Məhkəmə qərarları › İş №2(013)-1017/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1017/2025

04.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1017/2025 04.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı ona hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən ona hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Ağdam Rayon Paşalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh İB tərəfindən yaşadığı evə qaz sayğacı quraşdırılmış, sərfiyyatına görə sayğacda göstərilən borcları həmişə vaxtında ödəmişdir. 18 avqust 2023-cü ildə cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və sayğacın istismar müddətinin keçməsi ilə bağlı sayğacı dəyişib yenisi ilə əvəz etmişlər. Baxış zamanı sayğaca hər hansı müdaxilə olması aşkar edilməmişdir. Ancaq ərizəsinə əlavə etdiyi 18 avqust 2023-cü il tarixli Aktda sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxmasının aşkar edildiyi göstərilmişdir. Hansıki yuxarıda qeyd edildiyi kimi baxış zamanı bu nasazlıq aşkar edilməmişdir. Abonentin Saldosundan görünür ki, onun adına 2024-cü ilin fevral ayına 777,60 manat əsassız borc yazılmışdır. Halbuki həmin saldodan da göründüyü kimi hər ay qaz sərfiyyatına görə borcları ödəmişdir. Adına yazılmış bu əsassız borca görə Qaz İdarəsinə gedib öz etirazını bildirdikdə ona narahat olmamağını bildirərək məhkəməyə müraciət edərək borcu sildriməyi tövsiyyə etmişlər. Həmin borcun yaranmasında özü və ailə üzvlərinin heç bir təqsiri olmamışdır. Belə ki, sayğaca hər hansı müdaxilə edilməmiş, borcun yaranmasına səbəb olan hər hansı qanunsuz hərəkətlərə yol verməmişlər. Cavabdeh təşkilatın əməkdaşları sayğacı istismar müddətinin keçməsi səbəbəi ilə yenisi ilə əvəz etmişlər. Habelə sayğac həyətyanı sahənin bayır tərəfində, yəni ev sahibi tərəfindən nəzarət edilməsi mümkün olmayan məsafədə quraşdırılmış, ona ev sahibi tərəfindən nəzarət edilməsi mümkün deyildir. Sayğacın müdaxilədən qorunması üçün cavabdeh təşkilat tərəfindən heç bir tədbir görülməmiş, sayğacın üzərinə qutu, korobka və s. quraşdırılmamış, buna görə də sayğaca müdaxilə edilməsinə və ya hər hansı problemin yaranmasına görə məhz cavabdeh təşkilat özü məsuliyyət daşıyır. Göstərdiklərinə əsasən hesablanmış cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, heç vaxt sayğaca müdaxilə etməmişlər. Belə ki, Cavabdeh İB-nin əməkdaşları gəlib sayğaca baxış keçirmiş və bildirmişlər ki, sayğacın istismar müddəti bitib, onu dəyişəcəklər. Sayğacı dəyişib yenisi ilə əvəz etmişlər, həmin sənədə evdə olmadığı üçün həyat yoldaşı imza edib. Sayğaca hər hansı müdaxilə olması barədə ona və ailə üzvlərinə heç nə deyilməmişdir. Lakin sonradan sayğaca müdaxilə olması barədə sənədləşmə aparılıb. Ərazidə olan başqa şəxslərə məxsus sayğaclar da dəyişdirilib, onlara da cərimələr yazılıb. Cavabdeh İB-nə müraciət etmiş, ona bildirmişlər ki, anlaşılmazlıq olub, məhkəməyə müraciət etsin. Ona görə də cərimə məbləğinin silinməsini istəyir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh məhkəməyə nümayəndə göndərməmişdir ki, məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməldir. AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1956-cı il təvəllüdlüdür. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12 yanvar 2023-cü il tarixli, ******* saylı AKTdan görünür ki, İddiaçı evinə quraşdırılmış yeni sayğac ona təhvil verilmişdir. X6 X1 ******* saylı AKT-ın surətindən görünür ki, G-4 markalı, **********9 nömrəli sayğacın membranı hərəkətə gətirən dişli çarx kənar təsir nəticəsində öz oxundan çıxıbdır. X3 Haqqında MSK 14-2-2/3-5-3297/1 saylı AKTın surətindən də görünür ki, sayğaca baxış keçirilmişdir. Sayğacın membranı hərəkətə gətirən dişli çarx kənar təsir nəticəsində öz oxundan çıxdığı aşkar edildi. Sayğac istismara yararsızdır. X4 Dair "Azəriqaz" İB-nin 31 avqust 2023-cü il tarixli Tələbnaməsində göstərilir ki, İddiaçı məxsus sayğac Sənaye və Məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının X3 barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-3297/1 saylı Aktına əsasən G-4 markalı, **********9 №-li sayğacın membranı hərəkətə gətirən dişli çarx kənar təsir nəticəsində öz oxundan çıxmışdır. Abonentin Saldosundan görünür ki, İddiaçı sərf etdiyi yanacağın dəyərini mütəmadi və ardıcıl olaraq ödəmişdir. İddiaçıya 6480 kubmetr qaz itkisinə görə 777.60 manat cərimə hesablanıb /6480 X 12 qəpik = 777.60/. Məhkəmə araşdırması zamanı İddiaçı sayğaca müdaxilə etməsi və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Məhkəmə qeyd edir ki, qaz sayğacı fərdi yaşayış evi üçün həyətdən kənarda quraşdırılmışdır, müvafiq normativ sənədlərə görə həmin sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB-nin müvafiq qurumları təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında Qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçıları müvafiq yazılı göstərişlərə əməl etməli, qurğuları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli, yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli və.s. Qaydaların 4.3-cü bəndinə görə qaz sayğaclar SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, 4.4-cü bəndə görə qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.7 bəndi nəzərdə tuur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirilir. Qaydaların 4.8-ci bəndi nəzərdə tutur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Göründüyü kimi AzəriQaz İB-nin əməkdaşları tərəfindən aparılmış rəsmiləşdirilmələr qanunvericiliyin tələblərinə uyğun aparılmamış, sayğacın açılan vəziyyətini əks etdirən fotoşəkil və.s tərtib edilməmiş, bununla da iddiaçının təqsirli olması sübut olunmur. Bundan başqa Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında yuxarıda qeyd olunan 12 yanvar 2023-cü il tarixli, ******* saylı AKTdan da görünür ki, İddiaçı evinə quraşdırılmış yeni sayğac ona təhvil verilmişdir. Həmin AKTda sayğaca hər hansı müdaxilənin olması barədə hər hansı qeydiyyat aparılmamışdır. Təqdim edilmiş sənədlərdən belə görünür ki, abonent İddiaçı sayğac sökülən vaxta borcu olmamış, ödənişlər vaxtında edilmişdir. Məhkəmə iclasında iddiaçının göstərdiyindən belə məlum oldu ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Məhkəmə qeyd edir ki, sayğaca heç bir kənar müdaxilənin aşkar görünmədiyi belə bir vəziyyətdə sayğacın məhz abonentin müdaxiləsi nəticəsində xarab olmasına dair AzəriQaz İB-yi əməkdaşları tərəfindən göstərilənlər ağlabatan sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, X5 Azərbaycan Respublikası Qanununa görə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı işlə üzrə /kommunal borcun silinməsi iddiaları üzrə/ iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyindən dövlət rüsumu kimi ödənilməli olan 30 manat pul Cavabdehndən tutulub dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı yaşadığı evində qıraşdırılmış sayğaca müdaxiləyə görə hesabladığı 777,60 /yedi yüz yetmiş yeddi manat altmış qəpik/ manat cərimə məbləği silinsin. Dövlət rüsumu kimi ödənilməli olan 30 /otuz/ manat pul Cavabdehndən tutularaq dövlət xeyrinə verilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar