Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-971/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivi, 1 saylı fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı əsasında **********00177 nömrəli abunə kodu üzrə əsassız hesablanmış 3060,32 manat elektrik enerjisi istehlakçı borcunun silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı y/massivi, 1 saylı fərdi həyət evində sonuncu sayğac dəyişmələri nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdə mərhum X2nın adına məcburi köçkün ailəsi kimi **********00177 abunə kodu olan elektrik sayğacı quraşdırılmışdır. X2 02 sentyabr 2010-cu ildə vəfat etmişdir. Anasının vəfatından sonra onun ölüm haqqında şəhadətnaməsini "xxxx" ASC-nin Abşeron rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) və aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına, “Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”nə təqdim etmişdir. Elektrik enerjisi sərfiyyatı üzrə istifadə olunan kommunal məbləğlər, dövlət tərəfindən edilmiş güzəştlər nəzərə alınmaqla daima, vaxtlı-vaxtında ödənilmişdir. Təqdim etdiyi ölüm şəhadətnaməsinə əsasən yaşadığı ünvanda elektrik sayğacı üzrə **********00177 kodun adına dəyişdirilməsini xahiş etsə də, bu barədə məlumat verəcəklərini bildirmişlər. 2016-cı ildə "xxxx" ASC-nin Abşeron rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) təkrar bu barədə müraciət edərkən, artıq sərfiyyat qaydasında (mənfi) -3250,11 manat qeydiyyata alındığı bildirilmiş və həmin məbləğin silinəcəyi barədə məlumat verilmişdir. Bundan sonra hər ay işlətdiyi elektrik enerjisi üzrə aylıq çek hesabları təqdim ediləndə, həmin çeklərdə (mənfi) -3250,11 manat barədə heç bir məlumat göstərilməmişdir. Yaşadığı fərdi həyət evi üzərində müvafiq sərəncamlar vermək məqamında, yenidən sayğac üzrə **********00177 kodu adına keçirmək, istifadə olunan kommunal məbləğlər üzrə nəticəni dəqiqləşdimək məqsədilə aidiyyəti üzrə cavabdehə müraciət etdikdə məlum olmuşdur ki, 3060,32 manat borcun, məcburi köçkün limitindən artıq istehlak edilmiş elektrik enerjisi dəyəri borc hesablanmışdır. Cavabdeh müraciəti araşdıraraq cavabında göstərmişdir ki, **********00177 nömrəli abunə kodu üzrə mənzilin elektrik enerjisi hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 3060,32 manat məbləğində borcun məcburi köçkün limitindən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğu müəyyən edilmişdir. Qeyd edilən borc xx.xx.2015-ci il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış verilərkən tələb edilir. Hesab edir ki, cavabdeh tərəfindən verilən cavab əsasızdır. Çünki, mərhum anasının ölüm haqqında şəhadətnaməsini müvafiq icra orqanlarına (Qaçkınkom) təqdim etdiyindən, həmin andan məcburi köçkün kimi limitin (müavinət) ayrılması, lakin aylıq ödənişlər üzrə elektrik enerjisi sərfiyyatındakı qəbzlərdə bu barədə məlumatların verilməməsi və 2016-cı ilin dekabr ayında “-3250,11 manatın qaçqın borcu kimi silinməsi” müraciəti əsasında cavabdeh tərəfindən verilmiş “Abunə haqqında” cədvəldən də bəlli olur. Mübahisənin məhkəmədən kənar şəkildə həlli mümkün olmamışdır. Cavabdeh tərəfindən fərdi həyət evində quraşdırılmış elektrik sayğacı əsasında **********00177 nömrəli abunə kodu üzrə əsassız hesablanmış 3060,32 manat elektrik enerjisi istehlakı borcunun silinməsi barədə, istehlakçı olaraq hüququqlarının pozulması səbəbindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Abonent kodu **********00177 nömrəli, ünvan 1 ünvanında yaşamış X1 görünür ki, ona 3060.32 manat borc hesablanmışdır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, **********00177 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 3060,32 manat məbləğində borcun məcburi köçkün limitindən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğu müəyyən edilmiş, qeyd olunan borc xx.xx.2015-ci il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Göstərilən məbləğin ödənişi yalnız, abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. -Yevlax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 2745 saylı arayışından görünür ki, X6 xx.xx.2010-cu ildə ölmüşdür. -Abşeron RİHB-nın Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 4857 saylı arayışından görünür ki, X6 xx.xx.2010-cu ildə vəfat etmiş, ölən günə kimi oğlu İddiaçı ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı yaşayış massivində məskunlaşmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 4.2-ci bəndinə görə istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent X3 adından silinməsi xahiş edilən borc tələb edilməyən borc kateqoriyasına aiddir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin abonentə hesabladığı 3060,32 manat tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc öz növbəsində əsassız hesab edilərək silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh edilən işin hallarına əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının abunə kodundan silinməsini tələb etdiyi məbləğdə, yəni 3060,32 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********00177 saylı abonent kodu üzrə X4 "xxxx" ASC tərəfindən hesablanmış 3060,32 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-971/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-971/2024
01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver