Məhkəmə qərarları › İş №2(012)-953/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-953/2022

15.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-953/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 15 fevral 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcraiyyə Komitəsinin 257 nömrəli 14 iyun 1989-cu il tarixli qərarı əsasında Abşeron rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 9032 reyestrli qeydiyyat vəsiqəsinin 1926-cı il təvəllüdlü X7 (AZE 04436861, 18.04.2006-cı iidə Abşeron RPŞ tərəfindən veriimiş) məxsus oiması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 09 noyabr 1960-cı il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı X10 25 aprel 2012-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı X3 miras qalmış əmlaka dair müraciəti ilə bağlı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzinin notariat ofisində vərəsələr sırasına daxil edilmişdir. Daha sonra, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. 02.11.2021-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən verilən cavabda göstərilmişdir ki, qeyd edilən mənzilə dair Abşeron rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 9032 reyestr qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən hüquq sahibinin adı arasında uyğunsuzluq vardır. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi X9 göstərilsə də, ölüm haqqında şəhadətnamədə X2 qeyd ediimişdir. Bununia bağlı, ərizənin icrasından imtina edilmişdir. Mərhum həyat yoldaşının doğum haqqında, nikah, ölüm haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqəsində və digər bütün sənədlərində adı X10 olaraq qeyd edilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və mən həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1941-ci ildə Xızı rayonu, Giləzi kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan 04436861 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X10 XX.XX.1926-cı ildə Xızı rayonu, Giləzi kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 05.03.1926-cı ildə doğulmuş, atası X15, anası X12r. Mülki iş materiallarında olan evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X4 arasında 09.11.1960-cı il tarixdə rəsmi nikah bağlanmış, arvada Cəfərova soyadı verilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon Ceyranbatan İcra Nümayəndəliyi tərəfindən 25.10.2021-ci il tarixdə verilmiş AZ-İİ № 227287 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 25.04.2012ci ildə Abşeron rayon, Ceyranbatan qəsəbəsində vəfat etmişdir. Mülki işin materiallarında olan Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 26.10.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Sumqayıt “ASAN” xidmət mərkəzində notariat ofisinə 25.04.2021-ci ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair Ərizəçi müraciət etmiş və vərəsələr sırasına daxil edilmişdir. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Ceyranbatan qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən 15.11.2021-ci il tarixdə verilmiş 772 nömrəli arayışdan görünür ki, X10 vəfat edənə qədər, yəni 25 aprel 2012-ci ilə qədər Abşeron Rayon Ceyranbatan qəsəbəsi Xətai küçəsi ev 8, mənzil 8-də yaşamışdır. Mərkəzi Texniki- İnventarlaşdırma Bürosunun 14 iyun 1989-cu il tarixli Qeydiyyat vəsiqəsi Reyestr kitabının, №9032-da adı qeyd olunan X9, həqiqətən də X8r. Mülki iş materiallarında olan Abşeron rayonlararası texniki inventarlaşdırma bürosu qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Xətai küçəsində yerləşən 4 yaşayış otaqlı sahəsi 51.8 kv.m, köməkçi sahəsi 28.0 kv.m ibarət olan ev 8, mənzil 8 yaşayış evi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 257 nömrəli 14.06.1989-cu il tarixli qərarı ilə X5 adına 9032 nömrəli reyestr kitabında qeydə alınmışdır. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X6 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 02.11.2021-ci il tarixli **********68 nömrəli bildirişdən görünür ki, Abşeron rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 9032 reyestr qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən hüquq sahibinin adı arasında uyğunsuzluq var. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X9” göstərilsə də, ölüm haqqında şəhadətnamədə “X10” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, Abşeron rayon İcraiyyə Komitəsinin 257 nömrəli 14 iyun 1989-cu il tarixli qərarı əsasında Abşeron rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 9032 reyestrli qeydiyyat vəsiqəsində X1 qeyd edilən şəxsin 05.03.1926-cı il tarixdə anadan olmuş X10 olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Abşeron rayon İcraiyyə Komitəsinin 257 nömrəli 14 iyun 1989-cu il tarixli qərarı əsasında Abşeron rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 9032 reyestrli qeydiyyat vəsiqəsinin 05.03.1926-cı il tarixdə anadan olmuş X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon İcraiyyə Komitəsinin 257 nömrəli 14 iyun 1989-cu il tarixli qərarı əsasında Abşeron rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 9032 reyestrli qeydiyyat vəsiqəsinin 05.03.1926-cı il tarixdə anadan olmuş X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar