Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-944/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı-nin cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, qonşusu 12 saylı mənzilə aid olan **********110 abonent kodu və 34927884 müqavilə nömrəsinin onun 11 saylı mənzili ilə hər hansı əlaqəsinin tamamilə kəsilməsini və 12 saylı mənzilə aid edilməsi, qonşunun borcu əsasında formalaşmış 1111.16 (bir yüz on bir manat on altı qəpik) AZN məbləğində borcun onun ünvanından silinərək, həqiqi sahibinin adına yönləndirilməsi, cavabdeh tərəfindən 6 il müddətində qanunla üzərinə düşən vəzifələrini icra etməməsi, dəfələrlə müraciətinin nəticəsiz qalması kimi hallar onda stres, əsəb pozuntusu, ümidsizlik, çarəsizlik hissi kimi əlamətlər yaratması səbəbindən keçiridiyi mənəvi sarsıntılar nəticəsində dəymiş mənəvi zərərə görə 2000 (iki min)AZN məbləğində pulun ödənilməsinə dair qətnamə çıxarmağınızı xahiş edir. Hazırki iş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia üzrə müəyyən sübutların əldə edilməsi və məhkəməyə təqdim edilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov