Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-891/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi 22 saylı fərdi yaşayış evi üzrə Abonent kodu: **********07850 olan mən - İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə artıq uzun müddətdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsi 22 saylı fərdi yaşayış evində yaşayır. Belə ki, 15.09.2021-ci il tarixdə evdə olmağı zaman rayonda məzuniyyətdə olduğu zaman cavabdehin əməkdaşları onun yaşadığı evə gəlib sayğacı iştirakı olmadan dəyişmişdir. Bu barədə ona məzuniyyətdən qayıtdıqdan sonra ailə üzvləri bildirmişdir. Bir neçə gündən sonra sayğaca baxan cavabdehin əməkdaşı onun yaşadığı ünvana gələrək sərfiyyatı müəyyən etmək istədikdə, onun abonent kodu olmadığını görmüşdür. Sərfiyyatı yazıb getmiş və bildirmişdi ki, dəqiqləşdirib ona məlumat verəcəkdir. 3 gündən sonra onun telefonuna sms gəlmiş və orada sayğacın yeni abonent kodu həmçinin 158 manat borcu olduğu yazılmışdır. Həmin koda əsasən o, 158 manat borcunu ödəmək istədikdə ona əlavə olaraq qanunsuz 591 manat borc hesablandığını görmüşdür. Belə olan halda dərhal cavabdehin Abşeronda olan şöbəsinə yaxınlaşmış oradan ona bilmişdilər ki, borcu var və bununla bağlı olaraq 15.09.2021-ci il tarixli ******* saylı Akt tərtib olunmuşdur. Sonradan ona həmin 15.09.2021-ci il tarixli ******* saylı və 28.10.2021-ci il tarixli ******* saylı Aktlar, Smart sayğaclı abonent haqqında məlumat cədvəli və 29.10.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir. Halbuki, həmin Aktlar barəsində onun ümumiyyətlə heç bir xəbəri və məlumatı olmamışdır. Aktlar tanış olduğu zaman bəlli olmuş ki, cavabdeh tərəfindən sayğacın elektron tablosu işləmir halları qeyd olunmuşdur. 28.10.2021-ci il tarixli ******* saylı Aktda isə qeyd olunmuşdur ki, sayğacın elementi bitib, sayğacın klapanı işlək deyil 432 manat zərər müəyyən edilmişdir. Bundan sonra cavabdehin satış departamenti tərəfindən 29.10.2021-ci il tarixli ******* saylı Akt nəzərə alınmaqla 4.320 kub metr qazın itirilməsi təsdiq olunur. Bütün bunlar bir daha onu göstərir ki, cavabdeh tərəfindən ona qarşı qərəzli, qanunsuz və əsassız olaraq Aktlar tərtib olunmuşdur. Qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrin yol verilməməsi istehlakçısı kimi onun vəzifəsi deyil, bu birbaşa qanunvericiliyin tələbərinə əsasən də cavabdehin vəzifəsidir. Qaz sayğacı evdən kənar hissədə quraşdırılmış və həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirlər. Cavabdeh bu qanunsuz hərəkətləri ilə əsassız olaraq tərtib olunmuş Akta əsasən ondan qanunsuz pul tələb edir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Belə olan halda məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan 28.10.2021-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********07850) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman MSK-nın 29/1710-03884-1 saylı rəyinə əsasən 1202AQ**********2 sayğacın elementi bitib, sayğacın klapanı işlək deyil. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 28.10.2021-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 4 m3/saat x 12 saat x 90 gün = 4320 m3 hesablanmışdır. Mülki işin materiallarında olan 15.09.2021-ci il tarixli abonentin saldosundan müəyyən edilir ki, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdehnə 10/2021-ci il üzrə 432 manat ziyan hesablanmışdır. Mülki iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 15.09.2021-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki,İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində İtron G-4 markalı 1202AQ**********2 nömrəli qaz sayğacının elektron tablosu işləmədiyindən istismardan çıxarılaraq Zenner G-4 markalı **********06 nömrəli qaz sayğacı quraşdırılmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin işin materiallarından göründüyü kimi iddiaçıya məxsus sayğac küçədə yerləşir,odur ki,sayğacın salamatlığının qorunub saxlanması tək abonentdən asılı deyildir, sayğacda olan qeyd edilən qüsurlar üçün iddiaçı cavabdehlik daşımadığından Abunə kodu **********07850 olan ünvan üzrə qazdan istifadəyə görə 10/2021-ci il tarix üçün 432 manat cərimə borcu əsassız hesab edilib ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən qaz sayğacına (abonent kodu **********07850) dair hesablanmış 10/2021-ci il tarix üçün 432 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən qaz sayğacına (abonent kodu **********07850) dair hesablanmış 432 manat cərimə borcu silinsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-891/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-891/2022
15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver