məhkəməsi icraatında olan iş üzrə icraatı dayandırmışdır. Bununla da İddiaçı mülki və cinayət məsuliyyətindən yayınmaq üçün imkan əldə etmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh Türkiyə Respublikasının vətəndaşıdır, həmin ölkənin İstanbul şəhərində, Laləli adlanan səmtdə biznes fəaliyyəti ilə məşğul olan sahibkardır. Bu fəaliyyəti ilə əlaqədar olaraq 2005-ci ildən cavabdeh İddiaçı ilə tanış olmuşdur. Cavabdeh, Bakıda mağazaları olan sahibkar kimi özünü təqdim etmiş və Cavabdeh satdığı kişi və qadın ayaqqabılarını topdan alaraq öz mağazalarında satmaq istədiyini bildirmiş, Cavabdeh onun bu təklifini müsbət qarşılamış, bundan sonra Cavabdehə ayaqqabı məmulatlarını topdan satmağa başlamışdır. İlk başda tərəflər nağd hesablaşma qaydasında işləmişlər, İddiaçı hər il iki-üç dəfə, çox vaxt da sezonun əvvəllərində sifarişlər vermiş, aldığı malın pulunu ödəmişdir. Bir müddətdən sonra, cavabdeh özünə etimad yaratdığına görə tərəflər nisyə qaydasında işləmişlər, yəni artıq İddiaçı malları təhvil alandan sonra həftədən hərftəyə ödəniş etmişdir. Xeyli müddət bu şəkildə işləmişlər, yəni Cavabdeh təxminən 100-200 min ABŞ dolları məbləğində malı nisyə vermiş, sonra isə cavabdeh malların pulunu hissə-hissə ödəmişdir. Lakin, son dövrdə aldığı malların pulunu ödəməmişdir. Bundan sonra cavabdehin iddiaçıya 140000 ABŞ dolları məbləğində borcu yaranmışdır. O, həmin borcu ödəyəcəyini bildirmiş və bu barədə yazılı sənəd tərtib etməyi təklif etmişdir. İş materiallarına əlavə edilən sənəddən gorulur ki, həqiqətən də İddiaçı Qulamhuseyn oğlu 140000 ABŞ dolları mal aldığını və əvəzində həmin malın dəyərini 2017ci ilin may ayının 1-də ödəyəcəyini imzasıyla təsdiq etmişdir. Cavabdeh bu günədək öz borcunu ödəməmişdir. Buna gorə də iddiaçı cavabdehin qeydiyyat ünvanı olan Masallı rayon Məhkəməsinə müraciət etməyə məcbur qalmışdır. Masallı Rayon Məhkəməsinin Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra İddiaçı apelyasiya şikayətinə əsasən Şirvan Apelyasiya Məhkəməsi, 26.11.2019-cu il tarixli və 2(106)-3117/2019 saylı qətnaməsi ilə hər hansı maddi və prosessual əsaslar olmadan həmin qətnaməni ləğv etmişdir. Tərəflərindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi 19.05.2020-ci il tarixli və 2(102)-2764/2020 saylı qətnaməsi ilə Şirvan Apelyasiya Məhkəməsinin 26.11.2019-cu il tarixli və 2(106)-3117/2020 saylı qətnaməsinin qismən, ilkin iddianın təmin edilməməsi hissəsində ləğv etmiş və yenidən baxış üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərmişdir, hal-hazırda mülki iş Şirvan Apellyasiya Məhkəməsində icraatında olub, yuxarıda qeyd edildiyi üzrə icraat Abşeron Rayon Məhkəməsində hazırkı iddia tələbinin icraata götürülməsinə görə dayandırılmışdır. Qeyd edilənlərə əsasən, Abşeron Rayon Məhkəməsində hazırkı iddia tələbinin icraata götürülməsi, cavabdehə Şirvan Apelyasiya Məhkəməsində mülki işin süni uzadılmasına köməklik edir, buna görə də iddiaçının iddia ərizəsi icraata götürülməməlidir. Həmçinin, Masallı Rayon Məhkəməsində mülki işin baxılması zamanı İddiaçı, vəsatət verərək, guya yaşayış yerini dəyişdirdiyini bildirmiş, işin Abşeron Rayon Məhkəməsinə göndərilməsinə cəhd etmişdir. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə mülki iş Masallı Rayon Məhkəməsində baxılmışdır. Beləliklə, İddiaçı işi Abşeron Rayon Məhkəməsinə göndərtmək istəməsinin səbəbi, hansısa qanunsuz yollarla məhkəməyə təsir etmək arzusunun olmasıdır. Əgər İddiaçı Masallı Rayon Məhkəməsində qarşılıqlı iddia ərizəsi verdiyini nəzərə alsaq, hazırkı iddia tələbi üzrə də eynilə həmin məhkəmədə qarşılıqlı iddia verməsinin mümkün olduğunu, bu iddia tələbinin Abşeron Rayon Məhkəməsinə verilməsinin başqa qaranlıq məqamlardan xəbər verdiyini göstərir. Masallı rayon Məhkəməsində Cavabdeh vermiş olduğu iddia tələbi üzrə işə baxılarkən, İddiaçı, həm qarşılıqlı iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatında ümumilikdə Cavabdeh ilə aralarında olan alver münasibətinə milyonlarla dollar həcmində dövriyyələrinin olduğunu, ondan sonuncu dəfə 195000 ABŞ dolları məbləğində mal aldığını etiraf etmişdir. Həmçinin, İddiaçı, məhkəmə baxışında etirazlar vermiş, mübahisəli sənəddəki imzanın ona aid olmadığını bildirmiş, belə bir sənəd imzalamadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli sənəd İddiaçı tərəfindən imzalanmışdır. Odur ki, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 01.05.2017-ci il tarixli, 0001 nömrəli çekdən görünür ki, İddiaçı 01 may 2017-ci il tarixədək Cavabdeh və ya Mehmet Aslana 140000 (yüz qırx min) ABŞ dolları məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-579/2019 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, ilk iddianın təmin edilməsi, İddiaçı 140000 (bir yüz qırx min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikasının manatına məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq Cavabdeh verilməsi, qarşılıqlı İddiaçı Cavabdeh qarşı 195000 ABŞ dolları maddi və 500000 ABŞ dolları mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqəsində İddiaçı adından olan 11 mart 2017-ci il tarixli 140000 ABŞ dolları məbləğində pula dair qəbzin yuxarı hissəsində “Türk Lirası” qrafasındakı imza və həmin qəbzin aşağı hissəsində 2 ədəd “İmza” qrafalarındakı imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, əqdin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində müəyyən olunmuşdur. Lakin hazırki iş üzrə sözügedən 0001 saylı çekin etibarsız hesab edilməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəydən göründüyü kimi ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqəsində İddiaçı adından olan 11 mart 2017-ci il tarixli 140000 ABŞ dolları məbləğində pula dair qəbzin yuxarı hissəsində “Türk Lirası” qrafasındakı imza və həmin qəbzin aşağı hissəsində 2 ədəd “İmza” qrafalarındakı imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. 0001 saylı çekdə olan imzanın iddiaçıya məxsus olması ekspert rəyi ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsassız olaraq tərtib edilmiş Cavabdeh 140000 (yüz qırx min) ABŞ dolları məbləğində borcunun olduğunu göstərən 0001 nömrəli çekin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı əsassız olaraq tərtib edilmiş Cavabdeh 140000 (yüz qırx min) ABŞ dolları məbləğində borcunun olduğunu göstərən 0001 nömrəli çekin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-840/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-840/2021
27.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver