Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-866/2024 22.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********11650 abunə kodu üzrə hesablanmış 1555,20 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Təbii qazdan istifadə ilə əlaqədar bu müddət ərzində nə sayğacla bağlı, nə də ki istehlak edilmiş qaza görə ödənişlə bağlı qaz təchizatçısı ilə aralarında heç bir mübahisə olmamışdır. Belə ki, yaşadığı ünvanda Cavabdeh əməkdaşları tərəfindən fərdi yaşayış evinə qazın verilməsi üçün "ZENNER G4T SMART" tipli qaz sayğacı quraşdırılmışdır. **********11650 abunə kodu üzrə abonent saldosundan görünür ki, 2023-cü ilin may ayı üzrə onun cavabdeh təşkilata 1555,20 manat borcu yaranmışdır. Hesab edir ki, yaşadığı evdə təbii qazdan istifadəyə görə Cavabdeh tərəfindən onun adına qeydiyyata alınmış fərdi yaşayış evinə aid **********11650 abunə kodu üzrə 1555,20 manat cərimə əsassız hesablanmışdır. Belə ki, sayğac küçədə yerləşir, sayğacın heç bir hissə, mexanizminə tərəflərindən kənar müdaxilə edilməmişdir, hətta sayğaca müdaxilə etmək qeyri-mümkündür. Həmçinin qeyd etdi ki, əksinə sayğac Cavabdeh əməkdaşları tərəfindən sökülüb aparılmışdır. Bu səbəbdən də o, hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X1 xx.xx.2023-cü tarixdə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, sayğaca Cavabdeh əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixində baxış keçirildiyini, sayğaca müdaxilə edilməsi aşkar olunduğunu, iddia tələbinin əsassız olduğunu bildirərk iddia tələbinin təmin edilməməsini xahiş etmiş,məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Azəriqaz İBnin əməkdaşları tərəfindən İddiaçı məxsus olan evə verilən təbii qaz üçün quraşdırılmış 1702AZ**********80 nömrəli sayğac istismar müddəti bitdiyinə görə dəyişdirilmiş və fərdi yaşayış evinə **********268 nömrəli sayğac quraşdırılmışdır. İş materialarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən evə (abonent kodu **********11650) 1555,20 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materialarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən evə (abonent kodu **********11650) 1555,20 manat borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X2 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, (abonent kodu **********11650) ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımadığından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********11650 olan, ünvan 1 ünvanında yerləşən evə hesablanmış 1555,20 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-866/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-866/2024
22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver