Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-945/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz hesabat sayğacının sərfiyyatına görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qaz hesabat sayğacının sərfiyyatına görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli akta görə onun adına hesablanmış 710 (yeddi yüz on) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci tarixli akta əsasında onun adına ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində cərimə yazılmışdır. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktdan onun yeni xəbəri olmuşdur. 2 ildir ki, ona akt barədə heç bir məlumat verilməmişdir. Aktın tərtib edilməsinə səbəb kənar xətlə təbii qazdan istifadə edilməsi olmuşdur. Ona nə üçün həmin vaxt xəbər verilməməsi maraqlıdır. 2 il müddət keçdikdən sonra ondan guya kənar xətdən istifadə etdiyinə görə 710 (yeddi yüz on) manat məbləğində əsassız şəkildə pul tələb olunur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci tarixli akt ilə qəti şəkildə razılaşmadığı üçün məhkəməyə müraciət edərək, həmin aktın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ‘‘Azəriqaz'’ İstehsalat Birliyi tərəfindən müəyyən edilmiş ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində cərimə pulu əsassız olduğu üçün silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********00471) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman rezin şlanqla sayğacdan kənar xətlə təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Rezin şlanqla sayğacdan kənar xəttin ləğv edilməsi və dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı Cavabdeh əməkdaşları ilə birlikdə imzalamışdır. Mülki iş materiallarında olan Abonent saldosundan görünür ki, abonent kodu **********00471 olan, ailə tərkibi 4 nəfər olan İddiaçı - Abşeron rayonu, X1 - 28 may qəsəbəsi, 1-ci küçə, ev 47 ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4T Smart markalı **********868 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu noyabr 2022-ci il tarixinə 820 manat cərimə borcu hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən müəyyən edilir ki, Qaz işlədicilərindən QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. (1.5x24x90=3240 m3 0.8x24x90=1728 m3 1.5x24x90=3240 m3), cəmi 8208 m3. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Rezin şlanqla sayğacdan kənar xəttin ləğv edilməsi və dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı Cavabdeh əməkdaşları ilə birlikdə imzalamışdır. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1.5x24x90=3240 m3 0.8x24x90=1728 m3 1.5x24x90=3240 m3), cəmi 8208 m3 (820,8 manat) 90 gün üçün əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan abonentin saldosundan görünür ki, abunə kodu **********00471 olan ünvan üzrə xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 820,8 manat borc hesablanmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qazdan qeyri-qanuni istifadə etmədiyini bildirmişdir. Məhkəmə cərimənin məbləğinin müvafiq olaraq üç aylıq müddət üçün deyil, cərimə məbləğinin 1/3 hissəsini təşkil edən bir aylıq cəriməni 273.60 manat götürülməklə cərimə borcunun məbləğindən 547,20 manat silinməsi nəticəsinə gəlməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********00471) dair hesablanmış 547,20 manat cərimə borcu silinməli, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh İB-dən tutulub dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən evdə abunə kodu **********00471 olan ünvan üzrə xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimə borcunun 547,20 manat hissəsi silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-945/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-945/2023
06.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver