Məhkəmə qərarları › İş №2(012)-883/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-883/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-883/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun bölünməsi və sahibliyinə qaytarılması tələbinə dair˝ iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun bölünməsi və sahibliyinə qaytarılması tələbinə dair˝ iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin paylara uyğun bölünməsi və ona çatan hissənin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən iddianın dəişdirilməsi barədə ərizə verərək, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində mülkiyyətlərinində 64.80 kv.m ev vardır. Onlar ər-arvad olmuş və rəsmi olaraq ayrılmışlar. Evdə hazırda cavabdeh yaşayır və ona həmin evdən istifadə etməyə imkan vermir. Həmin ev hər ikisisnin mülkiyyətində olduğu üçün evin bölünməsini istəyir. Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri əmlak hər ikisinin birgə mülkiyyəti sayılır. Ona görə də həmin əmlak aralarında bərabər qaydada bölünməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınını vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0135 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3982 №-li ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərər alaraq, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin İddiaçı və Cavabdeh arasında ½ paylar üzrə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərininə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİİ bəndinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0135 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışdan görünür ki, tərəflər arasında paylar artıq müəyyən olunmuşdur. İddiaşının müəyyən olunmuş paylara uyğun ona çatası əmlakın naturada bölünməsi tələbinə dair məhkəmə qeyd edir ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3982 №-li ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərər alaraq, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin İddiaçı və Cavabdeh arasında ½ paylar üzrə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərininə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən eksper rəyini sübut kimi qiymətləndirərək əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 220.3. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi paylı mülkiyyətin mülkiyyətçilərinin paylarının bölünməsini Mülki Məcəllənin 220.3 və 220.4 maddələrinə uyğun olaraq ardıcıllıqla tətbiq edilməsinindən sonra nəzərdə tutmuşdur. Göstərilənlərə əsasən qanunvericiliyin tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3982 №-li ekspert rəyi əsas götürülməli, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin İddiaçı və Cavabdeh arasında ½ paylar üzrə bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar