Məhkəmə qərarları › İş №2(012)-981/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-981/2023

06.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-981/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsasən hesablanmış 1036,80 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Bu yaxınlarda xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri onun evində quraşdırılmış qaz sayğacına baxış keçirmişər. Baxış zamanı Cavabdeh İB-nin nümayəndələri xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Akta-da qeyd etmişlər ki, G-4 markalı, 1702AZ**********36 №-li sayğacın alt dövlət plombu fərqli, üst 2 dövlət plombu şübhəlidir. Bundan sonra Cavabdeh İB-nin nümayəndələri xx.xx.2022-ci il tarixdə ******* saylı təibi qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Aktda sayğacın arxiv hissəsi oxundu Alarım-1 rejimi aşkarlandığını göstərilmişdir. Cavabdeh İB-nin nümayəndələri bu aktı ona təqdim etmədən aktda qeyd etmişlər ki, o, aktdan imtina etmişdir. Nəticə etibarı ilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində itirilmiş qazın hesablanmasına dair qərar qəbul edilmişdir. Qərarda itirilmiş qazın cəmi 8640 m3-göstərilmişdir və 1036,80 manat borc yaranmışdır. Hesab edir ki, onun konstitusiyon hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh İB-nin nümayəndələri sayğacı dəyişəndə, laboratoriyada yoxlayanda onun iştirakını təmin etməliydilər. Bugünədək hazırda qazın kartının balansına nə qədər pul yükləsə də, yüklənən pul məbləğinin 50 faizi silinir. Məsələylə bağlı Cavabdeh İB-nin rəsmi qaydada müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı məxsus ünvana quraşdırılmış sayğac laboratoriyaya aparılmış və kənar qoşulmanın olduğu aşkar edilmişdir. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəh, 25-ci məhəllə, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********12510 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki, sayğacın alt dövlət plombu fərqli, üst 2 dövlət plombu şübhəlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəh, 25-ci məhəllə, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********12510 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki, sayğacın arxiv hissəsi oxunda Alarm 1 rejimi aşkarlanmışdır. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 1036,80 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilərək 1036,80 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, Xırdalan şəh, 25-ci məhəllə, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1036,80 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********12510 olan, Abşeron rayonu, Xırdalan şəh, 25-ci məhəllə, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 1036,80 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar