Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-152/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra edilməsi; mənzilin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22, X25, X33, X26, X16 və X14) mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-729/2023 nömrəli iş üzr ə 03 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN58/BRT/110518 nömrəli müqavilə ilə Cavabdeh MTK dəyəri 29.175 manat, Abşeron rayonu Masazır qəsəbəsində inşa edilməkdə olan 1 nömrəli binanın 8-ci mərtəbəsində sahəsi 59,43 kv.metr olan 1 otaqlı 58 nömrəli mənzili İddiaçı satmışdır. İddiaçı mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2018-ci il tarixli 58 nömrəli maliyyə arayışı verilmişdir.
2. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN57/BRT/110518 nömrəli müqavilə ilə Cavabdeh MTK dəyəri 63.300 manat olan Abşeron rayonu Masazır qəsəbəs ində inşa edilməkdə olan 1 nömrəli binanın 8-ci mərtəbəsində sahəsi 126,6 kv.metr olan 3 otaqlı 57 nömrəli mənzili İddiaçı satmışdır. İddiaçı mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2018-ci il tarixli 57 nömrəli maliyyə arayışı verilmişdir.
3. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR02/MN04/BRT/110518 nömrəli müqavilə ilə Cavabdeh MTK dəyəri 29.715 manat, Abşeron rayonu Masazır qəsəbəsində inşa edilməkdə olan 1 nömrəli binanın 8-ci mərtəbəsində sahəsi 59,43 kv.metr olan 1 otaqlı 04 nömrəli mənzili İddiaçı satmışdır. İddiaçı mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2018-ci il tarixli 04 nömrəli maliyyə arayışı verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsi 1 nömrəli binanın 8-ci mərtəbəsində sahəsi 126,6 kv.metr olan 3 otaqlı 57 nömrəli, həmin binanın eyni mərtəbəsində sahəsi 59,43 kv.metr olan 1 otaqlı 58 nömrəli və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59,43 kv.metr olan 1 otaqlı 4 nömrəli mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün mənzillərin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi və mənzillərə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-977/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, Abşeron rayonu Masazır qəsəbəsi 1 nömr əli binanın 8-ci mərtəbəsində sahəsi 126,6 kv.metr olan 3 otaqlı 57 nömrəli, həmin binanın həmin mərtəbəsində sahəsi 59,43 kv.metr olan 1 otaqlı 58 nömrəli və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59,43 kv.metr olan 1 otaqlı 4 nömrəli mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillərin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzillər ilə bağlı iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının həmin mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır.Bundan başqa, cavabdehin nümayən dəsi mübahisəli mənzillərin 1- ci binanın 57 saylı mənzili X3 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi, hazırda 2050 man borcunun qalmasını, 1-ci binanın 58 saylı mənzili X2 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş hazırda 22080 man borcunun qalması, 1-ci binanın 04 saylı mənzili X7 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi,hazırda 20200 man borcu qalmasını bildirsə də, həmin şəxlərlə bağlanan bağlanan müqavilələri məhkəməyə təqdim etməmiş,habelə iddiaçı ilə cavabdeh arasında həmin mənzillərə dair bağlanmış müqavilələr qüvvədə olduğu bir halda hansı əsasla belə bir müqavilələr bağlanmasına aydınlıq gətirə bilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən ödənmiş məbləği təsdiq etmək təqdim edilən kass a mədaxil qəbzləri isə adi kağız üzərində aparılmış qeydiyyat olmaqla rəsmi sənədlər olmadığından sübut hesab oluna bilməz. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli mənzillərin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur.... Məhkəmə iddia tələbinin mənzillərə dair iddiaçının adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının MTK-ya həvalə edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 112.1.maddəsinə görə Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edirlər. İddiaçı mü bahisəli mənzillərlə bağlı pay haqqını yuxarıda qeyd edilənlərdən göründüyü kimi tam olaraq ödəmişdir. Qeyd edilən tələblə bağlı iddiaçı cavabdehə müraciət etməmiş və bu barədə cavabdehin imtinası olmamışdır. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1345/2022 nömrəli iş üzrə 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişd ir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN58/BRT/110518 saylı müqaviləyə əsasən Cavabdeh MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzili, xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN57/BRT/110518 saylı müqaviləyə əsasən Cavabdeh MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzili, xx.xx.2018-ci il tarixli AZ/B01/MR02/MN04/BRT/110518 saylı müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 04 saylı mənzi li İddiaçı ilə bağlanmış müqavilələr, qanunla müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Belə ki, məhkəmə kollegiyası iclası müəyyən edildi ki, İddiaçı "xxxx" MTK ilə yuxarıda göstərilən bağlanmış müqavilələr və maliyyə arayışlar həmin MTK-nın rəhbəri tərəfindən imzalanmamış, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İşdə olan sənədlərdən müəyyən olunur ki, sözügedən müqavilələr və maliyyə arayışlar Cavabdeh MTK-nın arxivində yoxdur və qeydiyyatdan belə keçməmişdir. Həmin müqavilələrə imza etmiş Şahid isə İddiaçı atası Qəzənfər Novruzovla yaxın dost olmuşlar və Binəqədi rayon İcra Hakimiyyətinə bir yerdə işləmişlər. Q.Novruzovun xahişi ilə Şahid Cavabdeh MTK-da xəzinədar vəzifəsinə işə götürülmüşdür.” c) Kassasiya instansiyası məhkəməsində icraat
10. Apellyasiya instansiy ası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6002/2022 nömrəli iş üzrə 19 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (məruzəçi), A.Hüseynov və Z.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “İşdən görünür ki, iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilələrdə və maliyyə arayışlarında MTKnın möhürünün vurulması, həmin sənədlərin MTK sədrinin adından imzalanması, hüquqi şəxs kimi MTK-ya aid rekvizitlərin (VÖEN n ömrəsi, bankda hesabı, müxbir hesabı, əlaqə nömrələri) göstərilməsi, müqaviləllərin və maliyyə arayışlarının MTK-ya aid xüsusi blanklarda yazılması mübahisəsizdir. Belə olan halda qarşı tərəfin hüquqi şəxsin adından sənədləri imzalayan şəxsin səlahiyyətli olub- olmadığını yoxlamaq zəruruti yaranmır. Çünki həmin sənədlərin MTK-nın möhürü ilə təsdiq edilməsi MTK ilə müqavilə bağlayan istənilən şəxsə münasibətdə mötəbər sayılması üçün yetərlidir. Müqavilələr və maliyyə arayışları səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda belə, sonradan səlahiyyətli şəxs tərəfindən möhür vurulması həmin sənədlərin mötəbərliliyi və imzalayan şəxsin də qarşı tərəf üçün səlahiyyətli olması anlamına gəlir. Tərəflər arasında bağlanmış müqavilələrin və MTK tərəfindən verilmiş maliyyə arayışlarının MTK-nın arx ivində olmaması, MTK-da qeydiyyatdan keçməməsi isə ümumiyyətlə həmin sənədlərin etibarsızlığına dəlalət edən hallar sayıla bilməz. Bu məsələlər MTK rəhbərliyi təçrəfindən sənədləşmə və kargüzarlıq işlərinin aparılması qaydalarının pozulmasının nəticəsidir, kənar şəxslər, həmçinin iddiaçı buna görə məsuliyyət daşımır. İşdən daha sonra görünür ki, cavabdeh MTK-nın nümayəndəsi mübahisəli mənzillərin 1-ci binanın 57 saylı mənzili X3 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTKya hissə-hissə ödənilməsi, hazırda 2050 man borcunun qalması, 1-ci binanın 58 saylı mənzili X2 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi, hazırda 22080 man borcunun qalması, 1-ci binanın 04 saylı mənzili X6 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK- ya hissə-hissə ödənilməsi, hazırda 202 00 man borcu qalması, bu səbəbdən də mübahisənin predmeti olan mənzilləri iddiaçıya təhvil verilməsinin mümkünsüzlüyü barədə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində izahat vermiş, məhkəmələr həmin halları təsdiq edən sənədlər təqdim olunmadığına həmin məsələyə hüquqi qiymət verməmişdir. Lakin işə baxan məhkəmələr qəbul edilən qətnamənin X12, X10 və X15 hüquq və vəzifələrinə toxunub toxunmadığını, onların işə cəlb olunmasının zəruriliyi məsələsinə müzakirə etməmişdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-729/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və A.Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia mənzillərin təhvil verilməsinə dair hissədə rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşdən görünür ki, iddiaçı Cavabdeh MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli 3 müqaviləyə istinad edərək həmin mənzillərin ona təhvil verilməsini tələb etmişdir. Cavabdeh MTK isə iddia tələbinə etiraz edərək, mənzillərin alqı-satqısına dair müqavilələr üzrə mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışlarının qanunla müəyyən edilmiş qaydada tərtib edilməməsinə, müqavilələr və maliyyə arayışlarının MTK-nın rəhbəri tərəfindən imzalanmasına, əksinə buna səlahiyyəti olmayan şəxs olan MTK-nın xəzinəd arı tərəfindən imzalanmasına, sözügedən müqavilələr və maliyyə arayışları Cavabdeh MTK-nın arxivində mövcud olmamaqla qeydiyyatdan belə keçmədiyinə, həmin müqavilələrə imza etmiş Şahid isə İddiaçı atası X20 rayon İcra Hakimiyyətində bir yerdə işlədiklərindən, sonuncunun xahişi ilə Cavabdeh MTK-da xəzinədar vəzifəsinə işə götürüldüyünə, MTKnın möhürünün R.İsayevə verildiyini və onun həmin müqavilələrə möhür vurmadığına, 57 saylı mənzilin X4, onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməklə, hazırda 2050 manat borcu qalmasına, 58 saylı mənzili isə X1, mənzilin dəyəri "xxxx" MTKya hissə-hissə ödənilməklə, hazırda 22080 manat borcu qalmasına, 04 saylı mənzilin də X5 mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi, hazırda 20200 manat borcu qaldığını bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilələrdə və maliyyə arayışlarında MTK-nın möhürünün vurulması, həmin sənədlərin MTK sədrinin adından imzalanması, hüquqi şəxs kimi MTK-ya aid rekvizitlərin (VÖEN nömrəsi, bankda hesabı, müxbir hesabı, əlaqə nömrələri) göstərilməsi, müqavilələrin və maliyyə arayışlarının MTK-ya aid xüsusi blanklarda yazılması mübahisəsizdir. Belə olan halda qarşı tərəfin hüquqi şəxsin adından sənədləri imzalayan şəxsin səlahiyyətli olubolmadığını yoxlamaq zərurəti yaranmır. Çünki həmin sənədlərin MTK-nın möhürü ilə təsdiq edilməsi MTK ilə müqavilə bağlayan istənilən şəxsə münasibətdə mötəbər sayılması üçün yetərlidir. Müqavilələr və maliyyə arayışları səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda belə, sonradan səlahiyyətli şəxs tərəfindən möhür vurulması həmin sənədlərin mötəbərliliyi və imzalayan şəxsin də qarşı tərəf üçün səlahiyyətli olması anlamına gəlir. Tərəflər arasında bağlanmış müqavilələrin və MTK tərəfindən verilmiş maliyyə arayışlarının MTK-nın arxivində olmaması, MTK-da qeydiyyatdan keçməməsi isə ümumiyyətlə həmin sənədlərin etibarsızlığına dəlalət edən hallar sayıla bilməz. Bu məsələlər MTK rəhbərliyi tərəfindən sənədləşmə və kargüzarlıq işlərinin aparılması qaydalarının pozulmasının nəticəsidir ki, kənar şəxslər, o cümlədən iddiaçı buna görə məsuliyyət daşımır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 2-ci mərtəbəsində 1 otaqlı 4 saylı mənzili xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X23, 23 iyun 2020-ci il tarixli müqaviləyə əsasən X8, A bşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində 3 otaqlı 57 saylı mənzili isə xx.xx.2017-ci ildə X21, 58 saylı mənzili isə xx.xx.2017-ci ildə X28, daha sonra 03 oktyabr 2022-ci il tarixdə X9. Bu mənada məhkəmə kollegiyası cavabdehin həm etirazında, həm də apellyasiya şikayətində göstərdiyi dəlilləri bu hissədə əsaslı hesab etmir. Məhkəmə kollegiyası mübahisə predmeti olan mənzillərin digər şəxslərə satılması və onların istifadəsində olmasına dair dəlili ilə bağlı mübahisəli mənzillərə baxış keçirilmiş, yerli baxış zamanı mübahisə predmetini təşkil edən Abşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı mənzilin qapısını üçüncü şəxs X22 açması, həmin mənzil Zəfər Cəfərov tərəfindən təmir olunaraq yaşayış üçün zəruri olan məişət avadanlıqlar ı ilə təmin edilməsi və sonuncunun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması, həmin ünvanda yerləşən 57 saylı mənzilin qapısını isə üçüncü şəxs X19 açması, həmin mənzildə Nahid Mahmudov tərəfindən təmir işləri aparılması, halhazırda mübahisəli mənzildə ustaların işləməsi və görülən işlər müqabilində zəhmət haqqı olaraq onlara Nahid Mahmudov tərəfindən ödənildiyini, sonuncunun da öz izahatında mənzilin açarının onda olduğunu, həmin mənzilin faktiki istifadəsində və sahibliyində olduğunu, mənzildə təmir işləri apardığını, həmin təmir işlərinin özünün aylıq məvacibinin bir hissəsi hesabına gördürdüyünü bildirməsi, həmin ünvanda yerləşən 58 saylı mənzilin qapısını isə X29 açması və mənzilin təmir olması, mübahisəli mənzil elektrik enerji təchizatı, su-kanalizasiya sitemi ilə təmin edil məsi, təmir üçün zəruri olan bəzi materialların Anar İsayev tərəfindən alınaraq mənzildə yerləşdirilməsi, bu səbəbdən mənzildə hazırda yaşayışın olmasa da, mənzilin faktiki Anar İsayevin istifadəsində və sahibliyində olduğunu, təmir işlərinin özünün aylıq məvacibinin bir hissəsinin hesabına gördürdüyü müəyyən etmişdir. Göründüyü kimi İddiaçı dəyərini ödəmiş olduğu mənzillərin ona təhvil verilməsi tələbini irəli sürsə də, lakin həmin mənzillərin hazırda dəyəri üçüncü şəxslər Zəfər Cəfərov, Nahid Mahmudov və Anar İsayev tərəfindən ödənilməklə faktiki sahibliyində və istifadəsində olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlində n alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh MTK arasında mənzillərə dair müqavilə mübahisəli 4 saylı mənzilə dair Zəfər Cəfərov və 58 saylı mənzilə dair Anar İsayevlə ilə Cavabdeh MTK arasında bağlanmış müqavilədən daha əvvəl, 57 saylı mənzilə dair Nahid Mahmudovdan isə sonra bağlansa da, fərdi-müəyyən əşya olan mənzillər Cavabdeh MTK ilə Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudov arasında bağlanmış müqavilələr əsasında o nlara təhvil verildiyindən, iddiaçı Anar Novruzlu mənzillərin Cavabdeh MTK-dan alınaraq ona verilməsini tələb etmək hüququna malik deyildir. Ona görə ki, onun bu hüququ mənzillərin Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudova təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, hər üç mənzilin Zəfər Cəfərov, Nahid Mahmudov və Anar İsayev dəyərini ödəyərək mənzillərə sahiblik və istifadə etmək hüququnu əldə etməklə faktiki olaraq onların istifadəsində olduğundan, həmin mənzillərin iddiaçıya təhvil verilməsi barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, üçüncü şəxslər tərəfindən mənzilərin dəyəri MTK-ya tam ödənilməmişdir. İs tinad olunan maddi hüquq normalarına görə isə mənzilLərə görə tam ödəmələr həyata keçirildikdən sonra mənzilər təhvil verilə bilərdi. İddiaçı mənzilərin yerində müayinəsi zamanı orada iştirak etməmiş, mənzilərin yerində müayinəsi zamanı çəkilmiş video məhkəmə iclasında tədqiq olunan zaman isə müəyyən edilmişdir ki, mənzilərdən yalnız biri təmir edilmiş, digər mənzilər isə təmir edilməmiş, elə əvvəlki vəziyyətdə olmuşdur. Mənzilərə dair iddiaçı ilə bağlanan etibarlı müqavilələr qüvvədə ola-ola MTK digər şəxslərlə həmin mənzillərə dair hər hansı müqavilə bağlaya bilməzdi. MTK-nın bu qanunsuzluğunun məsuliyyətini mənzilərə dair ilkin müqavilələr bağlamış iddiaçı daşıya bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlillərinə g örə, sözügedən mənzillərə sahiblik və istifadə edən X25, X22 və X36 mənzillərin dəyərini tam ödədiklərindən, hər birinə Cavabdeh MTK tərəfindən maliyyə arayışları verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan is tifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qə rəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləs i: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başq a əqdlər; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 178.8 (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə bax ışı gedişində əmələ gəlmiş olsun; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbi q edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 dekabr 2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsi pi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 noyabr 2008-ci il tarixli Q ərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsininşərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şə xslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, iddiaçı iddianın rədd olunan hissəsi ilə razılaşaraq, ondan apellyasiya şikayəti vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı mənzillərin təhvil verilməsi hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
29. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları (Mülki Məcəllənin 178.8-ci maddəsi) düzgün tətbiq olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
30. İlk olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllən in 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən; m əzmundan; formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır.
31. Kooperativ üzvlərinin əmlak hüquqları ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarə tdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır.
32. Bu kontekstdə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, mübahisəli mənzillər hazırda üçüncü şəxslər Zəfər Cəfərov, Nahid Mahmudov və Anar İsayevin faktiki sahibliyində və istifadəsindədir.
33. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı hesab etmişdir ki, tərəflər arasında mənzillərə dair müqavilə mübahisəli 4 saylı mənzilə dair Zəfər Cəfərov və 58 saylı mənzilə dair Anar İsayevlə ilə cavabdeh MTK arasında bağlanmış müqavilədən daha əvvəl, 57 saylı mənzilə dair Nahid Mahmu dovdan isə sonra bağlansa da, fərdi-müəyyən əşya olan mənzillər cavabdeh MTK ilə Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudov arasında bağlanmış müqavilələr əsasında onlara təhvil verildiyindən, iddiaçı mənzillərin cavabdehdən alınaraq ona verilməsini tələb etmək hüququna malik deyil. Ona görə ki, onun bu hüququ mənzillərin Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudova təhvil verildiyi andan aradan qalxmışdır, hər üç mənzil Zəfər Cəfərov, Nahid Mahmudov və Anar İsayevin faktiki olaraq istifadəsində olduğu üçün iddia əsassızdır.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə, mübahisəli mənzillər cavabdeh MTK ilə Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudov arasında bağlanmış müqavilələr əsasında onlara təhvil verildiyi və həmin müqavilələr hazırda qüvvədə olduğu üçün, mənzillərin alınaraq iddiaçıya verilməsi tələbinin hazırkı mərhələdə yalnız cavabdeh MTK-ya yönəldilməsinin doğru olmadığı hissədə, qismən razılaşır. Belə ki, cavabdeh MTK-nın artıq onda (onun) olmayan əmlakı təhvil verməsi (verə bilməsi) texniki cəhətdən də mümkün deyil. İddiaçının işin hazırkı halında mübahisəli mənzillərin ona təhvil verməsi tələbi ilə iddia qaldıra bilməsi üçün cavabdeh MTK ilə Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudov arasında bağlanmış müqavilələrin mübahisələndirilməsi zəruri idi və yalnız bundan, yəni sözügedən müqavilələr etibarsız sayıldıqdan sonra mənzilləri qanunsuz sahibliyində saxlayan şəxsdən (şəxslərdən) tələb edilə bilərdi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia, iddiaçının mənzillərin cavabdehdən alınaraq ona verilməsini tələb etmək hüququna onun bu hüququ mənzillərin Zəfər Cəfərov, Anar İsayev və Nahid Mahmudova təhvil verildiyi andan aradan qalxması əsası ilə deyil də, MTK-nın işin hazırkı vəziyyətində bu tələbə cavab verən subyekt olmaması əsası ilə, rədd edilməli idi.
35. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayətini qismən əsaslı sayır.
36. Mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia mənzillərin təhvil verilməsi hissədə rədd edilməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(105)-729/2023 nömrəli iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin, iddia mənzillərin təhvil verilməsi hissədə təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.