Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1056/2025 07.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi barədə mülki işə 07 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun yaşadığı Ağdam rayonunun Kəlbahüseynli kəndində yerləşən mənzilinə aid elektrik sayğacına görə əsassız yazılmış 1925 (bir min doqquz yüz iyirmi beş) manat 25 (iyirmi beş) qəpik borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü ildə yaşadığı Ağdam rayonunun Kəngərli kəndi işğal olunduqdan sonra rayonunun Kəlbahüseynli kəndində məskunlaşmışdır. Kəlbahüseynli kəndində yaşayış sahəsi müvəqqəti olaraq onun və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. "xxxx" ASC-nin portal sistemində elektrik enrjisinə görə borcunu öyrəndikdə 1925,25 manat olduğu məlum olmuşdur. Cavabdeh tərəfindən yazılmış borcu qanunsuz və əsassız hesab edir. Borcun yazılmasında onun təqsiri yoxdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün qanunsuz borcu ödəyə bilməyəcək. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisndən istifadə Qaydaları»na uyğun olaraq iddiaçının yaşadığı ev xx.xx.2013-cü ildə elektrik sayğacı ilə təmin olunmuş, sonradan həmin ünvanda sayğac xx.xx.2017-ci və xx.xx.2023-cü il tarixlərdə plan üzrə dəyişdirilmişdir. İddiaçı ilə sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi sayğac göstəricisinə uyğun aparılmışdır. İddiaçının abunə haqqında ödəniş və sərfiyyatı haqqında məlumatdan görünür ki, onun hazırda sərf etdiyi elektrik enerjisinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə heç bir borcu yoxdur. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi əsaslandıra bilməmişdir. İddiaçının abunə haqqında ödəniş və sərfiyyatı haqqında məlumatdan görünür ki, iddiaçı xx.xx.2015-ci ildən xx.xx.2025-ci il tarixə kimi 1253,32 manat elektrik enerjisi istifadə etmiş, 472,78 manat məbləğində qaçqın limiti silinmiş, 804 manat məbləğində ödənişi icra etmişdir (1253,32 manat – 472,78 manat - 804,00 manat = -23,45 manat). İddiaçı barəsində sayğaca və ya uçot komplektinə hər hansı müdaxilənin edilməsinə görə cərimə və ya hər hansı başqa cəzalandırıcı tədbir tətbiq olunmadığını qeyd etməklə işə iştirakı olmadan baxılaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işə baxılarkən məlum olduğu kimi iddiaçının məhkəmədə hazırki tələbi irəli sürdüyü vaxt, yəni 27 fevral 2025-ci il tarixə qədər adına cavabdeh "xxxx" ASC tərəfindən hər hansı bir borc yazılmamış, onun elektrik enerjisindən istifadəyə görə borcu yoxdur. İddiaçının abunə haqqında ödəniş və sərfiyyatı haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Ağdam rayonunun Kəlbahüseynli kəndində yerləşən evdə xx.xx.2015-ci ildən xx.xx.2025-ci il tarixə kimi 1253,32 manat elektrik enerjisi istifadə etmiş, 472,78 manat məbləğində qaçqın limiti silinmiş, 804 manat məbləğində ödənişi icra etmişdir (1253,32 manat – 472,78 manat - 804,00 manat = -23,45 manat). 2025-ci ilin aprel ayının sonuna qədər iddiaçının deyil, cavabdeh tərəfin İddiaçı 23,45 manat dəyərində elektrik enerjisi borcu vardır. Bu hal, yəni İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun olmaması sonuncunun nümayəndəsi R.Y.Əliyevin məhkəməyə ünvanladığı etiraz və əlavə olunmuş sənədlərlə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Ağdam rayonunun Kəlbahüseynli kəndində yerləşən mənzilinə aid elektrik sayğacına görə əsassız yazılmış 1925 (bir min doqquz yüz iyirmi beş) manat 25 (iyirmi beş) qəpik borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1056/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1056/2025
07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver