Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-112/2024 18.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmənin baxış iclasında müəyyən olundu ki, cavabdeh «Azəriqaz» X1 rayonu, Hüsənli kəndində yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı onun adına cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Tərtər Rayon Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Hüsənli kənd İnzibati üzrə daiəsi nümayəndəliyi tərəfindən verilmiş18 yanvar 2024-cü il tarixli 15 nömrəli arayışdan görünür ki, İddiaçı Agdam rayon Tagıbəyli kəndindən məcburi köçkündür və Tərtər rayonu, Hüsənli kəndində yaşayır. İş materiallarında olan «Azəriqaz» İB-nin xx.xx.2023-cü il tarixli, № ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində, İddiaçı məxsus Tərtər rayonu, Hüsənli kəndində yerləşən fərdi evində qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sındığının aşkar edildiyi və nəticədə 12960 m3 ziyanın ödənilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Ağdam rayonunda qeydiyyatda olsa da, lakin Tərtər rayon, Hüsənli kəndində yaşayır və həmin kəndə yerləşən ona məxsus fərdi yaşayış evində olan qaz sayğacına görə ona borc hesablanmışdır. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin ünvanı isə ünvan 1dia üzrə mübahisənin Ağdam rayon məhkəməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.4. maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya istansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 32.3cü, 44.2.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı onun adına cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-112/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-112/2024
18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver