Məhkəmə qərarları › İş №2(012)-938/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-938/2022

01.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-938/2022 01.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1252A nömrəli Kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “Ərizəçi2” oğluna məxsus olması və təsərrüfatbaşına kitabda “Ərizəçi1” və “Ərizəçi2” oğlunun eyni şəxs olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi2 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsi JN-1252A nömrəli, Kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qurumun 03.12.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, JN-1252A nömrəli torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin soyadı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN- 1252A nömrəli şəhadətnamədə hüquq sahibi “X3” göstərildiyi halda şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” kimi qeyd edildiyi aşkar edilmişdir. Əlavə olaraq onuda qeyd edir ki, ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin 03.12.2021-ci il tarixli məktubunda, bundan başqada təsərrüfatbaşına kitabın vərəqinin təsdiq olunmuş surətində hüquq sahiblərinin soyadına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, vərəqin təsdiq olunmuş surətində hüquq sahibi “X2”, “X4” kimi göstərilsədə şəxsiyyəti təsdiq edən sənəddə isə “Ərizəçi1”, “Ərizəçi2” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən də, JN-1252A nömrəli, Kod 30800118 olan torpağm mülkiyyətə verilməsinə dair şəhadətnamənin “Ərizəçi2 " oğluna məxsus olması və təsərrüfatbaşına kitabda “Ərizəçi1” və “Ərizəçi2” oğlunun eyni şəxs olmaları faktının məhkəmə qaydası ilə müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Digər Ərizəçi1 və ərizəçilərin nümayəndəsi X5 məhkəmədə Ərizəçi2 izahatına uyğun izahat verdi. Məhkəmə Ərizəçi2 dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən edilir ərizəçilər Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinin tələbinə əməl etmədən, birbaşa məhkəməyə müraciət etmişlər. Ona görə də yuxarıda qeyd olunan qnunvericiliyin tələbinə görə ərizəçilər ilk olaraq lazımi sənədləri ala bilmək üçün JN- 1252A nömrəli Kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırkı hüquqi varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsi, barədə müraciət etməli, həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsindən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsindən imtinasını aldıqdan sonra məhkəməyə müraciət etməlidirlər. Lakin, iş materiallarında ərizəçilər tərəfindən lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən orqana müraciətin və müvafiq cavabın alınması barədə heç bir sübut mövcud deyildir. Belə olan halda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar