Məhkəmə qərarları › İş №2(012)-887/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-887/2022

12.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-887/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka payın müəyyən edilməsi və pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə, 08.02.2014-cü il tarixdə cavabdehin adına rəsmiləşdirməklə ailələrinin vəsaiti hesabına əldə etdikləri 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında formal olaraq bağlanmış BDYPİ AC 159114 saylı, 07.06.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobildə 1/2 hissədə ona çatacaq payın müəyyən edilməsi və yaxud avtomobilin hazırki bazar qiyməti kimi 20000 manatın 1/2 hissəsinin, 10000 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında 14 oktyabr 2011-ci il tarixdə, Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından 14.09.2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Tərəflər ailə həyatlarının ilk vaxtlarında normal yaşasalar da, sonradan Cavabdeh1 spirtli içkilərə qurşanması, heç bir səbəb olmadan belə iddiaçıyla mübahisə etməsi, iddiaçını təhqir etməsi səbəbindən ailə münasibətləri tam olaraq pozulmuşdur. 30 may 2021-ci il tarixdə iddiaçı azyaşlı övladı Aysu ilə birlikdə bəzi cehiz əşyalarını da götürməklə daimi evi tərk etmiş, Cavabdeh1 ayrı yaşamağa başlamışdır. İddiaçı nikahın pozulması, birgə nikahdan doğulmuş 14.09.2012-ci il təvəllüdlü X3 iddiaçının himayəsində qalmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması, həmçinin, birgə nikah dövründə əldə etdikləri əmlakda (ev əşyalarında) ½ hissədə iddiaçıya çatacaq payın və yaxud həmin əmlakların 1/2 hissəsinin dəyərinin iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Tərəflər birgə nikahda yaşadıqları zaman, 08.02.2014-cü il tarixdə, tərəflərin vəsaiti hesabına Cavabdeh1 adına rəsmiləşdirməklə 18000 manata, buraxılış ili 2012-ci il, rəngi ağ, dövlət qeydiyyat nişanı ** BO *** olan “Hundai Elantra” markalı avtomobilini almışlar. Sorğularına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinindən verilmiş, 07.07.2021-ci il tarixli məktubdan onlara məlum olmuşdur ki, 07.06.2021-ci il tarixdə Cavabdeh1 birgə nikah dövründə əldə edilən və hazırda bazar qiyməti 20000-21000 manat civarında olan “Hundai Elantra” markalı avtomobili formal olaraq aralarında bağlanmış alqısatqı müqaviləsi ilə, uzun illərdən bəri yaxın dost münasibətlərində olduğu Cavabdeh2 adlı şəxsin adına rəsmiləşdirmiş, və elə həmin gün də Cavabdeh2 etibarnamə alaraq, bir daha avtomobili öz istifadəsində saxlamışdır ki, həmin avtomobil hal-hazırda da Cavabdeh1 özünün daimi istifadəsindədir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil məhkəmədə izahatında bildirdi ki, tərəflər arasında rəsmi nikah 14 oktyabr 2011-ci il tarixdə bağlanmışdır. Tərəflər nikaha daxil olmazdan əvvəl də Cavabdeh1 avtomili olmuşdur. Cavabdeh1 evləndikdən sonra avtomobilini satmış, atasının 5000 manat məbləğində maddi yardımı ilə hazırda mübahisə predmeti olan 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Daha sonra Cavabdeh1 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili dostu Cavabdeh2 satmışdır. Hal-hazırda isə Cavabdeh1 maddi vəziyyəti yaxşı deyildir. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində bildirdi ki, o, Cavabdeh1 atasıdır. O, uzun müddət vəzifədə işləmişdir və illik qazancı 15000 manat olmuşdur. Sözügedən 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 o almışdır. Cavabdeh1 həmin avtomobilin alınmasında heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən avtomobilin pulunun bölünməsinə razı deyildir. İş materiallarında olan 07.06.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh2 17000 manata satmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında 14 oktyabr 2011-ci il tarixdə, Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmışdır. Birgə nikah dövründə 08.02.2014-cü il tarixdə, Cavabdeh1 adına rəsmiləşdirməklə 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Lakin iş materiallarında olan 07.06.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı Cavabdeh1 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh2 17000 manata satmışdır. İddiaçı iddia ərizəsində və nümayəndəsi X2 məhkəmə iclasında sözügedən müqavilənin formal olaraq bağlandığı üçün etibarsız sayılmasını iddia etmiş,lakin məhkəmə iclasında 07.06.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən sübutlar müəyyən edilməmişdir. Lakin məhkəmə iclasında “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikah dövründə əldə edilməsini inkar edən mötəbər sübutlar müəyyən edilmədiyindən,məhkəmə hesab edir ki,idia tələbinin birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin bölünməsi hissəsində təmin edilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32,36 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223,225-ci maddələrinin tələbləri nəzərə alınmaqla, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti olan 17000 manatın ½ hissəsi, yəni 8500 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya digər onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətindədir. Məhkəmə iclasında 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə birgə təsərrüfat hesabına alınmaması barədə cavabdeh tərəfinin mövqeyi digər mötəbər sübutlarla təstiqini tapmadığından,məhkəmə cavabdehin nümayəndəsinin və şahidin ifadəsinə tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri 2012-ci il buraxılışlı, “Hundai Elantra” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti olan 17000 manatın ½ hissəsi, yəni 8500 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar