Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-159/2025 27.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı nümayəndələri - X13 /oğlu/, /vəkil/ Vəkil2, Cavabdeh2 qızının nümayəndədəri - /oğlu/ X6, /vəkil/ Vəkil1, İddiaçı – cavabdehlər Bərdə Regional «ASAN XİDMƏT» Mərkəzinin Notariat Kontoruna və Cavabdeh2 qızına qarşı xx.xx.2022-ci il tarixli, 2V-1598 reyestr nömrəli Vərəsəlik X7 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 almış olduğu 04 dekabr 2022-ci il tarixli, 2V-1598 reyestr nömrəli X36 X7 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək ərizəsində cavabdeh kimi qeyd etdiyi X10 deyil, cavabdehin Cavabdeh2 qızı kimi qeyd edilməsini xahiş etmiş, onun ərizəsi təmin edilmişdir. Həmçinin İddiaçı iddia tələblərinin həcmini artıraraq miras əmlakın vərəsələr aralarında bölüşdürülməsini də xahiş etmiş, lakin həmin məsələyə Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2646 saylı Qətnaməsi ilə baxıldığından ərizənin qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsi İddiaçı tərəfindən belə əsaslandırılmışdır ki, Ağdam rayon sakini olmuş X22 onun doğma bacısıdır, Balış Ağdam Rayon Xəstəxanasında 14 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bacısı Balışın vəfat etməmişdən öncə xüsusi mülkiyyətində ünvan 1 ünvanında 0,406 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 69,1 kv.m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 25 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evinin bacısı Balışın adına xx.xx.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəli Seriya RX № ******* saylı ÇİXARİŞİ olmuş, Balış vəfat etdikdən sonra həmin fərdi yaşayış evi miras payı olaraq qalmışdır. Bacısı Balışın heç bir övladı olmamışdır. Balışın vəfatından sonra digər bacısı Cavabdeh2 qızı özünün yeganə vərəsə olduğunu bildirmiş, bununla bağlı sənədlər əldə edərək 04 dekabr 2022-ci il tarixdə 2V-1598 reyestr nömrəli X36 X17 almışdır. X30 doğma bacısılarıdır, özü də Balışın vərəsəsi hesab olunur, bacısından qalan mirasdan heç bir zaman imtina etməmişdir. Lakin bu nəzərə alınmamış, bacısı Cavabdeh2 vərəsə kimi təsdiqlənərək bütün miras əmlakı əldə etmişdir. Saxta olaraq verilmiş 04 dekabr 2022-ci il tarixli X36 X17 əsasında Cavabdeh2 həmin 3 otaqlı fərdi yaşayış evinə ÇİXARİŞ almış və evi başqa yollarla satmış, lakin buna baxmayaraq hazırda Mina həmin evdə yaşayır. Bundan sonra Ağdam Rayon Məhkəməsinə mülkün vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə daşınmaz əmlak idarəsindən sənəd almış, həmin sənəddə isə sözügedən 3 otaqlı fərdi yaşayış evinin X10 adına olması qeyd olunmuşdur. Hazırda Cavabdeh2 saxta yollarla almış olduğu sənədə əsasən miras əmlakdan payını ala bilmir. Ona görə də Cavabdeh2 qızının qanunsuz olaraq almış olduğu xx.xx.2022-ci il tarixli, 2V-1598 reyestr nömrəli Vərəsəlik X7 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab olunmasını istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X25 iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, bibisi Balış 2021-ci ilin oktyabr ayında GOVİD-19 xəstəliyindən Ağdaş Rayon Xəstəxanasında vəfat etmişdir. Balışın dəfnini özləri təşkil etmişlər, DÖRDYOL Qəsəbəsində İddiaçı yaşadığı 195 saylı evdə 40 gün dəfn mərasimləri keçirmişlər. Balışın ölümündən sonra ondan miras qalmış, Bərdə şəhərindəki evini miras əmlak kimi qəbul etməmişlər. Ümumiyyətlə mirasın qəbulu ilə bağlı onlara hər hansı məlumat verilməyib, məktub gəlməyib. 2022-ci ildə digər bibisi Mina Tamaşa adlı notariusun köməkliyi ilə həmin miras əmlaka saxta sənədlər alıb, mirası öz adına rəsmiləşdirib. Mina sonradan isə həmin evi Aydın adlı şəxsə satıb. X42 ilə yaşayıb. Həmin evi Balış özü alıb, o vaxt Balışa evi almaq üçün pul da təklif etmişlər, lakin Balış pul götürməyib. Ona görə də hesab edir ki, təmsil etdiyi İddiaçı vərəsə kimi hüquqları pozulub, mirasdan pay tələb edirlər. Məhkəmənin bundan əvvəlki iclasında Cavabdeh2 qızı iddia tələblərini qəbul etmədi. Göstərdi ki, həmin evdə əri Rövşən, özü, uşaqları və Balış yaşayıblar. Evi əslində 7000 manata əri Rövşən alıb. İddiaçı həmin evdə heç vaxt qalmayıb. 21 noyabr 2024-cü ildə qardaşı İddiaçı xəstəliyi ilə bağlı onunla görüşmüş, qardaşı İsa mirasla bağlı heç bir tələbinin olmamasını ona bildirib. Əslində hazırkı iddianı İsanın adından onun oğlu Miryaqub verib, İsa isə məhkəməyə gəlmir, onun bu işlərdən xəbəri yoxdur. Cavabdeh2 nümayəndəsi /oğlu/ X14 da iddia tələblərini rədd etdi. Göstərdi ki, xalası Balış 1993-cü ildən, yəni Ağdam Rayonu ermənilər tərəfindən işğal olunandan 2021-ci ildə vəfat edənə kimi onlarla birlikdə yaşamışdır. Balış əvvəllər ailəli olsa da övladları olmamış, Balış bütün ömrünü onların yanında qalmışdır. Balış iddiaçı olan İsa qardaşından 16 yaş böyük olmuş, İsa ilə 20 ildən artıqdır ki, küsülü olmuşdur, ümumiyyətlə get-gəlləri olmamışdır. Balış 2021-ci ildə vəfat etmiş, onun meyitini Ağdaş Rayonundan özləri gətirmişlər, özləri Tərtər Rayonunun Hüsənli kəndində dəfn etmişlər, məzarının üstünü də 5000 manat verib özləri götürmüşlər, yas mərasimlərini özləri təşkil etmişlər, yas dəftərini də məhkəməyə təqdim edir. Hətta Balışın ölüm pulunu da özü almışdır. Hazırda mübahisələndirilən evi 7000 manat verib almışlar, Balış tək olduğu və çörək pulları kəsilməsin deyə bu səbəbdən də 2012-ci ildə evi Balışın adına formal olaraq rəsmiləşdirmişlər. Həmin ev Balışın adına olmuş, evdə qeydiyyatda isə heç kəs olmamışdır. Balışın doğum şəhadətnaməsi olmamışdır. Balış 2021-ci ildə vəfat edikdən sonra mirası özləri qəbul etmişlər, İddiaçı uzun illər həmin evə gəlməmiş, Balışla 20 il küsülü olmuş, mirasla bağlı hazırkı vaxtadək heç bir mübahisə etməmişdir. Balışın ölümündən 1 il sonra notariusa müraciət etmişlər, notariat əməliyyatları ilə Cavabdeh2 adına 04 dekabr 2022-ci ildə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonra isə 2024-cü ilin oktyabr ayında ev sair şəxsə satılmışdır. Ötən müddət ərzində İddiaçı bacısı Balışdan qalan mirasla bağlı hər hansı mübahisə etməyib. Ev hazırda sair şəxsə satılıb, ona görə də iddia tələblərinin rədd edilməsini xahiş edir. Məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmiş X26 iddia tələblərinə etiraz etdi, bu barədə məhkəməyə ərizə verdi. Məhkəmə iclasında cavabdeh Bərdə Regional «Asan Xidmət» Mərkəzinin notariat kontorunun nümayəndəsi iştirak etməmiş, məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iclasında iddia tərəfinin nümayəndəsi /vəkil/ Vəkil2 göstərdi ki, iddia tələbləri əsaslıdır. Belə ki, vərəsəlik işi açılarkən notariat orqanı tərəfindən vərəsələrin dairəsi müəyyən edilməyib, hazırkı iddiaçı olan İddiaçı mirasdan imtinası ilə bağlı yazılı ərizəsi alınmayıb, onu vərəsəliyə dəvət etməyiblər. Bundan başqa da icra nümayəndəsi X33nın 1 qardaşı və 1 bacısı olduğu halda verdiyi arayışında mərhumun 1 bacısının olmasını qeyd edib ki, həmin sənəd əsasında da qanunsuz olaraq şəhadətnamə verilib. Ona görə də verilmiş vərəsəlik X17 qanuna müvafiq hesab edilə bilməz, etibarsız hesab edilməlidir. Məhkəmə iclasında cavabdeh tərəfinin nümayəndəsi /vəkil/ Vəkil1 göstərdi ki, iddia tələbləri tamamilə əsassızdır. Belə ki, hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun məlum Qərarı əsasında həll edilməlidir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən bu tip mübahisələr Qərar qəbul edilməsinədək köhnə qanunvericiliklə, Qarardan sonrakı mübahisələr isə həmin Qərara əsasən həll edilməlidir. X33 2021-ci ildə vəfat etmiş, bundan sonra ötən 3 il müddət ərzində miras hazırkı iddiaçı tərəfindən qəbul edilməmişdir, mirasın nə faktiki, nə də qanuni əsaslarla bağlı qəbulu ilə əlaqədar İddiaçı tərəfindən heç bir hərəkət edilməmişdir. Hətta iddiaçının nümayəndəsi olan oğlu Miryaqub Mənafov bundan əvvəl hazırkı tərəflərin mübahisəsi ilə bağlı məhkəmədə başqa işə baxılarkən bildirib ki, onları notarius vərəsəliyə dəvət etmiş, lakin onlar notariat orqanına getməmişlər. Miras mülk mərhumun bacısı Mina tərəfindən isə həm faktiki olaraq qəbul edilmiş və idarə edilmişdir, həmçinin qanuni əsaslarla mirası notariat qaydasında qəbul etmiş, vərəsəlik hüquqları ilə bağlı şəhadətnamə alınmışdır. Hazırda ev tamamilə sair şəxsin mülkiyyətindədir. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə işdə iştirak edən tərəfləri və nümayəndələrini dinləyib, ərizəni, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməməlidir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 15 sentyabr 2014-cü il tarixdə verilmiş ZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X20 üzrə Dövlət Komitəsi tərəfindən 17 yanvar 2000-ci il tarixdə verilmiş AA 011886 seriyalı X21 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ağdam RİH Başçısının Güllücə Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 193 saylı, 24 iyun 2024-cü il tarixli arayışdan görünür ki, nümayəndəliyin Suma kənd sakini, mərhumə X23 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və təsərrüfatda onunla birgə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır : 1. İddiaçı Fuğara oğlu (qardaşı), 2. X27 (bacısı). İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh2 qızı tərəfindən Bərdə Regional ASAN XİDMƏT Mərkəzinin Notariat Kontoruna ünvanladığı ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 3nda qeydiyyatda olan, Bərdə şəhəri Koroğlu küçəsi 5/2 ünvanında yaşayan bacısı X23 vəfat etmiş, miras əmlak Bərdə şəhəri Koroğlu küçəsi 5/2 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarətdir, ondan başqa bacısının vərsəsi yoxdur, göstərilən əmlaka X36 X17 verilməsini xahiş edir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrinin arayışından görünür ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞİN surətindən görünür ki, ünvan 1 ünvanında 0,406 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 25 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Manafova /sair sənədlərdə Mənafova kimi qeyd olunub/ Balış Fuğara qızının adına qeydiyyata alınmışdır. “Elektron Notariat” X2 vasitəsilə “X9” AQİS-dən ÇİXARİŞdan görünür ki, xx.xx.1948-ci il təvəllüdlü X23 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ağdam Rayon Qeydiyyat Şöbəsinin 03 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası vətəndaşı, 01 iyul 1948-ci il tarixdə Ağdam rayonunun Suma kəndində anadan olmuş X11 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 1 iyul 1966-cı ildən 15 oktyabr 2021-ci ilədək “X9” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X9 üzrə yoxlama aparılmış, X11 nikah haqqında akt qeydi aşkar edilməmişdir. X23 15 oktyabr 2021-ci ildə vəfat etmişdir. “Elektron notariat” X2 vasitəsilə “X9” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1948-ci il təvəllüdlü ünvan 7 sakini X11 nikah haqqında akt qeydi müəyyən edilməmişdir. “Elektron notariat” X2 vasitəsilə “X9” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü ünvan 7 sakini X18 xx.xx.1967-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh2 qızı tərəfindən Bərdə regional ASAN XİDMƏT Mərəkəzi notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfidən 11.2012-ci il tarixdə verilmiş **********02 -10301 reyestrli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən X15 məxsus olan ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi almaq istədiyini bildirmişdir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Qanun Üzrə X24 xx.xx.2022-ci il tarixli, V-999/2022 saylı Şəhadətnaməyə əsasən xx.xx.2021ci il tarixdə vəfat etmiş X11 vərəsələri : ünvan 7i ünvanında qeydiyyatda olan bacısı – Cavabdeh2 qızı və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDKnin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X15 verilmiş **********02 -10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən üçumi sahəsi 69,1 kv.m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 25 kv.m, 3 otaqlı olan fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X15 verilmiş **********02 -10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0406 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh2 qızı tərəfindən Bərdə Regional ASAN XİDMƏT Mərəkzi notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə onun ünvan 3nda qeydiyyatda olan bacısı X23 vəfat etmişdir. Mirasın tərkibi pul vəsaitindən ibarətdir. Ondan irs qalmış mirası qəbul edir və başqa vərsəsi yoxdur. Mirasın tərkibinə daxil olan əmlaklardan ona çatası hissəyə dair X36 şəhadətnamə verilməsini xahiş etmişdir. Bərdə Regional ASAN XİDMƏT Mərəkzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ünvanlanmış 13 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, vərəsəlik işinin həlli ilə əlaqədar olaraq xx.xx.1948ci il təvəllüdlü, xx.xx.2021-ci ildə vəfat etmiş, ünvan 7i ünvanında qeydiyyatda olmuş X11 adına pul vəsaitinin, plastik kartın və ya depozit qutusunun olub-olmaması, həmçinin üzərində həbs, yaxud yüklülüyün olub-olmaması barədə mlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 12 mart 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına daxil olmuş sorğuya cavab olaraq mərhum X8 əmək pensiyası üzrə alnımamış məbləği 259,81 manat təşkil edir. B.F.Mənafova Prezident təqaüdü, sosial müavinət və ÜDSY alan şəxs kimi qeydiyyatda olmamışdır. "Elektron notariat" X2 vasitəsilə “X9” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü ünvan 7 sakini X3 dəyişdirilərək X4 qeyd edilmişdir. Qanun Üzrə X24 xx.xx.2024-cü il tarixli, V-999 saylı Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 vərəsələri : ünvan 7i ünvanında qeydiyyatda olan bacısı - Cavabdeh2 qızı və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 12 mart 2024-cü il tarixli, 3-17-1/2-59439/2024 nömrəli məktubuna əsasən ünvan 7i ünvanında qeydiyyatda olan X11 adına əmək pensiyası üzrə alınmamış məbləğ 259,81 manat pul vəsaitindən ibarətdir. İş materiallaranda olan Ağdam Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(013)- 882/2022 saylı Qətnaməsinin surətindən görünür ki, 01 iyul 1948-ci il tarixdə Ağdam rayonu, Güllücə ƏD, Suma kəndində anadan olmuş və 14 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X11 ərizəçi Cavabdeh2 qızının doğma bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Həmçinin Dışanmaz Əmlakın 14 oktyabr 2024-cü il tarixli Alqı-Satqı Müqaviləsindən görünür ki, hazırda mübahisələndirilən miras əmlak olan ünvan 1 ünvanında 0,406 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 25 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh2 tərəfindən X1. 16 oktyabr 2024-cü il tarixli ÇİXARİŞdan görünür ki, mübahisələndirilən mülk hazırda X16 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqi məsələlər : Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. X36 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən X36 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Sözügedən Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Hazırkı mübahisə tərəfləri aralarında vərəsəlik hüquq münasibətlərinin yarandığı dövrdə /2021-ci il/ Mülki Məcəllənin qüvvədə olmuş 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbulun yol verilmir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş saylır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən hazırkı mübahisə tərəfləri 2-ci növbəli vərəsələr siyahısına daxildirlər. Göründüyü kimi hazırkı əsas mübahisə tərəfləri aralarında vərəsəlik hüquq münasibətləri hələ 2021-ci ilin oktyabr ayı ərzində, yəni Balış Manafovanın vəfat etməsi ilə bağlı yaranmış, mirasın qəbulu ilə bağlı maddi hüquq norması kimi Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri həmin vaxt qüvvədə olmuşdur. İşin hallarından göründüyü kimi X40 şəhəri Koroğlu küçəsi, 5/2 ünvanında 0,406 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 25 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin tək mülkiyyətçisi olmuş, o, həmin evdə bacısı Cavabdeh2 və Minanın ailə üzvləri ilə birlikdə yaşamışdır. Balış Manafova 2021-ci ildə vəfat etmiş, həmin ünvanda onun yas mərasimləri keçirilmiş, ondan miras qalmış əmlak faktiki olaraq bacısı Cavabdeh2 tərəfindən qəbul edilmiş, idarə olunmuş və miras əmlak olaraq faktiki sahibliyə qəbul edilmişdir. Özünü qanun üzrə vərəsə hesab edən hazırkı İddiaçı miras mülklə bağlı hər hansı qanunla nəzərdə tutulan tələblərə əməl etməmiş, mirası faktiki olaraq qəbul etməmiş, miras əmlakı qəbulu ilə bağlı notariat orqanına da müraciət etməmişdir. Miras mülk digər vərəsə olan Cavabdeh2 tərəfindən faktiki olaraq, sonradan isə qanuni əsaslarla qəbul edilmiş, onun tərəfindən vərəsəlik hüququ ilə bağlı şəhadətnamə alınmışdır. Miras mülk sonradan isə özgəninkiləşdirilmiş, hazırda Aydın Səfərov adlı tamamilə hazırkı tərəflərlə heç bir qohumluq əlaqələrində olmayan şəxsin mülkiyyətindədir, həmin mülkiyyət hüququ dövlət tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin yüksək məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinə mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini tövsiyə etmişdir. Həmçinin həmin X41 hissəsinin 3-cü bəndində qeyd olunur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya Məhkəməsinin sözügedən Qərarı ilə də nəzərdə tutulur ki, bu Qərar qüvvəyə mindiyi vaxtdan sonra yaranacaq vərəsəlik hüquq münasibətlərinə şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin materiallarında olan miras mülklə bağlı notariat icraatından o da məlumdur ki, hazırda mübahisələndirilən miras mülk bundan əvvəl Balış Manafovanın adına qeydə alınmış, miras əmlak üzərində hər hansı məhdudiyyət olmamış, miras qoyanın 2021-ci ildə ölümündən sonra miras əmlak onun bacısı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilərək idarə edilmiş, Cavabdeh2 qohumluq faktı məhkəmə tərəfindən müəyyən edilməsindən sonra isə o, bacısından qalmış miras mülkü notariat qaydasında rəsmiləşdirilməklə qəbul etmişdir. Məhkəmə bir daha qeyd edir ki, hazırkı tərəflər aralarında vərəsəlik hüquqları ilə bağlı münasibətlər 2021-ci ildə yaranmış, miras qoyan, mərhum Balış Manafovla yeganə qohumluq münasibəti olan onun bacısı Cavabdeh2 müəyyən edilmiş, özünü vərəsə hesab edən hazırkı İddiaçı miras qoyanla qohumluq münasibətləri həmin vaxt müəyyən edilməmiş, icra nümayəndəliyinin arayışı ilə Balış Manafova ilə yalnız Cavabdeh2 eyni təsərrüfatda yaşaması bildirilmiş, İddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı hər hansı addım atılmamış, miras mülk nə faktiki olaraq, nə də rəsmi olaraq onun tərəfindən qəbul edilməmiş, bu barədə onun tərəfindən notariat orqanına müraciət edilməmişdir. Bundan əlavə həmin miras mülk vərəsə tərəfindən qəbul edildikdən sonra dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış, daha sonra isə həmin mülk 14 oktyabr 2024-cü il tarixdə özünü vicdanlı alıcı hesab edən Aydın Səfərov /hazırda 3-cü şəxs/ tərəfindən əldə edilmiş, satın alınmış, dövlət reyestrində mülkiyyətçi hüquqları ilə onun adına rəsmiləşdirilmişdir. Göründüyü kimi İddiaçı özünü qanun üzrə vərəsə hesab etsə də, onun miras qoyanla qohumluq münasibətləri rəsmi olaraq bəlli deyil, o, vərəsəlik hüquqlarından istifadə etməmiş, mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulan müddətlər çərçivəsində notariat kontoruna müraciət etməmiş, mirası idarə etməmiş, miras mülkdə yaşamamış, həmçinin miras qoyan tərəfindən ona münasibətdə vəsiyyətnamə qoyulmamışdır. Beləliklə də İddiaçı nə qanun üzrə vərəsə kimi, nə də vəsiyyət üzrə vərəsə kimi tanına bilməmişlər. Məhkəmə Notariat işlərini də nəzərdə keçirib hesab edir ki, X36 hüquqları haqqında şəhadətnamənin və sonradan aparılmış alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsaslar yoxdur. Məhkəmə həmçinin bu nəticəyə gələrkən mübahisələndirilən evin Aydın Səfərov tərəfindən vicdanlı şəkildə əldə edilməsini və mülkiyyət hüquqlarının artıq həmin çıxarış əsasında dövlət qeydiyyatından keçirilməsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri təmin edilməsin. İddiaçı – cavabdehlər Bərdə Regional «ASAN XİDMƏT» Mərkəzinin Notariat Kontoru, Cavabdeh2 qızına /3-cü şəxs qismində X26/ qarşı xx.xx.2022-ci il tarixli, 2V-1598 reyestr nömrəli vərəsəlik X7 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbləri təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-159/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-159/2025
27.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver