Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1461/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1856/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsində n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə --- aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa olunan yaşayış binasının S giriş, 5-ci yaşayış mərtəbəsinin ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzil İddiaçı ilə Nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzil alqı-satqı müqaviləsinə uyğun olaraq İddiaçı sahiblik və istifadəsinə verilmişdir.
2. Satıcı Nümayəndə ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən satıcı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" M MC-nin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, inşa etdiyi binada ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının S girişi 5-ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzili razılaşdıqları məbləğə, yəni 80000 manata alıcıya satmışdır.
3. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində ilkin müqavilənin bağlandığı gündən əmələ gəlir. Müqavilənin 3-cü bəndinə əsasən, əsas müqavilənin bağlanması xx.xx.2027-ci il tarixədək başa çatdırılmalıdır.
4. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı daşınmaz əmlakın razılaşdırılmış qiyməti olan 80000 manatı tam olaraq notariat ofisinin "xxxx" ASC-nin Sumqayıt 8 saylı filialı vasitəsilə depozit hesabına qoyaraq satıcıya t am olaraq ödəmiş və satıcı mənzil özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri çıxarış və Foma1 arayışı aldıqdan sonra əsas müqavilənin bağlandığı tarixdə müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. 5. "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzili ümumi dəyəri 85000 manata alıcıya satmağı öhdəsinə götürmüşdür.
6. Müqavilənin 4-cü bəndinə əsasən, müqavilə bağlanan gün alıcı tərəfindən mənzilin ümumi dəyəri tam şəkildə ödənilmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən "x xxx" MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin ümumi dəyəri alıcı İddiaçı tərəfindən 85000 manat olmaqla tam şəkildə ödənilmiş, MMC-yə borcu yoxdur. 8. "xxxx" MMC ilə alıcı Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 164.21 kv.m olan 26 saylı mənzili ümumi dəyəri 106737 manata alıcıya satmağı öhdəsinə götürmüşdür. 9. 25 iyul 2015-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən t ikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 164.21 kv.m olan 26 saylı mənzilin dəyəri olan 106737 manat pul Maraqlı şəxs tərəfindən tam ödənilmişdir. Sonuncunun "xxxx" MMC-yə borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binada, binanın “S” girişi yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən 26 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, iddiaçının istifadə və sahibliyində olan mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Cavab deh MMC-nin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, inşa edilmiş binada Nümayəndə məxsus ünvan 2 ünvanında yerləşən, 5-ci mərtəbə, ümumi sahəsi 165 kv.m olan, 26 saylı, 4 otaqdan ibarət olan mənzil 80.000 manata İddiaçı satılmışdır. xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, daşınmaz əmlakın razılaşdırılmış satış qiyməti olan 80.000 manat notariat ofisinin depozit hesabına qoyularaq iddiaçı tərəfindən satıcıya tam olaraq ödənilmişdir. Buna görə də satıcı mənzil özəlləşdirildikdə hüquqmüəyyənedici sənədləri aldıqdan sonra əsas müqavilənin bağlandığı tarixdə müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. MMC-nin xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, mənzilin ümumi dəyəri 85.000 manat müəyyən olunmuşdur. MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Abşeron r ayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən binanın S-girişi yaşayış sahəsinin 5-ci yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin ümumi dəyəri 85.000 manat alıcı İddiaçı tərəfindən tam ödənilmiş və MMC-yə borcu qalmamışdır. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
14. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə münasibət bildirərək izahatında göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi olmuş və müqavilə üzrə mənzilin dəyəri səhv etmirsə, 80000 manat dəyərində müəyyən edilmişdir. Notarial qaydada müqavilə bağlansa da, 65.000 manat p ul vəsaiti ödənilmiş, 15.000 manat pul vəsaiti isə ödənilməmişdir. O, İddiaçı ilə müqavilə bağlamışdır. Mübahisəli mənzil başqa şəxsə satılmamış, başqa kimsə orada yaşamır.
15. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbi təmin edilmiş, xx.xx.2022-ci il tarixli "xxxx"yə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi, 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, icraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarix li müqavilə mənzilin alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilədir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə dair maliyyə arayışı verilmiş və müqavilənin bütün mühüm şərtləri barəsində tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Lakin bununla belə, müqavilə üzrə öhdəliklər cavabdeh qurum tərəfindən icra edilməmiş, bununla da, müqavilə üzrə alıcı mənzillə təmin olunmaq hüququndan məhrum edildiyindən onun məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edib ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Məhkəmə hesab etmi şdir ki, hazırkı iş üzrə tərəflər arasında mənzilin alqı-satqısına dair müqavilənin bağlanmasına baxmayaraq, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməmiş, məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi mənzilin başqa şəxsə satılmadığını, mənzildə kimsənin yaşamadığını bildirsə də mənzilin təhvil verilməmə səbəbini mənzilin ümumi dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqələndirmiş, lakin borcun tam şəkildə ödənilməsini təsdiq edən maliyyə arayışının təqdim edilmə səbəbini izah edə bilməmişdir. Nəticədə məhkəmə hesab etmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, mənzili iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli “Mənzil alqısatqısı haqqında müqavilə”yə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi, 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 165 kv.m olan, 26 saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 385.1, 389.1, 399.1, 405.1, 442, 448.1-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 107, 119.1, 124.1, 14.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış 25 iyul 2015-ci il tarixli “Mənzil alqı-satqısı haqqında” müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H. Aslanov (Qolubiyyə) küçəsi 21-ci məhəllədə inşa edilmiş çox mərtəbəli yaşayış binasının “S” blokunun 5-ci yaşayış mərtəbəsinin 4 otaqdan ibarət 26 saylı mənzili ona satılmışdır. Mənzilin ümumi dəyəri olan 106.137 (bir yüz altı min bir yüz otuz yeddi) manat elə həmin gün tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə ona 25 iyul 2015-ci il tarixli Maliyyə arayışı da təqdim edilmiş dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən aldığı mənzil üzərində mülkiyyət - sahiblik və istifadə hüququ əldə etmişdir. Cavabdeh MTK tərəfindən qanunsuz olaraq ona məxsus mənzil razılığı olmadan başqa şəxsə satılmışdır ki, bu da yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinin, eləcə də onun mülkiyyət hüquqlarının açıq aşkar şəkildə pozulmasıdır. Cavabdeh MTK-nin, eləcə də digər şəxsin mübahisəli mənzili cavabdehə satmaq kimi hər hansı bir səlahiyyəti mövcud olmamışdır. Göründüyü kimi işə baxan məhkəmə qeyd olunan halları araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı halda İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə onunla (M. Muradovla) Cavabdeh MMC arasında bağlanmış 25 iyul 2015-ci il tarixli m üqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1856/23 nömrəli, 22 noyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.E.Rəhimova (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2(012)-2311/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, mübahisəsi gedən mənzilə da ir "xxxx" MMC ilə alıcı Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixli "xxxx" bağlanmış və həmin müqaviləyə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 164.21 kv.m olan 26 saylı mənzili ümumi dəyəri 106737 manata alıcıya satmağı öhdəsinə götürmüşdür. 25 iyul 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının S girişi 5-ci yaşayış mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 164.21 kv.m olan 26 saylı mənzilin dəyəri olan 106737 manat pul Maraqlı şəxs tərəfindən tam ödənilmişdir.
22. İşdən görünür ki, cavabdeh MMC mübahisəli mənzili eyni qaydada xx.xx.2022-ci il tarixli müqavilə əsas ında alıcı İddiaçı 80000 manata satmağı öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin ümumi dəyəri alıcı İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və sonuncunun MMC-yə borcu yoxdur.
23. Kollegiya Mülki Məcəllənin 452-ci maddəsinə istinadla qeyd etmişdir ki, bu norma ilə fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhd əlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil daha əvvəl Maraqlı şəxs mülkiyyətinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Bu halda məhkəmənin xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə gəldiyi nəticə də əsassızdır.
24. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında da göstərmişdir ki, mübahisəli mənzil Maraqlı şəxs təhvil verilib, iddiaçının isə MMC-yə qarşı “mənzilin iddiaçıya təhvil verilməsi” barədə tələbin irəli sürülməsi bir daha onu təsdiq edir ki, mübahisə predmeti iddiaçının faktiki sahibliyinə verilməmişdir.
25. Mübahisəli mənzil artıq Maraqlı şəxs qanuni əsaslarla mülkiyyətinə verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə İddiaçı hazırkı tələbi təmin oluna bilməzdi.
26. Kollegiya hesab etmişdir ki, "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il müqavilə ləğv edilmədən iddiaçı ilə cavabdeh arasında müqavilə bağlandığından, Maraqlı şəxs mübahisəli mənzilin iddiaçıya satılmasına dair razılığı olmadığından, İddiaçıla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız sayılmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2 021-ci il tarixli Qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
28. Məhkəmə kollegiyası izah etmişdir ki, iddianın bu şəkildə təmin olunmaması mübahisəli mənzil üçün İddiaçı oglu tərəfindən "xxxx" MMC-yə ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.
29. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2,324.4,324.5, 385, 386.1, 390.5, 404, 425.1, 442, 452.1 və 567-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətində işin faktiki hallarına istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən düzgün araşdırma aparmamış, yalnız apellyasiya şikayəti verən tərəfin təqdim etdiyi sənədlərə hüquqi qiymət vermişdir. İş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icraçı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə mənzilin alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilədir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mənzilin dəyərinin id diaçı tərəfindən tam şəkildə ödənilməsinə dair maliyyə arayışı verilmiş və müqavilənin bütün mühüm şərtləri barəsində tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Lakin bununla belə, müqavilə üzrə öhdəliklər cavabdeh qurum tərəfindən icra edilməmiş, bununla da, müqavilə üzrə alıcı mənzillə təmin olunmaq hüququndan məhrum edildiyindən onun məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Hazırkı iş üzrə tərəflər arasında mənzilin alqısatqısına dair müqavilənin bağlanmasına baxmayaraq, mübahisəli mənzilin alıcı İddiaçıli oğluna təhvil verilməsi təmin edilməmiş, məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə mənzilin başqa şəxsə satılmadığını, mənzildə kimsənin yaşamadığını bildirsə də, mənzilin təhvil verilməmə səbəbini mənzilin ümumi dəy ərinin tam şəkildə ödənilməməsi ilə əlaqələndirmiş, lakin borcun tam şəkildə ödənilməsini təsdiq edən maliyyə arayışının təqdim edilmə səbəbini izah edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində iş üzrə araşdırma aparılarkən, cavabdehin nümayəsindəsinin mənzilin ümumi dəyərinin alıcı İddiaçıli oğlu tərəfindən ödənilməməsinə dair verdiyi izahata uyğun olaraq məhkəmə iclasına şahid dəvət edilərək, mənzilin ümumi dəyərinin alıcı tərəfindən tam ödənilməsi faktını məhkəmə iclasında təsdiq etmişdir. İddiaçı üzərinə düşən bütün öhdəliklərə tam əməl etsə də, cavabdeh hələ də tərəflər arasında bağlanılan müqavilə şərtlərinə əməl etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 kassasiya şik ayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı kassasiya şikayətində irəli sürdüyü tələbləri heç bir sübutla əsaslandıra və təsdiq edə bilməmişdir. İddiaçı tərəfin kassasiya şikayətində istinad etdiyi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən artqı tam və obyektiv araşdırılmış və onlara düzgün hüquqi qiymət verilmişdir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı bir maddi və ya prosessual hüquq pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 22 noyabr 2023-cü il tarixli, 2(105)1856/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
34. Mad də 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
36. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
37. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
38. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
41. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və x idmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
44. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
45. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ö dəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. İddiaçının tələbi iddiaçının istifadə və sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binada, binanın “S” girişi yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən 26 saylı mənzilin, yəni konkret ünvanını göstərdiyi mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədədir.
57. Apellyasiya instansiyası məhkəıməsi Mülki Məcəllənin 452-ci maddəsinə istinadla qeyd etmişdir ki, bu norma ilə fərdi-müəyyən əşyanı vermək öhdəl iyinin icra edilməməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil daha əvvəl Maraqlı şəxs mülkiyyətinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Bu halda məhkəmənin xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən kooperativ binanın S girişi, 5-ci yaşayış mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 26 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə gəldiyi nəticə də əsassızdır.
58. Apellyasiya instansiyası məhkəməsi i zah etmişdir ki, iddianın bu şəkildə təmin olunmaması mübahisəli mənzil üçün İddiaçı oglu tərəfindən "xxxx" MMC-yə ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyind ən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2023-cü il tarixli 2(105)-1856/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.