Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-94/2024 09.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2/7 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evin həyətində mübahisəli su hovuzunun yarısı onun, yarısı isə cavabdehin torpağına düşür. Qeyd edilən su hovuzu əslində Bələdiyyə tərəfindən torpaq sahəsi kimi ona verilmişdir. Onunla cavabdehin arasında həmin torpaq sahəsinin bir hissəsindən istifadə üzrə mübahisə vardır. Cavabdehlər bacı-qardaşdırlar. Evin sahibi Cavabdeh2dır, lakin həmin evdə qardaşı Cavabdeh1 yaşayır. Dəfələrlə Cavabdeh1 xəbərdarlıq edilsə də, cavabdeh oranı öz mülkiyyəti kimi tam olaraq zəbt edib, içəridə hamam və s. tikililər inşa etmişdir. Onun həmin əraziyə girişi bağlanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********16 nömrə ilə qeyd olunan, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2017-ci il tarixdə 1450 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş qanunsuz tikililərin onların hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, habelə onun vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etmədilər və bildirdilər ki, əvvəllər də bu mübahisə məhkəmə qaydasında araşdırılmış və məhkəmə qaydasında öz həllini tapmışdır. Buna görə də işin icraatına xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0292 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdırş onun adına A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan RX ******* saylı, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədəki 0,0094 ha torpaq sahəsində yerləşən 2/7 saylı ev İddiaçı mükiyyətindədir. Evə dair onun adına xx.xx.2013cü il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi, 23 saylı ev və onun yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. Evə dair onun adına xx.xx.2017-ci il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-55/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 3636/2021 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-55/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-8296/2023 saylı mütəxəssis rəyindən görünür ki, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0292 ha torpaq sahəsinin naturada öz yerində olduğu, lakin 7.0 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi, 23 saylı evin yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi naturada öz yerində olduğu, lakin 7.0 kv.m hissəsinin iddiaçının sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Qeyd edilir ki, Texniki pasportda torpaq sahəsi 0.0217 ha, fərdi evin tikintialtı sahəsi 181.0 kv.metrdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0292 ha torpaq sahəsi RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi, 23 saylı evin yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi kəsişir, cavabdehin texpasportundakı 7.8.9 yerləşkələrinin bir hissəsi ilə 7.0 kv.m Cavabdeh2 məxsus **********71-10301) reyestr nömrəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bələdiyyə torpaqları üzərində yerləşir. Mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0292 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və ya Cavabdeh2 torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 7.0 kv.m-dir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6072 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-8296/2023 nömrəli mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0292 ha torpaq sahəsinin naturada öz yerində olduğu, lakin 7.0 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi, 23 saylı evin yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi naturada öz yerində olduğu, lakin 7.0 kv.m hissəsinin iddiaçının sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Qeyd edilir ki, texniki pasportda torpaq sahəsi 0.0217 ha, fərdi evin tikintialtı sahəsi 181.0 kv.metrdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0292 ha torpaq sahəsi RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi, 23 saylı evin yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi kəsişir, cavabdehin texpasportundakı 7.8.9 yerləşkələrinin bir hissəsi ilə 7.0 kv.m Cavabdeh2 məxsus **********71-10301) reyestr nömrəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bələdiyyə torpaqları üzərində yerləşir. Mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0292 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və ya Cavabdeh2 torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 7.0 kv.m-dir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2/-332/2-6842/2024 saylı mütəxəssis rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədəki 2/7 saylı evin yerləşdiyi 0.0094 ha torpaq sahəsi naturada öz yerindədir. xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədəki 2/7 saylı evin yerləşdiyi 0.0094 ha torpaq sahəsi ilə RX 1203163, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri Q.Qarayev küçəsi 23 saylı evin yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi hər hansı hissədə kəsişmir. xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədəki 2/7 saylı evin yerləşdiyi 0.0094 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və ya Cavabdeh2 tərəfindən istifadə edilmir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/4433 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2/- 332/2-6842/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədəki 2/7 saylı evin yerləşdiyi 0.0094 ha torpaq sahəsi naturada öz yerindədir. xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədəki 2/7 saylı evin yerləşdiyi 0.0094 ha torpaq sahəsi ilə RX 1203163, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri Q.Qarayev küçəsi 23 saylı evin yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi hər hansı hissədə kəsişmir. xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədəki 2/7 saylı evin yerləşdiyi 0.0094 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və ya Cavabdeh2 tərəfindən istifadə edilmir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0292 ha torpaq sahəsinin naturada öz yerində olduğu, lakin 7.0 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Mütəxəssis və ekspertiza rəylərinə əsasən, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi, 23 saylı evin yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi naturada öz yerində olduğu, lakin 7.0 kv.m hissəsinin iddiaçının sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0292 ha torpaq sahəsi RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi, 23 saylı evin yerləşdiyi 0.0181 ha həyətyanı torpaq sahəsi ilə kəsişir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunur ki, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 185232 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0292 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və ya Cavabdeh2 torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 7.0 kv.m-dir. İddiaçıya məxsus hüquq müəyyənedici sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlaka (zəbt edilmiş hissəyə) dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Mübahisəli 7 kv.metr torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması və orada qanunsuz tikililərin mövcudluğu iş materialları ilə, habelə mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Bununla belə, iddianın bütün torpaq sahəsini (0,292 ha) cavabdehlərin zəbt etməsi və oradan çıxarılmaları hissəsi iş materialları ilə təsdiq olunmadığından iddianın bütünlüklə təmin edilməsi mümkün deyildir. Məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüquqlarının cəmi 7 kv.metr hissədə pozulması öz təsdiqini tapır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********16 nömrə ilə qeyd olunan, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsinin 7 kv.metrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunmuş tikililər onların hesabına sökülməli və həmin ölçüdə torpaq sahəsi iddiaçıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mübahisəli torpaq sahəsinə dair daha əvvəllər məhkəmə aktlarının olması və hazırki işə bu əsasla xitam verilməsi barədə cavabdehlərin dəlilləri əsassızdır. Belə ki, işdə olan qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 55/2021 saylı qətnaməsindən görünür ki, orada mübahisə üzrə tərəflər iddiaçı və cavabdehlərin mərhum atası V.Q.Tağıyev olmuşdur. Həmin aktın qəbulundan 3 ilə yaxın müddət keçmişdir və bu müddət ərzində cavabdehlər tərəfindən ekspert rəyində göstərilən ölçüdə torpaq sahəsinin zəbt edilməsi mümkündür. Buna görə də məhkəmə hazırki mübahisəni mahiyyəti üzrə araşdırmış və yuxarıda göstərilən qaydada hüquq pozuntusunun olmasını müəyyənləşdirmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsinin 7 kv.metrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunmuş tikililər onların hesabına sökülsün və həmin ölçüdə torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş cəmi 190 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan cəmi 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-94/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-94/2024
09.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver