Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-966/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən daşınmaz əmlaka aid (abonent kodu: **********47050) sayğaca qanunsuz hesablanmış 1036,80 manat borcdan qalan 991,30 manat borcun silinməsi və həmin borca görə onun hesabından çıxılmış 45,50 manat pul vəsaitinin geri qaytarılması haqqında qətnamə qəbul edilməsini və işdə olan hüquqpozmalarla bağlı Cavabdeh İB-nin həmin əməkdaşları barəsində xüsusi qərardad çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun evi Abşeron rayonu, Saray qəsəbəsində yerləşir. Ona məxsus qaz sayğacının kodu **********47050-dir. Cavabdeh İB ona qanunsuz və əsassız olaraq təbii qazdan istifadə üçün borc hesablamışdır. Qanunsuz olaraq ona yazılmış qaz borcunun məbləği 1036,80 manatdır. Hazırda sözügedən borc məbləği təbii qazdan istifadə etdiyinə görə tutulmalı olan məbləğdən hissə-hissə çıxılır və onun cəmi 991,30 manat borc qalmışdır. Belə ki, Cavabdeh İB əməkdaşları 2023-cü ilin may ayında onun xəbəri olmadan qaz sayğacını söküb aparmışlar. Daha sonra qaz sayğacının istismar vaxtının bitməsi səbəbi ilə onun köhnə sayğacı yenisi ilə əvəz edilmişdir. Həmin borc da məhz bu mərhələdə saxta əsaslarla ona yazılmışdır. İş materiallarına əlavə edilmiş ******* saylı akt cavabdeh orqanın saxtakarlığını açıq şəkildə ortaya qoyur. Belə ki, aktda yazıblar ki, guya onun sayğacında müdaxilə aşkar olunmuşdur və o, aktı imzalamaqdan imtina etmişdir. Halbuki akt onun iştirakı olmadan tərtib edilmişdir və onun həmin aktdan xəbəri olmamışdır. Ancaq akt tərtib olunduqdan bir neçə ay sonra - 2023-cü ilin avqust ayında Cavabdeh İB əməkdaşları tərəfindən ona sayğacda problem olduğu barədə məlumat verilmişdir. Qanunvericiliyin tələbinə görə isə mənzildən kənarda quraşdırılan qaz sayğaclarının salamatlığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət Cavabdeh İBnin üzərinə düşür. Bu praktika Cavabdeh İB-də geniş yayılmışdır, yəni istismar müddətinin bitməsi ilə əlaqədar sayğacları yenisi ilə əvəz edirlər, köhnə sayğacı isə guya laboratoriyada müdaxilə aşkarlanması bəhanəsi ilə külli miqdarda borc yazırlar. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və hesab edir ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Həmçinin özbaşına olaraq yalan məlumatlar yazıb sənədləri saxtalaşdıran həmin qurumun vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi üçün məhkəmə xüsusi qərardad çıxartmalı və baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər verməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı bunu təkzib etsə də onun Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış evinə aid (abonent kodu: **********47050) sayğaca müdaxilə olunmuşdur. Odur ki, o, əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evə quraşdırılmış abonent kodu **********47050 olan sayğaca baxış keçirilən zaman MSK 14-2/3-5- 5490/0-00/ saylı rəyə əsasən qaz itkisi və müdaxilə aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********47050 saylı abunə kodu üzrə sərf olunan təbii qaza görə abonentin 1036,80 manat borcu yaranmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evə (abonent kodu: **********47050) 1036,80 manat borc hesablanmışdır. İddiaçı təbii qazdan istifadə üçün ödədiyi məbləğdən xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 1036,80 manat cərimə borcuna görə 45,50 manat məbləğində pul çıxılmış və nəticədə onun sözügedən akt üzrə 991,30 manat borcu qalmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahatının əsaslarını sübut edə bilməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Əliyev X1 rayonu, Saray qəsəbəsində yerləşən evə (abonent kodu: **********47050) quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1036,80 manat məbləğində hesablanmış cərimə borcundan qalan 991,30 manat məbləğində cərimə silinməli və təbii qazdan istifadə üçün etdiyi ödənişlərdən borca görə tutulmuş 45,50 manat məbləğində pul vəsaiti ona geri qaytarılmalıdır. Bundan başqa məhkəmə tərəfindən Cavabdeh əməlində cinayət əlamətləri aşkar olunmadığından, məhkəmə iddia tələbinin işdə olan hüquqpozmalarla bağlı Cavabdeh İB-nin həmin əməkdaşları barəsində xüsusi qərardad çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hissəsinin təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********47050 olan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 1036,80 manat məbləğində hesablanmış cərimə borcundan qalan 991,30 manat məbləğində cərimə silinsin və təbii qazdan istifadə üçün etdiyi ödənişlərdən həmin borca görə tutulmuş 45,50 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-966/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-966/2024
06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver