Məhkəmə qərarları › İş №2(012)-965/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-965/2024

15.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-965/2024 15.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və zərərin silinməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və zərərin silinməsi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin Abşeron rayonu üzrə qaz İdarəsinin 30 dekabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və ona qarşı tətbiq edilən 5702,40 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh İB-yə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh İB-nin nümayəndəsi iddia ərizəsinə etiraz ünvanlamışdır. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı Azəriqaz” İB-nin cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi tələbi ilə bağlı 2(012)-780/2024 saylı mülki iş vardır. Həmin iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri arasında bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş daha əvvəl icraata götürülmüş 2(012)-780/2024 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın etibarsız hesab edilməsi və zərərin silinməsi tələbinə dair 2(012)-965/2024 saylı mülki iş iddiaçı Azəriqaz” İB-nin cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi tələbi ilə bağlı 2(012)-780/2024 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar