Məhkəmə qərarları › İş №2(012)-843/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-843/2023

01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-843/2023 01.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, fərdi yaşayış evində quraşdırılmış abonent kodu **********00197 olan sayğaca qanunsuz olaraq hesablanmış 1062,72 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, fərdi yaşayış evində quraşdırılmış abonent kodu **********00197 olan sayğaca qanunsuz olaraq hesablanmış 885,60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00197 olan qaz sayğacından istifadə edir. xx.xx.2021-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə abonent kodu **********00197 olan sayğaca ******* saylı akt tərtib edilmişdir. Həmin aktda sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi qeyd olunmuşdur. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, sözügedən aktdan qaz pulunu ödəyəndə xəbəri olmuşdur. Bundan sonra o, Abşeron rayon Qaz istismar İdarəsinə müraciət edərək tərtib edilmiş aktın araşdırılmasını xahiş etmişdir. Ona sözügedən idarə tərəfindən tərtib edilmiş aktın surəti və abonentin saldosu təqdim edilmişdir. O, dəfələrlə Cavabdehnə yazılmış cərimənin əsassız olduğu üçün silinməsi ilə bağlı müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, 30 aprel 2021-ci il tarixdə İddiaçı yaşadığı ünvanda sayğaca baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuş və xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib edilərək abonentə 885,60 manat cərimə yazılmışdır. İddiaçı ödəniş etdikdən sonra 714 manat borcu qalmışdır. Odur ki, o, əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən abonent kodu **********00197 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 885,60 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin İddiaçı sayğacdan kənar xətdən istifadə etmədiyini bildirsə də, özünün izahatından başqa digər sübut təqdim etmədiyindən, cavabdeh təşkilat tərəfindən təqdim edilən fotoşəkillərin, abonentin saldosunun mötəbərliyini şübhə altına alan hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən, məhkəmə iddiaçının izahatına tənqidi yanaşmışdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən abonent kodu **********00197 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 885,60 manat cərimə edilmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndəsi 885,60 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (885,60 : 3 = 295,20 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00197 olan, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 885,60 manat borcdan 295,20 manat saxlanılmaqla, qalan borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00197 olan, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 885,60 manat borcdan 295,20 manat saxlanılmaqla, qalan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar