Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-85/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3-cü maddələrinin, “Yerin təki haqqında” Qanunun 23-cü maddəsinin və Mülki Məcəllənin 180-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları, 2 saylı Mədənin 1-ci sahəsində yerləşən Mehdiabad qəsəbəsi, 0090, mənzil 1578 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2546/2020 saylı qərardadı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair mülki işin baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilərək sonuncu məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə təhvil alınmışdır. Mülki iş materiallarında mülki işin aidiyyatla göndərilməsinə əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 39.1-ci maddəsinə istinad edilmiş və daşınmaz əmlakın olduğu yerə, yəni Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-4420/2020 saylı qərardadı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. İşin icraatının dayandırılmasına səbəb hazırkı mülki işlə əlaqədar olan Bakı İnzibati Məhkəməsinin qərarından verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsində baxılacaq inzibati işlə bağlı olmuşdur. Abşeron rayon Məhkəməsinin sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 31/7281 saylı məktubu məhkəməyə daxil olmuşdur. Belə ki, həmin məktuba əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)- 1358/2021 saylı qərardadına əsasən apelyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2657/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-85/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı şirkətinin nümayəndəsi X4 izahatında hazırki mülki iş üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etdiklərini bildirsə də, həmin məhkəmə tərəfindən aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh izahatında mübahisələndirilən torpaq sahəsinin onun Bakı şəhəri Binəqədi Bələdiyyəsindən aldığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini və mülki iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin mülki işin aidiyyət üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərməsi ilə əlaqədar aidiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığı yarandığından, işin hansı məhkəmədə baxılmasına qiymət verilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 35.1 maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İlkin olaraq, iddia tələbindən göründüyü kimi, iddiaçı X5 MMC cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmaqla tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Mülki iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 6 mkr, keçid 1410 küçəsi, 15/2 saylı evin 31 saylı mənzilində qeydiyyatdadır. -Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 820 saylı qərardan görünür ki, X1 ərazi hüdudlarında Bakı şəhər sakinləri X3 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 1000 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının Bakı şəhər sakini Cavabdeh adına keçirilməsi qərara alınmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2657/2021 saylı qərardadından görünür ki, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X3 və Cavabdeh inzibati məhkəmə iclasına 3-cü şəxs qismində cəlb edilməklə, qərarın etibarsızlığının tanınması barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan daha sonra görünür ki, beləliklə, işin hallarından və sadalanan tələblərindən məlum olur ki, hər bir halda iddiaçı mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərarlar qəbul olunduqdan 13 il və 11 il keçdikdən sonra xx.xx.2020-ci ildə məhkəməyə müraciət etmişdir. -Məhkəmənin sorğusuna əsasən, Abşeron rayon Məhkəməsinə ünvanlanmış Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01-13/304 saylı məktubdan görünür ki, Cavabdeh X1 1203 saylı xx.xx.2007-ci il tarixli sərəncamı ilə X3 adına rəsmiləşdirilmiş 1000 kv.m torpaq sahəsi onun razılığı ilə X1 xx.xx.2009-cu il tarixli 820 saylı qərarı ilə Cavabdeh adına sənədləşdirilmişdir. Ayrılmış torpaq sahəsi Binəqədi qəsəbəsinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsində mübahisələndirilən torpaq sahəsi inzibati ərazi bölgüsünə əsasən Bakı şəhəri Binəqədi rayon ərazisinə düşməsi mülki iş materiallarına əlavə olunmuş Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01-13/304 saylı məktub və xx.xx.2009-cu il tarixli 820 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, Bələdiyyə yalnız özünün inzibati ərazisinə aid edilmiş torpaqları barəsində sərəncam-qərar verə bilər. Bundan əlavə mülki iş materiallarından göründüyü kimi, İddiaçı şirkəti tərəfindən Binəqədi Bələdiyyəsinin qərarları etibarsız hesab edilməklə mübahisələndirilmiş və həmin iddia Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2657/2021 saylı qərardadı ilə mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-1358/2021 saylı qərardadına əsasən isə qərar dəyişdirilmədən saxlanılmışdır. Mübahisə ilə bağlı məhkəmə aktlarından da göründüyü kimi, iddiaçının qərarların etibarsız hesab edilməsi ilə bağlı iddiası iddiaçı tərəfindən müddət ötürüldüyündən mümkün sayılmamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsi iddia tələbinə baxarkan aidiyyət məsələsinə qiymət verilmiş, aidiyyət mübahisələndirilməyərək başqa əsaslarla iddia qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan verilən şikayət isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq qiymət verilmişdir. Beləliklə də, iddia ərizəsi düzgün olaraq Bakı şəhəri Binəqədi rayon ərazisi üzrə Bakı İnzibati Məhkəməsinə verilmiş və həmin qərardad yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Əks təqdirdə, ərazi aidiyyəti sözügedən məhkəmə tərəfindən mübahisələndirilmiş olsaydı iddia ərizəsi də geri qaytarılmış olardı. Eyni zamanda məhkəmə sorğusuna əsasən Abşeron rayon Məhkəməsinə daxil olmuş Binəqədi rayon, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01-13/304 saylı məktubdan görünür ki, Cavabdeh ayrılmış torpaq sahəsi Binəqədi qəsəbəsinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. Bütün bu göstərilənlər, cavabdehə ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş tikililərin Binəqədi rayon inzibati ərazi daxilində yerləşməsini bir daha təsdiq edir. Bundan əlavə hazırki iddia tələblərindən göründüyü kimi, iddiaçı Mehdiabad qəsəbəsi 0090, mənzil 1578 ünvanında inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılmaqla həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılmasını məhkəmədən xahiş etsə də, həmin torpağın və tikilinin Abşeron rayon inzibati ərazisinə düşməsini sübut edən hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərindən isə göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi həm Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin təsiri altına düşərək torpaq sahəsinin yerləşdiyi yer üzrə, həm də sökülməsi tələb olunan tikili qanunsuz tikili olduğundan və tikiliyə münasibətdə hüquqmüəyyənedici sənəd olmadığından cavabdehin qeydiyyat ünvanı üzrə ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, aidiyyət üzrə hansı məhkəmədə baxılması ilə əlaqədar fikir ayrılığı olduğundan mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı şirkətinin Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-85/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-85/2022
22.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver