Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-898/2021 30.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Heydər Əliyev adına X10 nümayəndəsi X5, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X10 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X13 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.Z.Tağıyev küçəsində yerləşən qeyriyaşayış obyektin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X10 nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X12 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 27 metrlik məsafəsində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.Z.Tağıyev küçəsində özbaşına Kür-S firmasının qarşısında, ona bitişik metal konstruksiyadan tamamlanmamış qeyri-yaşayış obyekti quraşdırılmışdır. Bundan başqa, həmin Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm (dizel), Dş-300 mm (nafta) və Dş-250 mm (quru qaz) neft boru kəmərləri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X13 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif sexlərdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sexlərin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin, hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Heydər Əliyev adına X12 məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarı) azı 50 metr olmalıdır. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.09.2021-ci il tarixli 10/2685 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh Poladov X4 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.Z.Tağıyev küçəsində yerləşən torpaq sahəsində Kür-S firmasının qarşısında, ona bitişik metal konstruksiyadan tamamlanmamış qeyri-yaşayış obyekti inşa etmişdir. Qeyd olunan qeyri-yaşayış obyekti yüngül konstruksiyaya malikdir. Bu səbəbdən də, həmin tikilinin heç bir təhlükəyə sahib olmadığını hesab etdiyindən məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.09.2021-ci il tarixli 10/2685 saylı rəyi ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -25.09.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X9 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, Azərikimya İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. -Əraziyə baxış keçirilməsi haqqında Heydər Əliyev adına X10 (NEZ) İŞ-nin böyük mühəndisi Şahid Şəmilov, TNŞ-nin böyük mühəndisi Rasim Orucov və HŞ-nin böyük hüquq məsləhətçisi Ramiz Sədiyev tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq edilmiş 16.10.2021-ci il tarixli aktdan görünür ki, 10 saylı sahənin rəisi Elxan Səfərovdan daxil olmuş xidməti yazıda göstərilən əraziyə (Abşeron rayonu, Xırdalan qəsəbəsi, Koroğlu küçəsi) baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh məxsus istehsalat obyektinin qarşısındakı dəmir konstruksiyalı tikili zavoda məxsus Dş-300 mm-lik (reaktiv mühərrik yanacağı), Dş-500 mm-lik (dizel yanacağı) neft boru xətlərindən 27 metr məsafədə yerləşir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.09.2021-ci il tarixli 10/2685 saylı rəyindən görünür ki, Heydər Əliyev adına X12 məxsus Dş-300 mm neft boru kəməri ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Babək küçəsində yerləşən Kür-S firmasının qarşısında quraşdırılmış metal konstruksiyadan ibarət talvarın ən yaxın hissəsi ilə məsafə 30 m təşkil edir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.3 bəndinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Babək küçəsində yerləşən Kür-S firmasının qarşısında quraşdırılmış metal konstruksiyadan ibarət talvar Heydər Əliyev adına X12 məxsus Dş-300 mm neft boru kəmərinin mühafizə zonasında yerləşir. Kür-S firmasının qarşısında quraşdırılmış metal konstruksiyadan ibarət talvar düzbucaqlı formada olmaqla uzunluğu 11.5 m, eni 7.5 m olduğunu nəzərə aldıqda, talvarın bütün sahəsi Heydər Əliyev adına X12 məxsus Dş-300 mm neft boru kəmərinin mühafizə zonasında düşür. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. -Asan3 tərəfindən verilmiş 12.11.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Poladov X3 rayonu Kommunist küçəsi, 137 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X12 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 27 metrlik məsafəsində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.Z.Tağıyev küçəsində özbaşına Kür-S firmasının qarşısında, ona bitişik metal konstruksiyadan tamamlanmamış qeyri-yaşayış obyekti quraşdırılmışdır. Bundan başqa, həmin Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm (dizel), Dş-300 mm (nafta) və Dş-250 mm (quru qaz) neft boru kəmərləri keçir. Neft borusu kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.Z.Tağıyev küçəsində yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul çıxarılması məhkəmədən xahiş olunmuşdur. Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.09.2021-ci il tarixli 10/2685 saylı rəyi ilə Heydər Əliyev adına X12 məxsus Dş-300 mm neft boru kəməri ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Babək küçəsində yerləşən Kür-S firmasının qarşısında quraşdırılmış metal konstruksiyadan ibarət talvarın ən yaxın hissəsi ilə məsafənin 30 m təşkil etdiyi, magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.3 bəndinə əsasən həmin firmanın qarşısında quraşdırılmış metal konstruksiyadan ibarət talvarın Heydər Əliyev adına X12 məxsus Dş-300 mm neft boru kəmərinin mühafizə zonasında yerləşdiyi, Kür-S firmasının qarşısında quraşdırılmış metal konstruksiyadan ibarət talvarın düzbucaqlı formada olmaqla uzunluğu 11.5 m, eni 7.5 m olduğunu nəzərə aldıqda, talvarın bütün sahəsinin Heydər Əliyev adına X12 məxsus Dş-300 mm neft boru kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edildiyindən, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən digər sübutlarla paralel qiymətləndirib məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən də magistral neft kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə, iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, nuvorığaB.M˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş nacyabrəzA˝ Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi˝nin: 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, №695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı Heydər Əliyev adına X10 balansında olan mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin maraqlı tərəf qismində subyektiv hüququ mübahisəolunmazdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi SOCAR-ın X12 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 27 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.Z.Tağıyev küçəsində özbaşına Kür-S firmasının qarşısında, ona bitişik metal konstruksiyadan tamamlanmamış qeyri-yaşayış obyekti quraşdırılmışdır və həmin tikili qeyd olunan kəmərin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu və ya digər tikilinin qanuni tikili hesab edilməsi üçün ilkin olaraq tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır, lakin sözsüz ki, hazırki iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə torpaq sahəsinə fiziki şəxsin mülkiyyət hüququnun tanınması mümkün deyildir. Bununla yanaşı hazırki iş üzrə cavabdeh istifadəsində olan, lakin tikinti məqsədləri üçün ayılmayan torpaq sahəsində nəinki lazımi icazələr almadan, üstəlik də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla bina və qurğular inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfıra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Heydər Əliyev adına X12 məxsus neft məhlulu nəql edən Dş-300 mm. neft boru kəmərinin mühafizə zonasının 27 metrlik məsafəsində cavabdeh tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.Z.Tağıyev küçəsində özbaşına Kür-S firmasının qarşısında quraşdırılmış ona bitişik metal konstruksiyadan tamamlanmamış qeyri-yaşayış obyekti qanunsuz tikili hesab edilməklə cavabdehin hesabına sökülməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən və aparılmış ekspertiza tədqiqatının dəyəri barədə hesabatdan görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 20 manat dövlət rüsumu ödəmiş, eyni zamanda ekspertiza tədqiqatının dəyəri 102 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, 102 manat ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqındа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli Qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Heydər Əliyev adına X10 istismarında olan neft məhlulu nəql edən Dş-300 mm. neft boru kəmərinin mühafizə zonasının 27 metrlik məsafəsində Cavabdeh tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.Z.Tağıyev küçəsində aparılan bütün qanunsuz tikinti işləri cavabdehin hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh iddiaçı Heydər Əliyev adına X10 xeyrinə, aparılmış ekspertiza tədqiqatına görə 102 (yüz iki) manat Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-898/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-898/2021
30.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver