Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-922/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, cərimə pulunun silinməsi» tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00700 olan sayğaca görə qanunsuz olaraq ona hesablanmış 3868,30 manat cərimənin tutulmasına dair tərtib edilmiş 14.04.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında fərdi yaşayış evində İddiaçı adına olan abonent kodu **********00700 qaz sayğacından istifadə edir. 14.04.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 3963 manat dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin borc məbləğindən 100 manat ödəniş ödədikdən sonra, qalan borc məbləği 3868,30 manat təşkil edir. Həmin akta əsasən, qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, iddiaçıya məxsus qaz sayğacı evin çöl tərəfində, hasarın üzərində yerləşdirilmişdir. Qonşunun iri buynuzlu mal-qarası iddiaçıya məxsus qaz sayğacını yararsız hala gətirmişdir. İddiaçı da həmin gün Cavabdeh əməkdaşlarına bununla bağlı məlumat verərək, yeni qaz sayğacının quraşdırılmasını istəmişdir. Əməkdaşlar isə iddiaçıya müvəqqəti olaraq sayğacdan kənar təbii qazdan istifadə etməyi tövsiyə etmişlər. Onlara sayğacdan kənar təbii qazdan istifadənin gələcəkdə problem yaradacağını bildirdikdə isə, abonentin saldosunda göstərilən cihazlar (4 gözlü qaz plitəsi, qızdırıcı radiator peçi) əsasında borc məbləğinin hesablanacağını demişlər. 3 ay bundan əvvəl isə əməkdaşlar tərəfindən mexanika sayğac quraşdırılmışdır. Qeyd etdiklərindən göründüyü kimi “Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş borc məbləği əsassızdır və ləğv olunmalıdır. Bu səbəbdən də Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş 14.04.2020-ci il tarixli ******* saylı akt Cavabdeh tərəfindən ləğv edilməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, iddiaçının 2017-ci ilin noyabr ayında 172 manat borcu olmuşdur. 2019-ci ildən isə 748 manat debitor borcu yaranmışdır. İddiaçıya dəfələrlə akt tərtib olunub və sayğacdan kənar istfadəyə görə yazılmışdır. Hazırda iddiaçıya hesablanmış borcun 912 manatı sayğacdan kənar istifadəyə görə, digər məbləğlər isə debitor borcudur. Onlar 1279 kub metr qaz sərfiyyatının hər kubmetrini 20 qəpikdən hesablanmışlar. Vətəndaşın adına elekton bazada yalnız bir akt aşkar edilmişdir. 3868,30 manat məbləğində borc sərfiyyata görə yox, kənar istifdəyə görədir. Qeyd olunanlara əsasən, o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14.04.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış abonent kodu **********00700 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmış, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabata görə itirilmiş qaz sərfiyatı 1279 m3 olmaqla 127 manat 90 qəpik abonentə cərimə hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, 2020-ci ilin onuncu ayı da daxil olmaqla İddiaçı ümumilikdə 3868,30 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Bel ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulduğiuna görə barəsində14.04.2020-ci il tarixli ******* saylı akt tərtib olunmuş, itirilmiş qaz sərfiyatı 1279 m3 hesablanmaqla 127 manat 90 qəpik İddiaçı cərimə olunmuşdur.Bu fakltın mövcudluğu məhkəmə iclasında Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsinin nümayəndəsinin izahatı ilə də təstiqini tapır. Ona görə də məhkəmə işin faktiki hallarına istinad edərək hesab edir ki, abonent tərəfindən Cavabdehnə qanunzuz qoşulma nəticəsində 127 manat 90 qəpik ziyan vurulduğundan həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin 127 manatdan əlavə hesablanmış digər borcların bir hissəsinin debitot, bir hissəsinin isə sayğacdan kənar borc olması barədə Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsinin məhkəmədə verdiyi izahatı digər sübutlarla təstiqini tapmamış, halbuki bununla bağlı Cavabdeh» İstehsalat Birliyi AR MPM-in 77.1-ci maddəsinə əsasən sübutlar təqdim etmək vəzifəsi daşıdığı halda bunu edə bilmədiklərinə görə məhkəmə hesab edir ki,iddia tələbi digər borclara nisbətdə təmin edilməli və həmin borclar silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi normada sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00700 olan sayğaca görə hesablanmış 3868,30 manatdan 127 manat 90 qəpik saxlanılmaqla digər borclar silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-922/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-922/2021
26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver