Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-881/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin sökülməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı məxsus olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən Cavabdeh ASC-yə məxsus olan böyük ölçülü və yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin cavabdehin hesabına sökülməsi və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 30 manat xidmət haqqının Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almışdır. Bu barədə satıcı X1 ilə arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə 1 saylı Sumqayıt regional ASAN xidmət mərkəzində notariat ofisində rəsmiləşdirilmişdir. Torpaq sahəsini aldıqdan sonra İN yanında ƏMDX tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ -nin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət edərək torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. Ona məxsus olan torpaq sahəsinin sərhədləri daxilində cavabdeh "xxxx" ASC-nə məxsus olan böyük ölçülü və yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllə yerləşdiyi ona məlum olmuşdur. Həmin qüllənin mövcudluğu ilə həm həyati təhlükə, həm də mülkiyyət hüququmun pozulması ilə üzləşmişdir. Həmçinin, yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin sağlamlığa mənfi təsirləri və vurduğu ziyan hamıya məlumdur. Həmin qüllənin mövcudluğu haqlı olaraq narazılığına səbəb olmuşdur. Dəfələrlə Cavabdeh ASC-nə müraciət edərək mübahisənin məhkəmədən kənar həllinə cəhd göstərmişdir. Lakin cəhdləri uğursuz olmuşdur. Cavabdeh ASC tərəfindən isə yerində onunla birlikdə araşdırma aparılmır, sadəcə bunun insan həyatı üçün təhlükəli olmadığı bildirilir. Bunu isə əsaslandırmaq və sübut etmək lazımdır. Hazırda isə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 13-cü bəndində göstərilir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, tərəflər arasında mübahisə müqavilə münasibəti yox, inzibati orqanın hərəkətlərindən irəli gələn mübahisə olduğundan mülki qaydada deyil, inzibati qaydada həll edilən məsələdir, yəni hazırki mübahisəyə məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli, iddiaçıya isə bununla bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə saat 15:12-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə icraata “məhkəmədə baxılmalı deyildir” əsası ilə xitam verildiyi üçün təyin edilmiş ekspertiza xərci iddia verən şəxdən tutulmalıdır. Odur ki, iş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllənin sökülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı hazırki mülki iş (2(012)-881/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Məhkəmə-tikinti ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-881/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-881/2024
21.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver