Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-979/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 14 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx” MMC ilə Maraqlı şəxs arasında bağlanmış 06 May 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbədə sahəsi 87 kv.m olan 2 otaqlı 194 nömrəli mənzilin tikilərək sonuncuya verilməsi nəzərdə tutulub. MMC-yə 34 800 manat pul ödənilməsi barədə ona həmin tarixli maliyyə arayışı verilib. Mənzil müqavilə ilə haqqı ödənilməklə Maraqlı şəxs satılmış, onun tərəfindən təmir edilmişdir. Sonradan "xxxx“ Məhdud Məsuliyyətli Cəmiyyəti adını “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişib. Həmin mənzillə bağlı ‘‘xxxx” MMC-nin keçmiş direktoru Qasım Məmmədov ilə cavabdeh arasında 14 Dekabr 2009-cu il tarixli müqavilə bağlanıb. Lakin Cavabdeh mənzilin ona məxsus olması ilə bağlı MMC-yə heç vaxt müraciət etməmiş, heç bir ödəniş etməmişdir. "xxxx" MMC-nin keçmiş rəhbərliyi barəsində cinayət işi başlanmış və MMC-nin direktoru 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Maraqlı şəxs məxsus mənzillə bağlı həmin cinayət işi üzrə Cavabdeh zərərçəkmiş qismində tanınmamış, Lakin Maraqlı şəxs həmin cinayət işində zərərçəkmiş kimi tanımışdır. Cavabdeh "xxxx" MMC-nin payçısı və üzvü olmamışdır. Adı çəkilən mənzilin Cavabdeh əvvəl Maraqlı şəxs alması sübut edir ki, Cavabdeh adına tərtib edilmiş 14 Dekabr 2009-cu il tarixli müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün yazılmışdır. "xxxx” MMC ilə Cavabdeh arasında 14 Dekabr 2009-cu tarixdə bağlanmış müqavilənin etibardan sui-istifadə edilərək aldatma yolu ilə bağlanması, Cavabdeh MMC-yə heç bir ödəniş etməməsi, saxta alqı-satqı müqavilələrinin tərtib edilməsi, cavabdehin aparılan cinayət işində zərərçəkmiş qismində tanınmaması, müqavilənin və maliyyə arayışının etibarsız əqd olmasının sübut olmasıdır. Digər əqdləri pərdələmək və görünüş məqsədi ilə cavabdehin adına imzası və MMC-nin möhürü ilə təsdiq etdiyi heç bir hüquqi əhəmiyyət daşımayan saxta alqı-satqı müqavilələri tərtib edilib. Əslində "xxxx” MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair 03 Aprel 2008-ci il tarixli müqavilə və maliyyə arayışı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 12 Aprel 2007-ci il tarixli satınalma müqaviləsinə və razılaşmaya əsasən yazılıb. Belə ki, "xxxx” MMC ilə "xxxx” MMC arasınada bağlanmış 12 Aprel 2007-ci il tarixli satınalma müqaviləsinə və razılaşma protokoluna əsasən “xxxx” MMC-nin verəcəyi inşaat PVC qapı, pəncərə məmulatları müqabilində "xxxx” MMC-nin tikdiyi binadan 1536 kv.m olan 15 ədəd, 1 250 000 manat dəyərində mənzilin "xxxx”MMC-nin direktoru Rəşad Məmmədovun təqdim etdiyi siyahıdakı şəxslərin adına yazılması nəzərdə tutulub. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, "xxxx” MMC ilə cavabdeh arasında həmin mənzillə bağlı müqavilə imzalanıb və ödəniş cavabdeh tərəfindən tam şəkildə ödənilib. Cavabdehə qarşı cinayət əməli törədilmədiyindən, habelə onunla bağlanmış müqavilədə qanunsuzluq olmadığından o, cinayət işində zərərçəkmiş şəxs kimi tanınmayıb. Bundan əlavə MMC-nin üzərinə həmin mənzili Cavabdeh istifadəsinə vermək vəzifəsinin qoyulması ilə bağlı məhkəmə qətnaməsi də var. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya da yönəlmişdir. Başqa bir məhkəmə qətnaməsi ilə mübahisəli mənzildən Maraqlı şəxs çıxarılması və mənzilin boşaldılaraq Cavabdeh təhvil verilməsi də qət edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, ünvan 2 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 nömrəli mənzildən X6, ünvan 2 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 nömrəli mənzildən Maraqlı şəxs və ünvan 2 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 nömrəli mənzildən isə X5 çıxarılması və həmin yaşayış sahələrinin boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmçinin işin materiallarında olan məhkəmə qərardadlarına əsasən müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(012)-1470/2013 saylı qətnaməsi ilə "xxxx” MMC-nin üzərinə 14 Dekabr 2009-cu il tarixli və 04 sentyabr 2008-ci il tarixli müqavilələrdən irəli gələn ünvan 2 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 nömrəli,həmin ünvanda 194 saylı mənzil, 192 saylı mənzil və 108 kv.m qeyri - yaşayış sahəsinin ağlabatan qısa müddətdə tikib Cavabdeh təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzilin hazırki iş üzrə cavabdehə təhvil verilməsi ilə bağlı artıq məhkəmə qətnaməsi mövcuddur. Həmin mənzillə bağlı cavabdehlə qanunla müəyyən edilmiş şəkildə müqavilə bağlanmış və onun tərəfindən müqavilə ilə müəyyən edilən məbləğ tam həcmdə ödənilmişdir. Mübahisəli mənzillə bağlı əqdin etibarlılığına əvvəlki məhkəmələrdə hüquqi qiymət verilmişdir. Belə olan halda da əqdin etibarsızlığı mübahisələndirilə bilməz.Həmçinin, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdiriiənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, Mülki Məcəlləsinin 367.1-ci maddəsinin tələbinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 368-ci maddəsinin tələbinə görə, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır Həmin Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 372.2.). Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-979/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-979/2021
14.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver