Məhkəmə qərarları › İş №2(013)-1265/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1265/2025

04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1265/2025 04.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi Zalış oğlunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə mülki işə 04 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx xxx 1971-ci anadan olmuşdur. 1989-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci ildə həqiqi hərbi xidməti başa vuraraq yenidən vətəninə qayıtmışdır. Bir müddət sonra vətənində X1 başladığı üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi ona da çağırış göndərmişdir. 1992-ci ilin dekabr ayında Azərbaycan ordusunda Ağdam rayonu ərazisində (836 saylı Hərbi Hissədə) döyüşməyə başlamışdır. Lakin həmin dövr himayəsində kar və kor olan X6 olduğu üçün üç aydan sonra ona buraxılış vermişlər. Buraxılışdan sonra evinə qayıtsa da hərbi biletini bu günə qədər ona verməmişlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, 836 saylı Hərbi Hissə komandirinin xx.xx.1992-ci il tarixli 188 saylı əmri ilə (əsas s:11, sıra 4, səh 72 ) Ərizəçi xx.xx.1992- ci il tarixindən şəxsi heyətin siyahısına salınmışdır. Həmin arayışda 836 saylı Hərbi Hissə komandirinin oktyabr 1993cü il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı da qeyd olunmuşdur. Qeyd olunan faktı bərabər döyüşduyu döyüş yoldaşları X4, X2 və X3 da təsdiq edirlər. Bununla bağlı məhkəmə iclasında şahid qismində iştirak edəcəklərini qeyd etməklə 1992-ci ilin dekabr ayından 1993-cü ilin mart ayına qədər Azərbaycan ordusunda Ağdam rayonu ərazisində (836 saylı Hərbi Hissədə) döyüşməsi faktının müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Gülüsüm Əmirli məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçının məhkəmədən tələbi onun Ağdamda döyüşməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi ilə bağlıdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 14-cü bəndində birbaşa göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qayda müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, oxşar işlərlə bağlı presedent formalaşdırmış Ali Məhkəmənin yuxarıda istinad olunan qərarı ilə qət edilmişdir ki, döyüş əməliyyatlarında iştirakı faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Odur ki, hazırda iddiaçının 1992-ci ilin dekabr ayından 1993-cü ilin mart ayına qədər Ağdam rayonu ərazisində (N nömrəli hərbi hissədə) döyüşməsi ilə bağlı faktın müəyyən edilməsi tələbinə dair iş üzrə icraata mahiyyəti üzrə baxılması qanunvericiliyin tələbinə uyğun deyildir. Eyni zamanda iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-(114)-733/2020 nömrəli qərarında (qərar qüvvədə saxlanılmışdır) Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışları mötəbər sübut qismində qəbul edilərək göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 188 nömrəli əmri ilə Ərizəçi xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına salınmışdır, N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış, eləcə də N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi barədə məlumat aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən işə iştirakı olmadan baxılmaqla Ərizəçi 1992-ci il dekabr ayından 1993-cü ilin mart ayına qədər Azərbaycan ordusunda Ağdam rayonu ərazisində (N nömrəli hərbi hissədə) döyüşməsi faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, həmçinin işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 261.0.2 və 261.0.1-ci maddələrinə əsasən mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsində göstərilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, məhkəmədə elan olunmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-733/2020 saylı qərarının surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərarda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 188 nömrəli əmri ilə Ərizəçi xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına salınmışdır, N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış, eləcə də N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi barədə məlumat aşkar edilməmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Zalış oğlunun 1992-ci ilin dekabr ayından 1993-cü ilin mart ayına qədər Azərbaycan ordusunda Ağdam rayonu ərazisində 836 saylı Hərbi Hissədə döyüşməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsi əsasında toplanmış 2(013)-1265/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar