Məhkəmə qərarları › İş №2(012)-900/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-900/2020

10.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-900/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, eyni zamanda cavabdeh İddiaçı, cavabdeh, eyni zamanda müstəqil tələblər irəli sürən üçüncü şəxs X11, onun vəkili-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X22 iştirakı ilə, İddiaçı cavabdehlər X16, Abşeron rayonu 1 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X23rşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması” tələbinə, müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 cavabdeh İddiaçı qarşı “miras qoyanın vərəsəsi kimi tanınması” tələbinə dair iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X23rşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən, X24 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, daha sonra verilmiş ərizəyə əsasən İddiaçı iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmədə işə baxılarkən, müstəqil tələblər irəli sürən üçüncü şəxs X24 cavabdeh İddiaçı qarşı “miras qoyanın vərəsəsi kimi tanınması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin yanvar ayında tərəfindən vərəsəlik ilə əlaqədər Abşeron rayonu 1 saylı notariat kontoruna daxil olarkən, ona həmin notariat kontorunun notariusu X25 tərəfindən məlumat verilmişdir ki, tərəfindən vərəsəlik açmaq istədiyi torpağın artıq xx.xx.2018-ci il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı alınıb və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Həmin şəhadətnamə X16 verilmişdir. Yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və X16 Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş şəhadətnamə qeyri-qanunu və əsassızdır. Beləliklə yuxarıda qeyd etdiyi torpaqda bibisi X12 öz övladı əvvəllər soyadı Pirəliyeva olan, sonradan isə soyadını dəyişən X30 ilə birlikdə yaşamışdır. 20 ildən çox idi ki, bibisi və bibisinin qızına o, baxırdı. Bundan başqa həmin torpağın üzərində tikilən və Pirəliyeva Rasta ilə qızı Səfərova Nailə yaşadıqları evi o, öz şəxsi vəsaitinə bir neçə il ərzində tikmişdir. 1999-cu ildə Pirəliyeva Rasta vəfat etmişdir. Bibisi qızı Səfərova Nailə isə ağır onkoloji xəstə olduğu üçün, onun bütün yaşayış üçün xərclərini və dərmanların vəsaitini o, ödəmişdir. Lakin 2016-cı ildə X30 ürək çatmamazlıqdan vəfat etmişdir. X37 və X17 ondan başqa qohumları qalmamışdır. Beləliklə tərəfindən bütün sənədləri yığarkən Abşeron rayonu 1 saylı notariat kontoruna vərəsəliklə əlaqədər 2016-ci ildə müraciət olunmuşdur. Lakin sənədlərdə müəyyən bir promlerlər yarandığı üçün tərəfindən hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Yeganə qohumluğu olduğu üçün xx xxxxxx 2017-ci il tarixdə 2(012)-8950/2017 saylı Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən ərizəsi təmin edilmişdir. Bundan sonra tərəfindən ƏMDK-nin DƏDRX-nin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə gedilərkən ona məlumat verilmişdir ki, həmin torpağın üzərinə Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. Məhkəməyə gedərkən ona məlumat verilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7184/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X11 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmuş və X5 Nailə Sahib qızının qardaşı faktını təsdiqlətmişdir. Bundan başqa X24 tərəfindən onu cavabdeh qismində qoyaraq, mirasın qəbul edilməsi və müddətin uzadılmasına dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(012)-1122/2018 saylı qətnaməsinə əsasən məhkəmə iddiaçı X11 xeyrinə qətnamə çıxarmışdır. Lakin tərəfindən xx xxx 2018-ci il tarixli 2(012)-1122/2018 saylı və 2(012)-7184/2017 saylı xx xxxxxxx 2017ci il tarixli hər iki qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi hər iki apellyasiya şikayətinə baxaraq xx xxxxxx 2018-ci il tarixli 2(105)-4184/2018 saylı qərardada əsasən xx xxxxxxx 2017-ci il tarixli 2(012)-7184/2017 saylı qətnaməni ləğv etmişdir. Bununla belə X5 Nailənin qardaşı olduğu faktını təsdiqləyən qətnamə ləğv olunmuşdur. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)-331/2018 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(012)-1122/2018 saylı qətnaməsi də ləğv olunmuşdur. X3 tərəfindən vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ləğv olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən tərəfindən Abşeron Rayon Məhkəməsinə “İcrada dönüş ilə” əlaqədər çıxarışı və vərəsə haqqında şəhadətnaməni ləğv olunması üçün müraciət olunmuşdur. Lakin hakim Sevinc Quliyeva tərəfindən həmin iş üzrə rəsmi qaydada məlumat verilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində qanunvericiliyində nəzərdə tutulmadığından ərizənin baxılması mümkün deyildir. xx.xx.2018-ci il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışa verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən, İddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2018-ci il tarixli, **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarışa əsasən verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X24 tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan, ləğv edilməsi tələb olunan şəhadətnamə və dövlət reyestrindən verilmiş çıxarış adına verilmiş şəxs olduğu üçün hesab edir ki, işə müstəqil tələb irəli sürən şəxs olaraq işə qarışmaq hüququ var. O, xx xxxxxxx 2016-cı il tarixdə vəfat etmiş X17 yeganə vərəsəsi olaraq ondan miras qalmış əmlakdan tam hissədə irs almağı üçün adına Abşeron rayonu 1 nömrəli notariat kontorunda xx xxxx 2018-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən də ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən (miras qoyan) X17 payına düşən hissəsi onun mülkiyyətinə verilmişdir. Buna dair verilmiş Seriya RX, № ******* olan, xx xxxx 2018-ci il tarixli çıxarışda torpaq sahəsi ümumi paylı mülkiyyət kimi göstərilib və pay sahibləri olaraq da onun adı və X8 adı yazılmışdır. Çıxarışda payçı kimi adı yazılmış X12 isə onun ögey anası, bacısı X17 doğma anasıdır. X12 hələ bacısının sağ olduğu dövrdə xx xxxx 1999-cu ildə ürək-damar çatışmamazlığı səbəbindən vəfat etmişdir. Onların birgə ümumi mülkiyyətində olan sözügedən torpaq sahəsi isə X8 vəfatından sonra X1 və istifadəsində qalmışdır. X30 anasının yeganə vərəsəsi olaraq anasının vəfatından sonra torpaq sahəsini tam olaraq istifadəsinə keçirməklə ona sahiblik etsə də torpaq sahəsini həmin hissədə adına keçirməmişdir. Yəni torpağın anasından miras qalan hissəsini vərəsə olaraq qəbul etməsi barədə ərizə ilə notariusa müraciət etməmiş, mirası faktiki olaraq qəbul etmişdir. X17 vəfatından sonra da o, X17 qardaşı və yeganə vərəsəsi olaraq ondan qalmış mirası qəbul etmişdir. Buna dair də o, yuxarıda göstərdiyi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və dövlət reyesytrindən çıxarış verilmişdir. Bacısına anasından (X7) miras qalımış əmlakı (torpaq sahəsində olan payı) öz adına keçirə bilməyi üçün də Abşeron rayonu 1 saylı notariat kontoruna müraciət etmişdir. Lakin oradan ona miras əmlaka dair məhkəmədə mübahisənin olduğu bildirilməklə tələbinin icrasının mümkünsüz olduğu bildirilmişdir. Məhkəmədən də ona bildirilmişdir ki, İddiaçı Abşeron rayonu 1 sayl notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunmas tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun adına verilmiş şəhadətnaməni və həmin şəhadətnamə əsasında adına dövlət reyestrində aparılmış qeydiyyata dair çıxarışın ləğvini tələb edir. X8 öldüyü günə qədər qızı X30 ilə birgə yaşaması, X8 ölümündən sonra ondan miras qalmış daşınar əşyaların (mebelinin, xalça, palazının, qab-qaşığının eləcə də bütün digər əşyalarının) və torpaq sahəsində olan payının X17 istifadəsində qalması, X17 anasının vəfatından sonra həmin torpaq sahəsində tikilmiş tikiliyə köçüb öldüyü günə kimi həmin tikilidə yaşaması, kommunal ödənişləri etməsi torpaq sahəsinin X7 miras qalmış hissəsinin qızı X30 tərəfindən faktiki qəbul edildiyini təsdiq edir. İddiaçı iddia ərizəsini belə əsaslandırır ki, adına verilmiş şəhadətnamə və çıxarış əsassızdır, bibisi X12, qızı X30 ilə birlikdə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsində tikilmiş fərdi tikilidə birlikdə yaşayıb. 20 ildən artıq müddətdə də onlara o baxıb. Bibisinin və bibisi qızının yaşadığı həmin fərdi evi də güya öz şəxsi vəsaiti hesabına o tikib. Eləcə də onun iddiasına görə bibisi X7 və bibisi qızı X13 onların vəfatı ilə əlaqədar onlardan miras qalmış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə də onların yeganə qohumu o olduğu üçün onun vərəsəlik hüququ tanınmalıdır. Cavabdeh İddiaçı ağ yalandan ibarət idda ərizəsi ilə utanmadan özünü vəfat etmiş X8 və vəfat etmiş X17 yeganə sağ olan qohumu olduğunu iddia edir. Cavabdeh İddiaçı iddia ərizəsinin həqəti əks etdirmədiyini isə onun varlığı, yəni X17 ata bir ana ayrı qardaşı olaraq var olmağı təsdiq edir. Bunu cavabdeh İddiaçı özü də yaxşı bilir. Qaldırdığı iddiaların da məqsədi ondan vicdansızcasına pul ummaqdır. Əİbəttə o, həmin şəxsin iddia qaldırmaq hüququndan belə sui-istifadə etməsinə, ona vurduğu maddi mənəvi zərərlərə, məhkəməni əsasız iddiaları ilə yükləməsinə hüquqi qiymətin verilməsi üçün lazımı müraciətini edəcəkdir. Yuxarıda sadalanalara əsaslanaraq cavabdeh İddiaçı iddiasının mirasqoyanların yeganə sağ olan qohumu olması barədə yazdıqlarının yalan olmasını, cavabdehin iddiasında saxtakarlıq etməsini ifşa edə bilməyi üçün nəhayət X12 ilə X13 miras qalmış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə yeganə vərəsə olduğunu təsdiqlətmək üçün hazırki iddiası ilə məhkəmədə olan işə qarışmağını düzgün hesab edir. Onun, xx xxxxx 1970-ci il təvəllüdlü X11 1964-cü il təvəllüdlü, xx xxxxxxx 2016-cı ildə vəfat etmiş X17 qanuni vərəsəsi kimi tanınmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda cavabdeh İddiaçı üçüncü şəxsin iddia ərizəsinə yazılı etiraz vermiş, etirazını özünün iddia ərizəsində irəli sürdüyü dəlillərlə əsaslandırmış, X24 tərəfindən verilmiş iddia ərizəsinin ləğv edilməsini, həmin mülki iş üzrə tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda cavabdeh İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasını müdafiə etmiş, məhkəmədən iddiasının təmin edilməsi, üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddia tələbi üzrə cavabdeh, eyni zamanda müstəqil tələblər irəli sürən üçüncü şəxs X24 iddia ərizəsinin məzmununa uyğun izahat verərək İddiaçı iddiasını qəbul etməmiş, öz iddiasını müdafiə etmiş, məhkəmədən iddiasının təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda üçüncü şəxsin vəkili X34 təmsil etdiyi şəxsin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron Rayon Məhkəməsinin qohumluq münasibətləri ilə bağlı qətnaməsini ləğv edərək iddia ərizəsini baxılmamış saxlayarkən müəyyən olunmuş əsas, ərizənin əsassızlığı ilə bağlı olmamışdır, yalnız ərizənin forması ilə bağlı olmuşdur ki, hüquq haqqında mübahisə vardır, iddia ərizəsi verilməlidir. Bu iddia ərizəsi isə şahidlərin ifadələri ilə öz təsdiqini tapır. İddiaçı iddiasının rədd edilməsini, təmsil etdiyi B.S.Şükürovun iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının iddia tələbi üzrə cavabdehlər Abşeron rayonu 1 saylı notariat ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X33 nümayəndələri məhkəmə iclaslarında iştirak etmək üçün gəlməmişlər, 1 saylı notariat ofisinin nümayəndəsi rəsmi məktubla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda üçüncü şəxsin vəsatəti əsasında şahid qismində dindirilən Əzimova Bənövşə Bahadur qızı ifadəsində göstərmişdir ki, X12 onun qardaşının birinci həyat yoldaşı olmuşdur. Onlar ailələri ilə birlikdə Zəngilan rayonu, Alıbəyli kəndində yaşamışlar. Qardaşı Rasta xanımla ailə qurduqdan sonra əsgəri xidmətə yola düşmüşdür. Qardaşı əsgərlikdə olan zaman onların Nailə adında qız uşaqları dünyaya gəlmişdir. Sonradan qardaşı əsgəri xidmətdə olan zaman Rastanın onun ataanası ilə mülk söhbətləri düşmüş və Rasta uşağını da götürərək atası evinə getmişdir. Qardaşı əsgəri xidmətdən qayıtdıqdan sonra olanları bilmiş və Rasta ilə boşanmaq qərarına gəlmişdir. Rasta həmin vaxtdan sonra onlardan ayrı yaşamışdır. Sonradan eşitmişdir ki, Rasta Abşeron rayonuna köçüb, burada X11 atası ilə ikinci ailə həyatı qurmuşdur. İddiaçı Rastanın qardaşı oğludur, Rastanın ikinci ailəsindən övladı olmamışdır. Məhkəmə iclasında cavabdeh, eyni zamanda üçüncü şəxsin vəsatəti əsasında şahid qismində dindirilən X26 ifadəsində göstərmişdir ki, onun qardaşı X4 ilə qeyri-rəsmi nikahda olmuşdur və Rasta vəfat etdiyi günə qədər 1999-cu ilədək birlikdə yaşamışlar. Qardaşı Rasda ilə tanış olan zaman Rastanın əvvəlki həyat yoldaşından Səfərova Nailə adlı qızı yanında olmuşdur. Qardaşının da əvvəl həyat yoldaşı olmuşdur və həmin nikahdan X24 anadan olmuşdur. X6 ögey qardaşı, İddiaçı isə Nailənin anası Rastanın qardaşı oğludur. Bahadurla Nailə bir evdə yaşamamışlar, lakin ataları onları bir neçə dəfə görüşdürüb bir-biri ilə tanış etmişdir. Həmin torpaqda olan evin divarlarını Nailənin anası sağlığında tikmiş, qalan hissəsini isə qardaşı ilə iddiaçı Saleh birlikdə tikmişlər. Saleh usta kimi qardaşına kömək etmişdir. Həmin evdə hazırda Saleh yaşayır, Bahadur orada yaşamır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, üçüncü şəxsin iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən (JN – 696A, KOD 30800118) görünür ki, Abşeron rayonu Novxanı kənd sakini X18 və X14 Abşeron rayon AİK-nın xx.xx.1999-cu il traixli 28 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0.08 hektar torpaq sahəsi verilmişdir; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə xx xxxx 2018-ci il tarixdə X30 və X9 adına qeydiyyata alınmışdır; -Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(012)-7184/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, X11 ərizəsi təmin edilmiş, onun 1964-cü il təvəllüdlü X17 qardaşı olması faktı müəyyən edilmişdir; -Həmin qətnaməyə hakim tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş qeyddən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(012)-7184/2017 nömrəli qətnaməsi xx xxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır; -Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)-4184/2018 nömrəli qərardadının surətindən görünür ki, hüquq və vəzifələrinə toxunan İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(012)-7184/2017 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X11 X30 ilə qardaş-bacı olması faktının müəyyən edilməsi barədə ərizə baxılmamış saxlanılmış, X15 ümumi əsaslarla iddia qaldırmaq hüququ izah edilmişdir; -Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(012)-8950/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, JN-696A, KOD 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “X18” ilə Abşeron RİHB-nın Novxanı kəndi üzrə İcra nümayəndəliyi tərəfindən xx xxxx 1999-cu il tarixdə verilmiş V-JQ seriyalı, 343088 nömrəli ölüm haqqında şəhadətnamədəki “X12”nın eyni şəxs olması faktı müəyyən edilmişdir; -Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(012)-1122/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, X11 bacısı X13 qalan mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilmiş, bərpa edilmiş müddətin başlanması qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablanmışdır; -İcra vərəqəsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2018ci il tarixli 2(012)-1122/2018 nömrəli qətnaməsi üzrə xx xxxx 2018-ci il tarixdə icra vərəqəsi verilmiş və həmin tarixli məktubla icra edilməsi üçün Abşeron rayonu 1 saylı notariat ofisinə göndərilmişdir; -Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxx 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 2016-cı il tarixdə ölmüş X17 vərəsəsi qardaşı X24 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsində X17 payına düşən torpaq sahəsindən ibarətdir; -Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)-3317/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(012)-1122/2018 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X11 cavabdehlər İddiaçı və Abşeron rayonu 1 saylı notariat kontoruna qarşı X17 mülkiyyətində olmuş ünvan 2 saylı ünvanda yerləşən 0.08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli həyət evinə onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası rədd edilmişdir; -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə xx xxxx 2018-ci il tarixdə X18 və X11 adına qeydiyyata alınmışdır; -Abşeron rayon Qeydiyyat şöbəsinin xx xxxx 2017-ci il tarixli AZ-İ 833613 nömrəli arayışının surətindən görünür ki, X30 xx xxxxxxx 2016-cı il tarixdə ölmüş, xx xxxxxxx 2016-cı il tarixdə bu barədə qeydiyyat aparılmışdır; -Abşeron rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2017-ci il tarixli V-JQ 343088 nömrəli arayışının surətindən görünür ki, X12 xx xxxx 1999-cu il tarixdə ölmüş, xx xxxx 1999-cu il tarixdə bu barədə qeydiyyat aparılmışdır; -Abşeron rayon Qeydiyyat şöbəsinin xx xxxxxxx 2016-cı il tarixli 1213 nömrəli arayışından görünür ki, 1952-ci ildən 1999-cu ilədək Abşeron rayonu üzrə arxiv məlumatları yoxlanılarkən X12 barəsində həmin şöbədə nikah haqqında akt qeydi aşkar olunmamışdır; -Abşeron rayonu Novxanı bələdiyyəsinin xx xxx 2019-cu il tarixli 122 nömrəli arayışının surətindən görünür ki, X11 Novxanı kəndi əvvəlki adı (Y.Məmmədəliyev) küçəsi hal-hazırkı adı N.Kəsəmənli küçəsində mülkiyyətində 0.08 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinin 2018-2019-cu illər üçün torpaq vergisini ödəmişdir, xx.xx.2019-cu il tarixə borcu yoxdur; -Abşeron rayon İHB-nın Novxanı İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2017-ci il tarixli 1162 nömrəli arayışından görünür ki, mərhumə X12 ölən gününə kimi qardaşı oğlu İddiaçı himayəsində yaşamışdır və dəfn xərclərini İddiaçı çəkmişdir; -Abşeron rayon İHB-nın Novxanı İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2017-ci il tarixli 1163 nömrəli arayışından görünür ki, mərhumə X30 ölən gününə kimi dayısı oğlu İddiaçı himayəsində ünvan 1ində yaşamışdır, dəfn xərclərini İddiaçı çəkmişdir; -Abşeron rayonu Novxanı bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli 169 nömrəli arayışından görünür ki, İddiaçı bibisi qızı mərhum X2 yarıtikili evinin tikintisinin başa çatdırılmasında, xəstə olduğu müddətdə, həmçinin ölümündən sonrakı dəfn mərasimi ilə bağlı bütün xərcləri özü çəkmişdir; -Abşeron rayon İHB-nın Novxanı İƏD üzrə nümayəndəsinin xx xxxxxxxx 2017-ci il tarixli 1888 nömrəli arayışından görünür ki, mərhumə X17 bacı-qardaşı və övladı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə xx xxxx 2018-ci il tarixdə X30 və X9 adına qeydiyyata alınmışdır. Abşeron rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2017-ci il tarixli V-JQ 343088 nömrəli arayışına əsasən X12 xx xxxx 1999-cu il tarixdə, X30 xx xxxxxxx 2016-cı il tarixdə ölmüşlər. Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxx 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx xxxxxxx 2016-cı il tarixdə ölmüş X17 vərəsəsi X11 X17 payına düşən miras əmlakdan - ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən tam hissədə irs almalı olması müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə xx xxxx 2018ci il tarixdə X18 və X11 adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı həmin şəhadətnamə və çıxarışı mübahisələndirərək ləğv olunması ilə bağlı, X24 isə xx xxxxxxx 2016-cı ildə vəfat etmiş X17 qanuni vərəsəsi kimi tanınması ilə bağlı iddia qaldırmışlar. Məhkəmə İddiaçı iddia tələbi üzrə ləğv olunmasını tələb etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və onun əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bağlı qeyd edir ki, cavabdeh X11 ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(012)-7184/2017 nömrəli qətnaməsi ilə onun X17 qardaşı olması faktı müəyyən edilmiş, habelə, Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(012)-1122/2018 nömrəli qətnaməsi ilə X11 bacısı X13 qalan mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilmiş, bərpa edilmiş müddətin başlanması qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablanmışdır. Birinci qətnamənin xx xxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini alması barədə qeydiyyat aparılaraq hakim tərəfindən imza və möhürlə təsdiq edilmiş, ikinci qətnamə üzrə isə xx xxxx 2018-ci il tarixdə icra vərəqəsi verilmiş və həmin tarixli məktubla icra edilməsi üçün Abşeron rayonu 1 saylı notariat ofisinə göndərilmişdir. Bundan sonra, Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxx 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx xxxxxxx 2016-cı il tarixdə ölmüş X17 vərəsəsi qardaşı X11 miras əmlakdan tam hissədə irs almalı olduğu qeyd edilərək ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsində X17 payına düşən torpaq sahəsindən ibarət miras əmlaka X11 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnamə əsasında ünvan 1indəki 0.08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə xx xxxx 2018-ci il tarixdə X24 və X9 adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyetri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün tələb olunan əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutlardan biri də mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətidir. Məlum olduğu kimi, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə məhz məhkəmə qətnamələrinin icrası qaydasında, qətnamələr əsasında verilmişdir. Hansı ki, bu şəhadətnamənin verilməsinə əsas olmuş ilkin sənədlər - Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(012)-7184/2017 nömrəli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)-4184/2018 nömrəli qərardadı ilə ləğv edilmiş, X11 X30 ilə qardaş-bacı olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış, Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(012)-1122/2018 nömrəli qətnaməsi isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)-3317/2018 nömrəli qətnaməsi ilə ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X11 cavabdehlər İddiaçı və Abşeron rayonu 1 saylı notariat kontoruna qarşı X17 mülkiyyətində olmuş ünvan 2 saylı ünvanda yerləşən 0.08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli həyət evinə onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardad və qətnaməsi isə ləğv olunmamış, qanunu qüvvəsini almışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, baxmayaraq ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə o zamankı dövr üçün hələ ləğv olunmamış məhkəmə qətnamələrinin icrası qaydasında verilmişdi, həmin vaxt notarius tərəfindən miras qoyanın digər vərəsələrinin dairəsi yoxlanılmamışdır. Hansı ki, verilmiş şəhadətnamənin hazırda İddiaçı maraqlarına toxunduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İstinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi andan etibarsız hesab olunmalıdır. Məhkəmə burada zəruri olaraq qeyd edir ki, işin faktiki hallarına uyğun olaraq və qanunvericilikdə nəzərdə tutulduğu kimi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab oluna bilər, hüquqi nəticə olaraq şəhadətnamə ləğv edilə bilməz. Baxmayaraq ki, İddiaçı iddia tələbində həmin şəhadətnamənin ləğv edilməsi tələbini qoymuşdur, məhkəmə hesab edir ki, tələbin həmin qaydada qoyulması iddianın qeyd olunan hissədə təmin edilməsinə maneə deyildir, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli olması Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə uyğundur, müstəsna hal kimi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, nə qədər ki, xx xxxx 2018-ci il tarixdə X18 və X11 adına qeydiyyata alınmış daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş xx xxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilmişdir və məhkəmə yuxarıda qeyd edilən əsaslarla həmin şəhadətnamənin etibarsız hesab edilməli olduğu barədə hüquqi nəticəyə gəlmişdir, o zaman onun əsasında verilmiş sənəd, konkret olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədə qala bilməz, ləğv edilməli, bununla da iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə üçüncü şəxs X11 iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci hissəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında mənzil-istismar sahələrinin arayışı, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış müvafiq notariat orqanına təqdim edilməlidir. Göründüyü kimi, iddiaçı X24 mübahisənin həlli ilə bağlı aidiyyəti notariat ofisinə müraciət etmədən hazırkı iddia ərizəai ilə məhkəmə müraciət etmişdir. Məhkəmə isə işin faktiki hallarını nəzərə alaraq, iddia tələbinə baxaraq mahiyyəti üzrə qətnamə çıxarılmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, yuxarıda istinad olunan apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadı ilə müəyyən edilmişdir ki, X11 X17 qardaşı olması faktının müəyyən edilməsi ilə bağlı ərizəsinə dair iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X27 mübahisəli faktın təsdiqini mübahisələndirmiş, bununla da, xüsusi icraat qaydasında işə baxılması zamanı məhkəməyə aid hüquq haqqında mübahisənin olması müəyyən edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, X11 Abşeron Rayon Məhkəməsində baxılmış 2(012)-1122/2018 nömrəli iş üzrə iddianı qaldırmasına əsas olmuş məhkəmə qətnaməsi ləğv olunaraq, onun ərizəsi baxılmamış saxlanıldığından, həmin iddiaçı hazırkı iddia tələbinə münasibətdə subyektiv hüququnu itirmişdir. Bununla da, iddiaçı X24 artıq tələb etmək hüququnu itirdiyindən (subyektiv hüququnu), 2(012)-1122/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnamə ləğv edilmiş və iddiaçı X11 cavabdehlər İddiaçı və Abşeron rayonu 1 saylı notariat kontoruna qarşı X17 mülkiyyətində olmuş ünvan 2 saylı ünvanda yerləşən 0.08 ha torpaq sahəsində yerləşən bir mərtəbəli həyət evinə onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı ilə gəldiyi hüquqi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələb edilən əmlaka münasibətdə X11 miras qoyan X17 qanun üzrə vərəsəsi hesab olunmasına əsas olacaq hər hansı sübut müəyyən edilməmişdir, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bu halı istisna edir. X11 miras qoyan şəxsin qanun üzrə vərəsəsi hesab olunmasına əsas olacaq sübutlar yoxdur, onların qohumluq münasibətləri müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməməlidir. Məhkəmə cavabdeh, eyni zamanda üçüncü şəxsin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri ilə bağlı qeyd edir ki, mübahisə üzrə gəlinmiş nəticəyə uyğun olaraq şahidlərin ifadələrində qeyd edilənlər iddianın təmin edilməsi barədə nəticəyə gəlinməsinə əsas vermir, ona görə nəzərə alınmır. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarına və istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən belə qənaətə gəlir ki, İddiaçı iddia tələbi əsaslı hesab olunaraq təmin edilməli, müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən tələb olunmadığına görə məhkəmə xərclərinə aid olan, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. İnsan hüquqlarının və X21 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddia tələbi təmin edilsin. ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxx 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 2V-69 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin torpaq sahəsinə aid Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 “xx xxxxxxx 2016-cı ildə vəfat etmiş X17 qanuni vərəsəsi kimi tanınmağı” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar