Məhkəmə qərarları › İş №2(012)-894/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-894/2022

27.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-894/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, Ərizəçi, Abşeron rayon İH-nin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə 27.04.2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18.03.1992-ci il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı 18.03.1992-ci il təvəllüdlü X10 1992-ci ildən əqli pozuntu xəstəliyi ilə əlaqədar 1 (birinci) qrup əlildir. Xəstəliklə əlaqədar olaraq O, hərəkətlərinin mənasını başa düşmür, onları idarə edə bilmir, kənar şəxsin daim köməyinə və himayəyə ehtiyacı vardır. Əlil və xəstə olması səbəbindən X5 anası olaraq daim ərizəçi qulluq edir. Lakin müəyyən idarə və təşkilatlarda təmsil etmək, lazımi sənədləri almaq üçün X10 üzərində qəyyumluq təyin edilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və onu qəyyum etmələrini xahiş etmişdir. Oradan ərizəçiyə bildirilmişdir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamənin olması zəruridir. X3 əlil və xəstə, kənar şəxsin daim köməyinə və himayəsinə ehiyacı olmasını, həmçinin ona ərizəçi tərəfindən qulluq edilməsini Abşeron rayonu, Saray qəsəbəsi , Nəsibə zeynalova küçəsində yaşayan şahidlər: X12 və X13 təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən ərizəçi X6 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X19 qızı mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan Maraqlı şəxs Başçısının Saray qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.12.2021-ci il tarixli arayışdan görünür ki, X1 qəsəbəsində yaşayır və birinci qrup əlildir. Birinci qrup əlil kimi onunla birlikdə yaşayan anası Ərizəçi qulluq edir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 920410 nömrəli arayışdan görünür ki, 1992-ci il təvəllüdlü X7 1-ci qrup əlildir, növbəti müayinənin tarixi isə müddətsiz olaraq qeyd edilmişdir. Mülki iş materiallarında olan 24004 nömrəli qəbzdən görünür ki, 100 manat məbləğində dövlət rüsumuna görə pul vəsaiti Ərizəçi Mikayıl qızı tərəfindən iddia qiymətinə görə ödənilmişdir. Mülki iş materiallarında olan 14 may 1992-ci il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsi inzibati ərazi vahidi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18.03.1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, atası X11, anası isə Ərizəçidır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 28.02.2022-ci il tarixli 508 saylı rəyindən görünür ki, X4 dərin əqli gerilik davranış pozuntuları aşkar olunmuşdur. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X4 dərin əqli gerilik aşkar olunmuşdur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, anası – Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır,hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 28.02.2022-ci il tarixli 508 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 18.03.1992-ci ildə Şəmkir rayonunda doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.03.1992-ci ildə Şəmkir rayonunda doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə 18.03.1992-ci ildə Şəmkir şəhərində doğulmuş X3 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar