Məhkəmə qərarları › İş №2(012)-996/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-996/2023

01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-996/2023 01.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq, ona yazılmış 1969 manat cərimə borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, ilkin iddia üzrə İddiaçı iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia üzrə Cavabdehnə vurulmuş zərərin ümumilikdə 1969,92 manat məbləğində və 39,70 manat dövlət rüsumunun pulun cavabdeh İddiaçı məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evinə xx.xx.2022-ci il tarixində qanunsuz olaraq ona məxsus olmayan kənar xəttə görə ******* №-li akt tərtib olunub və ona 1451 manat cərimə hesablanmışdır. Hələ bu azmış kimi, 30 mart 2022-ci il tarixində ******* №-li Aktla əvəzlənmiş sayğacına yalnış rəy verərək, guya sayğacına deşilərək müdaxilə olunmuş və buna görə 518 manat cərimə hesablanmışdır. Halbuki həmin nömrəli aktda da qeyd olunduğu kimi, sayğaca kənar müdaxilə olunmasın deyə vurulan plomb sayğacın üzərində olmuş və sayğac əvəzlənərkən, qaz işçiləri tərəfindən qırılmışdır. 29 iyul 2022-ci il Azəriqaz İB B.RQSD-nin rəisi Zamin Mehrəliyevə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsinə müsbət cavab verilməmişdir. Onlara 1969 manat borc yazılmışdır. O bu cərimənin yazılması ilə razı deyildir. Çünki, heç bir əsası olmadan sözügedən cərimənin səhvən ona yazılması, onun bir vətəndaş kimi, hüquqlarının pozulması deməkdir. Bu səbəbdən Cavabdeh tərəfindən əsassız olaraq ona yazılan 1969 manat cərimə borcu məhkəmə qaydasında silinməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh ilə abonent İddiaçı (bundan sonra - abonent) arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********07940 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1451,52 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 518,40 manat; cəmi 2833,32 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent Saldo¬su üzrə hazırda ümumi olaraq 2238.68 iki miniki yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra abonent İddiaçı (bundan sonra - Cavabdeh) Abşeron Rayon Məhkəməsinə «aktın qanunsuz hesab edilməsi və cərimənin silinməsi»tələbinə dair iddia ərizəsi ilə müraciət edərək “Təbii X3nın pozulması haqqında aktların ləğv edilməsi və 1969.92 (min doqquz yüz altmış doqquz manat doxsan iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda qeyd olunan iddia ərizəsi üzrə 2(012)-6519/2022 saylı mülki iş məhkəmə baxışındadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən“Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən isə “Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir”. Belə ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazıl ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun”. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər. Beləliklə, tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən “zərər” dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən “zərər vurma” öhdəliyin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, "Azəriqaz" İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1 -ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1 -ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Odur ki, abonentin ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə borcun silinməsi tələbi ilə müraciət etməsini, məhkəmə baxışı zamanı izahatında ilkin iddia tələbini müdafiə etməsini, “Təbii X3nın pozulması haqqında” müvafiq aktların tərtib edilməsinə əsas olmuş abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktları özündə təsbitləyən fotoşəkillərin həqiqiliyi məhkəmə baxışı zamanı təsdiq etməsini nəzərə alaraq, qarşılıqlı iddia ərizəsinin verilməsinə zərurətin məhkəmə baxışı zamanı yaranmasını, yəni İddiaçı məhkəmə baxışı zamanı ona verilmiş çoxsaylı suallar nəticəsində onun abonent kodu verilmiş ünvanda həqiqətən də yaşaması faktını təsdiqləməsi, digər tərəfdən onun ilkin verilmiş iddia tələbini müdafiə edərək borcun silinməsini xahiş etməsini nəzərə alaraq, yuxarıda qeyd olunmuş maddi hüquq normalarına istinad edərək, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2ində yerləşən abonent kodu **********07940 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus ünvan 2ində yerləşən abonent kodu **********07940 olan sayğac üzrə Cavabdeh tərəfindən “X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1451,52 manat cərimə edilmişdir. Lakin, təşkilatın nümayəndəsi 1451,52 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (1451,52 : 3 = 483,84 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********07940 olan, ünvan 2ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1451,52 manat borcdan 483,84 manat saxlanılmaqla, qalan borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X3»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa Cavabdeh İB qarşılıqlı iddia ərizəsində xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat məbləğində maddi zərərin dəymiş olduğunu göstərsə də, Cavabdeh İB vətəndaş tərəfindən akt əsasında 863,40 manat məbləğində maddi zərərin dəyməsinə dair sübutlar kifayət qədər olmadığından və bu hal yalnız Cavabdeh İB-nin nümayəndəsinin izahatı ilə təsdiqini tapdığından, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi bu hissədə rədd edilməlidir. Həmçinin iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 518,40 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X3"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "X3"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "X3"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı heç bir məsuliyyət daşımağından 518,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan əlavə Cavabdeh İB qarşılıqlı iddia ərizəsində xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1451,52 manat məbləğində maddi zərərin dəymiş olduğunu göstərmiş, bu hala məhkəmə tərəindən yuxarıda ilkin iddia tələbində qiymət verildiyindən, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1451,52 manat borcdan 483,84 manat saxlanılmaqla, qalan borc silinməlidir. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.5-ci maddəsinə əsaslanaraq hesab edi ki, Cavabdeh tərəfindən ödənilmiş 39,70 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********07940 olan, ünvan 2ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1451,52 manat borcdan 483,84 manat saxlanılmaqla, qalan borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********07940 olan, ünvan 2ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1451,52 manat borcdan 483,84 manat saxlanılmaqla, qalan borc silinsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilsin. Cavabdeh tərəfindən ödənilmiş 39,70 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar