Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1437/2025 17.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Maraqlı şəxs Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi övladı X1 “Uşaq autizmi. Uşaq autizmi kanner sindromu. Ağır kəmağıllılıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə İQ-21. Spastik Hemiplegiya” diaqnozu ilə, birinci dərəcəli əlil olduğunu, övladının hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinə nəzarət etmək iqtidarında olmadığını, övladının hazırda onun himayəsində olduğunu, ona özünün baxdığını, müalicə və müainəsini özünün təşkil etdiyini övladının fəaliyyət qabiliyyəti olmayan şəxs kimi qəyyum himayəsinə ehtiyacı olduğunu bildirərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram daxil olmuş və ərizəçi teleqramında himayəsində xəstə övladının olduğunu və ailə vəziyyətinin ağır olduğunu nəzərə alaraq, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə, məhkəmə baxışı iclasının ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında xx.xx.2007-ci il təvəllüdlü X1 öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilərək üzərində qəyyum təyin edilməsinin məqsədəuyğunluğunu bildirdi və ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon, Gülablı ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, № 867609 “X11”nin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. X5, anası X7r. Məhkəmə işin obyektiv baxılmasının təmin edilməsi üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1437/2025 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertin qarşısında qeyd olunan şəxslərin hər hansı psixi xəstəliyi vardırmı, onların fərdi psixi xüsusiyyətləri hansılardır, psixi durumları, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənalarını anlaya bilməmələri və ya öz hərəkətlərini idarə edə bilməmələri baxımından fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilə bilməsi barədə suallar qoyulmuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2025-ci il tarixli, 1961 saylı rəydən göstərilmişdir ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X2 "UŞAQ SErEbral iflici nəticəsində yaranan AğİR dərəcəli (iMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK"(F72) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında "Uşaq autizmi. Kanner sindromu. Ağır kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə. Spastik hemiplegiya"diaqnozu ilə İ qrup əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. atrik dar əlil nla sial dəli lən əlil İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 08 aprel 2007-ci ildə doğulmuş X1 hər hansı psixi xəstəliyi vardırmı, onun fərdi psixi xüsusiyyətləri hansılardır? Cavab: Yoxlanılan şəxs X2 "uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik" müəyyən edilir. 2-ci sual: 08 aprel 2007-ci ildə doğulmuş X1 psixi durumu, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi baxımından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərmi? Cavab: Yoxlanılan şəxs X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. M.N.İsmayılov psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cü maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə, o cümlədən məhkəmə psixatriya komissiyasının rəyi ilə təsdiq olundu ki, xx.xx.2007-ci il təvəllüdlü X4 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında deyillər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X4 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 317-319-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 aprel 2007-ci ildə doğulmuş X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1437/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1437/2025
17.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver