Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1083/2025 18.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı ona hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən ona qanunsuz və əsassız olaraq hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, Ağdam Rayon Səfərli Qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh İB tərəfindən yaşadığı evə qaz sayğacı quraşdırılmış, sərfiyyatına görə sayğacda göstərilən borcları həmişə vaxtında ödəmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən yaşadığı evə quraşdırılmış sayğac yararsız hesab edilərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt evdə olsa da ona sayğacın dəyişdirilməsi barədə hər hansı akt verilməmişdir. Ancaq ərizəyə əlavə edilmiş Abonentin Saldosundan görünür ki, Cavabdeh İB tərəfindən əsassız olaraq onun adına 777,60 manat qalıq borc yazılmışdır. Cavabdeh təşkilatın onun adına yazdığı borcun yaranmasında özü və ailə üzvlərinin heç bir təqsiri olmamışdır. Belə ki, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, borcun yaranmasına səbəb olan hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Sayğac dəyişdirilərkən onun və ailə üzvlərinin iştirakı olmamışdır. Bundan başqa cavabdeh təşkilat da borc hesablayarkən təqsirin nədən ibarət olmasını göstərərək əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə hər bir şəxsin hər hansı qanunsuz hərəkəti etməkdə təqsirli olması qanunla müəyyən edilmiş qaydada sübut edilməlidir. Habelə sayğac həyətyanı sahənin bayır tərəfində, yəni ev sahibi tərəfindən nəzarət edilməsi mümkün olmayan məsafədə quraşdırılmış, ona ev sahibi tərəfindən nəzarət edilməsi mümkün deyildir. Sayğacın müdaxilədən qorunması üçün cavabdeh təşkilat tərəfindən heç bir tədbir görülməmiş, sayğacın üzərinə qutu, korobka və s. quraşdırılmamış, buna görə də sayğaca müdaxilə edilməsinə və ya hər hansı problemin yaranmasına görə məhz cavabdeh təşkilat özü məsuliyyət daşıyır. Göstərdiklərinə əsasən hesablanmış cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə etdi, sayğaca heç vaxt müdaxilə etmədiyini bildirdi, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh həmişə olduğu kimi məhkəməyə nümayəndə göndərməmişdir ki, məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməldir. AZE ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1972-ci il təvəllüdlüdür. Ağdam RİH Başçısının Səfərli Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-31-47/3- 2-14/2025 saylı, 04 mart 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı hal-hazırda Səfərli Qəsəbəsində 135 saylı evdə yaşayır. X4 Dair " Azəriqaz" İB-nin 30 oktyabr 2023-cü il tarixli Tələbnamədə göstərilir ki, İddiaçı məxsus sayğac Sənaye və Məişət qaz sayğaclarını kalibrləmə Labaratoriyasının X3 barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-11689/Q001 saylı Aktına əsasən G-4 markalı, ******* saylı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində sınmış, nəticədə 6480 kub metr qaz itkisi müəyyən edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 31 oktyabr 2023-cü il tarixli, ******* saylı AKTdan görünür ki, İddiaçı evinə quraşdırılmış yeni sayğac ona təhvil verilmişdir. X6 X1 13 noyabr 2023-cü il tarixli, ******* saylı AKT-ın surətindən görünür ki, G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində sınmışdır. X3 Haqqında MSK 14-2-2/3-5-11689/Q001 saylı AKTın surətindən də görünür ki, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi kənar təsir nəticəsində sınıqdır. Hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. Abonentin Saldosundan görünür ki, İddiaçı sərf etdiyi yanacağın dəyərini mütəmadi və ardıcıl olaraq ödəmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı sayğaca müdaxilə etməsi və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Məhkəmə qeyd edir ki, qaz sayğacı fərdi yaşayış evi üçün həyətdən kənarda quraşdırılmışdır, müvafiq normativ sənədlərə görə həmin sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB-nin müvafiq qurumları təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında Qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçıları müvafiq yazılı göstərişlərə əməl etməli, qurğuları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli, yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli və.s. Qaydaların 4.3-cü bəndinə görə qaz sayğaclar SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, 4.4-cü bəndə görə qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.7 bəndi nəzərdə tuur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirilir. Qaydaların 4.8-ci bəndi nəzərdə tutur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Göründüyü kimi AzəriQaz İB-nin əməkdaşları tərəfindən aparılmış rəsmiləşdirilmələr qanunvericiliyin tələblərinə uyğun aparılmamış, sayğacın açılan vəziyyətini əks etdirən fotoşəkil və.s tərtib edilməmiş, bununla da iddiaçının təqsirli olması sübut olunmur. Təqdim edilmiş sənədlərdən belə görünür ki, abonent İddiaçı sayğac sökülən vaxta borcu olmamış, ödənişlər vaxtında edilmişdir. Məhkəmə iclasında iddiaçının göstərdiyindən belə məlum oldu ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Məhkəmə qeyd edir ki, sayğaca heç bir kənar müdaxilənin aşkar görünmədiyi belə bir vəziyyətdə sayğacın məhz abonentin müdaxiləsi nəticəsində xarab olmasına dair AzəriQaz İB-yi əməkdaşları tərəfindən göstərilənlər ağlabatan sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, X5 Azərbaycan Respublikası Qanununa görə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı işlə üzrə /kommunal borcun silinməsi iddiaları üzrə/ iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyindən dövlət rüsumu kimi ödənilməli olan 30 manat pul Cavabdehndən tutulub dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı yaşadığı evində qıraşdırılmış sayğaca müdaxiləyə görə hesabladığı 777,60 /yeddi yüz yetmiş yeddi manat altmış qəpik/ manat cərimə məbləği silinsin. Dövlət rüsumu kimi ödənilməli olan 30 /otuz/ manat pul Cavabdehndən tutularaq dövlət xeyrinə verilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1083/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1083/2025
18.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver