Məhkəmə qərarları › İş №2(012)-870/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-870/2024

13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-870/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı və həmin qərarın arxiv çıxarışının ona, yəni xx xxxxxxx 1959-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən tələb üzrə ərizədə səhvən onun “ərizəçi” əvəzinə “iddiaçı” olaraq, “Ərizəçi” əvəzinə “Ərizəçi qızı” olaraq qeyd edildiyini bildirmiş və göstərilənləri nəzərə alaraq onun iş üzrə “iddiaçı” əvəzinə “ərizəçi” olaraq qeyd edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, maraqlı şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Maraqlı şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, xx xxxxxxx 1959-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuşdur. Hazırda Abşeron rayonu, Novxanı kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. Belə ki, ona ünvanlanmış 01 iyul 2022-ci il tarixli məktubda imtinaya əsas olaraq aşağıdakılar qeyd edilmişdir: 1. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarında və həmin qərarın arxiv çıxarışında göstərilən hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir; 2. Bundan başqa vətəndaşa sözügedən qərar əsasında ayrılmış torpaq sahəsinin ayrıc aktının hazırki ərizənizə əlavə edilmədiyi müəyyən edilmişdir; 3. Həmçinin sözügedən torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə tərəfinizdən şərait yaradılmamışdır. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş imtinanın yuxarıda qeyd olunan 1-ci bəndinə münasibətdə qeyd etmək istəyir ki, ona məxsus olan bütün hüququ müəyyən edici sənədlərdə, eləcə də digər sənədlərdə onun adı, soyadı və ata adı “Ərizəçi” olaraq qeyd edilmişdir. Bu səbəbdən də qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X4 izahatında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarında mexaniki səhv nəticəsində yanlışlığa yol verildiyini, onların sözügedən sənədləri arxivə təhvil verdiklərini və məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin “vətəndaşlara fərdi mənzil tikdirmək üçün torpaq sahəsi verilməsi barədə” 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarından və həmin qərarın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Maraqlı şəxs Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, F498 nömrəli arxiv çıxarışından görünür ki, Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli, 93 №-li əmri nəzərə alınaraq, Novxanı üzümçülük sovxozunun 02 avqust 1991-ci il tarixli, 93 №-li məktubuna əsasən X2 0,08 hektar torpaq sahəsinin ayrılıb verilməsi və ona bu torpaqda fərdi yaşayış evi tikdirməyə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1959-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizəçinin adı səhv olaraq “Ərizəçi” əvəzinə “X3” olaraq göstərilmişdir. Lakin şəxsiyyət vəsiqəsində Ərizəçi olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı və həmin qərarın arxiv çıxarışının xx xxxxxxx 1959-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 avqust 1991-ci il tarixli, 27.2 nömrəli qərarı və həmin qərarın arxiv çıxarışının xx xxxxxxx 1959-cu il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar