Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-859/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Məhərrəmov Tahir Bayram oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair mülki işə 25 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına dair RX seriyalı ******* №-li, 31.08.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və eyni zamanda ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Cavabdeh1 arasında bağlanmış 08.08.2018-il tarixli 4090 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyriyaşayış sahəsinin Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına dair RX seriyalı ******* №-li 31.08.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və ƏMDK ilə Cavabdeh1 arasında bağlanmış 08.08.2018-il tarixli, 4090 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqi şəxs kimi Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və hazırda bina tikintisi fəaliyyəti ilə məşğuldur. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizamı, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabineti tərəfindən 86 №-li 25.02.2016-cı il tarixli Qərar qəbul edilmişdir. Həmin Qərarın 1.1-ci bəndinə əsasən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən 226 yaşayış binasının və digər tikililərin sökülməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndində qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması, digər rayonlarla yanaşı Nəsimi rayon İcra Hakimiyyətinə də həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi «Azərdövlətlayihə» DBLİ tərəfindən ünvan 2 ünvanda yerləşən binaya texniki baxış barədə 26.07.2017-ci il tarixli Rəy tərtib olunmuşdur. Həmin Rəylə adıçəkilən binanın qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olması müəyyən edilmişdir. Nəsimi rayon icra Hakimiyyəti tərəfindən yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında Sərəncam qəbul edilmişdir. Adıçəkilən Sərəncamın 1-ci bəndinə əsasən Nəsimi rayonu Azadlıq prospekti. A.Bakıxanov, Ə.Qasımzadə və Ak.M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidə mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında İddiaçı MMC-yə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ayrıca aktı tərtib edilmişdir. Adıçəkilən Sərəncamın 2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı MMC-yə tapşırılmışdır. Eyni zamanda, həmin Sərəncam əsasında icra Hakimiyyəti ilə İddiaçı MMC arasında 01.09.2017-ci il tarixli müqavilə bağlanmışdır. Hazırda MMC tərəfindən adıçəkilən ərazidə köçürülmə işləri həyata keçirilir. Lakin, köçürülmə zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən və ümumı sahəsi 47.8 kv.m olan qeyri-yaşayış sahəsi 31.08.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin qeydiyyat əsassız olduğundan ləğv edilməlidir.Belə ki, yuxarıda sadalanan hallardan da göründüyü kimi, mübahisə predmeti olan bina 2017-ci il tarixdə İddiaçıMMC-yə ayrılmış, Cavabdeh1 qeyri-yaşayış sahəsini daha sonra öz,mülkiyyətinə keçirmişdir. Belə ki, 08.08.2018-ci il tarixli 4090 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin qeyri- yaşayış sahəsi ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən cavabdehə satılmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi.Həmçinin bildirdi ki, hazırkı iddia ərizəsi ilə ilk dəfə daşınmaz əmlakın yerləşmə yerinə görə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.İzah olunmuşdur iddia cavabdehin qeydiyyat yeri üzrə verilməlidir.Həmin Qərardad Bakı Apelyasiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli Qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, cavabdehin qeydiyyat yeri üzrə Abşeron rayon məhkəməsinə müraciət edilmişdir. Qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi Eyyubova Sevinc Zahid qızına icarəyə verilmiş, onun mənzilinin altında yerləşən mənzil sahəsi olmuşdur, onunla iddiaçı arasında bağlanan 01 fevral 2018-ci il tarixli alqı – satqı müqaviləsinə əsasən satışı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilini və mülkiyyətçinin istifadəsində olan sahəsi 37 kv.m olan zirzəmisini, ümumilikdə 114,9 kv.m sahəsi olan mənzilini alıcının mülkiyyətinə vermişdir.2018-ciilin iyun-avqust aylarında həmin ərazidə söküntü işləri aparılmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, qeyri yaşayış sahəsinə dair onunla alqı-satqı müqaviləsi 08.08.2018-ci il tarixdə olmuşdur, həmin vaxt baxış keçirmişdir, bina yerində olmuşdur, 4-5 gün sonra cavabdeh tərəfindən qanunsuz olaraq ona məxsus obyektin yerləşdiyi bina iddiaçı tərəfindən sökülmüşdür. Məhkəmə iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Məhərrəmov Tahir Bayram oğlu iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehə satılmasında hər hansı qanunsuzluq olmamışdır.Binanın söküntü obyekti olması barədə Xidmətdə məlumat olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək, işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan alqı-satqısı haqqında 08.08.2018-ci il tarixli müqavilədən müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində 07.08.2018-ci il tarixdə keçirilən hərracda 29/01 №-li protokola əsasən satın aldığı 47,8 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, alıcı Cavabdeh1 isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 5 ünvanında yerləşən 47,8 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 15000 manata satın alır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 adına **********86-05101-083017 reyestr nömrəsi ilə 31.08.2018-ci il tarixdə qeydiyyata alınmışdır və onun tam mülkiyyətindədir. İşin materiallarında olan alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satışı Eyyubova Sevinc Zahid qızı arasında bağlanan 01 fevral 2018-ci il tarixli alqı –satqı müqaviləsindən görünür ki, satışı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilini və mülkiyyətçinin istifadəsində olan sahəsi 37 kv.m olan zirzəmisini, ümumilikdə 114,9 kv.m sahəsi olan mənzilini alıcının mülkiyyətinə verir. İşin materiallarında olan 08.02.2017-ci il tarixli qeyri-yaşayış sahəsinin istismar müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 37,5 kv.m. olan zirzəmi sahəsinin icarədarı Eyyubova Sevinc Zahid qızıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 28 avqust 2017-ci il tarixli 227№-li sərəncamının surətindənn müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Nəsimi rayonu, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişınəsindəki məhəllənin şimal-şərq hissəsində yerləşən, ərazinin tikinti planlaşdırma eskizindəki 1 saylı yaşayış ərazisində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 0,46 ha torpaq sahəsi 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi müəyyən edilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 05 oktyabr 2018-ci il tarixli 304 №-li sərəncamından müəyyən edilir ki, Azadlıq prospekti, A.A Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi müəyyən edilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 30 avqust 2017-ci il tarixli 230 №-li sərəncamından müəyyən edilir ki, Azadlıq prospekti. A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllənin şimal-şərq hissəsində yerləşən, qəzalı vəziyyətdə olan 4 mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış binalarının sökülərək yerində İddiaçı tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin ərazi- planlaşdırma sənədləri təsdiq olunması müəyyən edilmişdir. Mülki işin materiallarından olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən 04 oktyabr 2017-ci il tarixli ekspertiza rəyindən müəyyən edilir ki, Nəsimi rayonu, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllənin şimal-qərb hissəsində, yararsız vəziyyətdə olan yaşayış və qeyri-yaşayış tikililərinin yerləşdiyi 0,46 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binaları tikintisinin layihələndirilməsi məqsədilə İddiaçı MMC tərəfindən istifadə olunmasına rəsmiləşdirilməsi hüquqi sənədlər və qeyd olunan şərtlər daxilində etirazı olmadığını bildirir. İşin materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindəən tərtib olunan 26 iyul 2017-ci il tarixli Aktdan müəyyən edilir ki, Nəsimi rayonu, Azadlıq prospekti, A.A.ünvan 6 ünvanda yerləşən yaşayış binasına vizual texnuku baxış keçirilməsi nəticəsində binanın əlavə quraşdırmalar aparıldığından, ümumiyyətlə mövcud tikinti norma və qaydalarına,mövcud şəhərsalma tələblərinə cavab vermədiyi müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 28 avqust 2017-ci il tarixli 227№-li sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Nəsimi rayonu, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişınəsindəki məhəllənin şimal-şərq hissəsində yerləşən, ərazinin tikinti planlaşdırma eskizindəki 1 saylı yaşayış ərazisində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 0,46 ha torpaq sahəsi 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi qərara alınmış, Nəsimi rayon İcra hakimiyyəti başçısının 30 avqust 2017-ci il tarixli 230 №-li sərəncamından müəyyən edilir ki, Azadlıq prospekti. A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllənin şimalşərq hissəsində yerləşən, qəzalı vəziyyətdə olan 4 mərtəbəli yaşayış binalarının və qeyriyaşayış binalarının sökülərək yerində İddiaçı tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin ərazi- planlaşdırma sənədləri təsdiq olunmuş,Nəsimi rayon İcra hakimiyyəti başçısının 05 oktyabr 2018-ci il tarixli 304 №-li sərəncamı ilə Azadlıq prospekti, A.A Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmiş, bununla əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin bina sakinlərindən mənzil sahələrinin alqı-satqısını aparmış, 2018-ci ilin iyun-avqust aylarında həmin ərazidə iddiaçı tərəfindən söküntü işləri aparılmışdır. Həmçinin, iş materiallarından gründüyü kimi Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində 07.08.2018-ci il tarixdə keçirilən hərracda 29/01 №-li protokola əsasən 08.08.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 5 ünvanında yerləşən 47,8 kv.m qeyri-yaşayış sahəsini satış qiyməti ilə 15000 manata alıcı Cavabdeh1 almışdır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 28 avqust 2017-ci il tarixli 227№-li sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Nəsimi rayonu, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişınəsindəki məhəllənin şimal-şərq hissəsində yerləşən, ərazinin tikinti planlaşdırma eskizindəki 1 saylı yaşayış ərazisində mövcud yaşayış binalarının sökülərək, ünvan 5 ünvanında yerləşən binanın sökülməsi barədə sərəcam verilməsinə baxmayaraq, həmin ünvanda yerləşən mübahisəli zirzəmi sahəsinin ƏMDK tərəfindən hərracda satılması qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından, bu barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu əsasda cavabdehə verilən Çıxarın ləğvi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5.maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən obyektin alınması üçün Cavabdeh1 tərəfindən ödənilmiş olan 15 000 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Cavabdeh1 ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK –hazırkı Əmlak Məsələləri Dövlət Xidməti ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində 07.08.2018-ci il tarixdə keçirilən hərracda 29/01 №-li protokola əsasən bağlanan 08.08.2018-ci il tarixli,4090 saylı alqısatqı müqaviləsi etibarsız hesab edilməli, bu əsasda Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri RX seriyalı, ******* №-li, 31.08. 2018-ci il tarixli Çıxarış ləğv edilməli, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən obyektin alınması üçün Cavabdeh1 tərəfindən ödənilmiş olan 15 000 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Cavabdeh1 qaytarılmalıdır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan 10 manat məbləğində dövlət rüsumuna görə pul, digər cavabdeh dövlət rüsumu ödəməkdən azad olduğundan cavabdeh Cavabdeh1 tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası ƏMDK –hazırkı Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında Hərracların Təşkili üzrə Auksion Mərkəzində 07.08.2018-ci il tarixdə keçirilən hərracda 29/01 №-li protokola əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanan 08.08.2018-ci il tarixli, 4090 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, bu əsasda Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri RX seriyalı, ******* №-li, 31.08. 2018-ci il tarixli Çıxarış ləğv edilsin. Alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 tərəfindən ödənilmiş olan 15 000 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Cavabdeh1 qaytarılsın. Cavabdeh1 10 manat rüsuma görə ödənilmiş pul alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-859/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-859/2021
25.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver