Məhkəmə qərarları › İş №2(012)-945/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-945/2021

26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-945/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi,, İddiaçının vəkili-nümayəndəsi Eyvazov Fərid Sehran oğlunun iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh məlumat verilmiş, lakin məlum olmuşdur ki, o, 10.05.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili bu məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, elektron portaldan çıxarışdan müəyyən edilir ki, Cavabdeh 10 may 2020-ci il il tarixdə ölmüşdür. İddiaçı hazırkı iddia ərizəsi ilə 04. Noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərkən cavabdeh artıq ölmüşdü.İşin məhkəmə baxışında isə iddiaçı cavabdehə münasibətdə iddiaya cavab verməli olan şəxsi dəqiqləşdirməmişdir. Hazırkı halda ölən cavabdehə qarşı iddia qaldırılması qanunla istisna olunur. MPM-nin 259.0.12.maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən məhkəməyə müraciət edə bilər Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar