Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-136/2025 14.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 14 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, qardaşı X4 “oliqofreniyanın idiotiya dərəcəsi, şəxsiyyət dəyişikliyi” anadangəlmə ruhi xəstədir. Xəstə olduğundan ona müddətsiz 1-ci qrup əlillik təyin olunduğunu, qardaşının öz hərəkətlərini, danışığını idarə etmək iqtidarında olmadığını və onun himayəsində qaldığını, qardaşına daima özünün nəzarət etdiyini qeyd etməklə X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni madafiə edərək Elmanın xəstə olduğunu və özünü idarə edə bilmədiyini, ona daim özünün nəzarət etdiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində Maraqlı şəxs başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə anadan olmuşdur. AZE № 17191346 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, E.E.Misirxanov xx.xx.1975-ci ildə anadan olmuşdur. AZ-İ № 972675 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, E.E.Misirxanovun atası X2 xx.xx.2019-cu ildə vfat etmişdir. Ağdam Rayon Qeydiyyat Şöbəsinin № 1203-05/15 arayışından görünür ki, E.E.Misirxanovun anası X3 xx.xx.2024-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli 529 nömrəli rəyindən görünür ki, E.E.Misirxanov ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir, E.E.Misirxanov öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil və o, fəaliyyət qabiliyyət olmayan hesab edilməlidir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 rəyindən göründüyü kimi E.E.Misirxanov öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Buna görə də E.E.Misirxanov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227,233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. xx.xx.1975-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub, Ağdam rayonu Mahrızlı kəndində qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-136/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-136/2025
14.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver